İtaliya titulunu qorudu
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Filippində keçirilən kişi voleybolçular arasında dünya çempionatı başa çatdı.
"Football-plus.az" xəbər verir ki, turnirdə yarımfinal oyunları keçirildi. İtaliya Polşanı, Bolqarıstan Çexiyanı məğlub etməklə finala vəsiqə qazandı.
Əvvəlcə 3-cü yer uğrunda oyun keçirildi. Ötən dünya çempionatının finalında İtaliyaya uduzan Polşa çexləri məğlub etməklə bürünc medal qazandı. Beləliklə, Bolqarıstanla qarşılaşan İtaliyaya meydana titulunu qorumaq həvəsi ilə çıxdı. Və apenninlilər bunu bacardı. Bolqarlar 3-cü setdə qələbə qazansalar da, 4-cü setdə hədsiz zəif təsir bağışladılar. Tarixində 5-ci dəfə dünya çempionu olan İtaliya yığması indi bu göstəricidə yalnız artıq mövcud olmayan SSRİ-dən (6) geri qalır.
Bolqarıstan DÇ-70-də də gümüş medal qazanmışdı. Sadəcə, onda medallar qrup formatında paylanırdı və final oyunu keçirilmirdi.
yarımfinal
İtaliya – Polşa 3:0 (25:21, 25:22, 25:23)
Çexiya – Bolqarıstan 1:3 (20:25, 25:23, 21:25, 22:25)
3-cü yer uğrunda oyun
Polşa – Çexiya 3:1 (25:18, 23:25, 25:22, 25:21)
final
İtaliya – Bolqarıstan 3:1 (25:21, 25:17, 17:25, 25:10)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Oktyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















