Icma.az
close
up
RU
İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib AZƏRTAC

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Vatikan, 12 dekabr, AZƏRTAC

İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan xalqının dekabrın 12-də dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümünü qeyd etdiyi bildirilir. Böyük müdrik şəxsiyyət, müasir müstəqil Azərbaycanın qurucu Heydər Əliyevin uzaqgörən dünyagörüşü, qətiyyəti və praqmatik xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuz qazandığı qeyd olunur.

Vurğulanır ki, Ümummilli Lider Azərbaycan institutlarını möhkəmləndirməyə, iqtisadi və sosial inkişaf üçün vacib olan siyasi sabitliyə nail olub, ölkəmizi dinamik iqtisadiyyata çevirən iddialı iqtisadi islahatlar proqramına start verib. Heydər Əliyev həmişə təhsil və incəsənət sahələrinə böyük önəm verib, minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın mötəbər universitetlərində təhsil almasına imkan yaradan dövlət proqramının təbliğatçısı olub. Onun güclü dövlət idarəçiliyi ənənəsinə və azərbaycançılıq ideologiyasına əsaslanan irsi tarixi və mədəniyyəti ilə fəxr edən güclü, firavan və müstəqil xalq yaradıb.

Bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Vatikana səfəri Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətlərində yeni mərhələnin əsasını qoyub.

Yazıda qeyd olunur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ümummilli Liderin adını daşıyan, onun təhsil, incəsənət və mədəniyyətlə bağlı humanitar ideyalarının həyata keçirilməsinə dəstək verən Heydər Əliyev Fondu müxtəlif ölkələrdə çoxsaylı dini və tarixi əhəmiyyətə malik abidələrin bərpasını və digər mühüm humanitar fəaliyyətlər həyata keçirir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda yerləşən dünya əhəmiyyətli bir sıra tarixi abidələr bərpa olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri