İtaliya İsrailin Qəzzanı işğalı və qəsəbələr salmaq qərarını pisləyib
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
İtaliyanın Baş naziri Corcia Meloni deyib ki, İsrail hökumətinin Qəzza zolağının işğalını davam etdirmək qərarı humanitar vəziyyətin pisləşməsinə və hərbi eskalasiyanın daha da artmasına gətirib çıxarır.
Bu barədə "Report" İtaliya mətbuatına istinadən xəbər verir.
"İtaliya Qəzza zolağında və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı İsrail hökumətinin qəbul etdiyi qərarlarla bağlı son hadisələri dərin narahatlıqla izləyir, sülhə, təhlükəsizliyə və beynəlxalq hüquqa hörmətə sadiqliyini qətiyyətlə təsdiqləyir. HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində qeyri-insani terror hücumuna cavab olaraq Qəzzanın işğalını davam etdirmək qərarı, onsuz da ağır olan humanitar vəziyyəti daha da pisləşdirəcək hərbi eskalasiya yaradır.
İtaliya İsrailin İordan çayının qərb sahilində yeni yaşayış məntəqələrinin inşasına icazə vermək qərarını da pisləyir. Bu, beynəlxalq hüququ pozur və iki dövlətin yaradılması əsasında münaqişənin həllini əbədi təhlükə altına almaq riski daşıyır", - bəyanatda deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Avqust 2025 00:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















