Icma.az
close
up
RU
İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü qeyd edilir

İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü qeyd edilir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də İtaliyada Milli Birlik və Silahlı Qüvvələr Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella bu münasibətlə paytaxt Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət edib, önünə əklil qoyub.

Mərasimdə İtaliyanın Baş naziri Ciorcia Meloni, Senatın sədri İqnazio Benito Maria La Russa, Deputatlar Palatasının sədri Lorenzo Fontana, müdafiə naziri Quido Krosetto, Konstitusiya Məhkəməsinin sədri Ciovanni Amoroso və digər rəsmi şəxslər iştirak ediblər.

Daha sonra Sercio Mattarella nazir Quido Krosetto ilə birlikdə Venesiya meydanında yerləşdirilən bölmələrə baxış keçirib.

İtaliya Prezidenti Silahlı Qüvvələrə ünvanlandığı təbrik məktubunda isə deyib ki, hazırda Avropada və Aralıq dənizində yeni münaqişələr ortaya çıxıb və bu, müharibədən sonrakı dövrdə qurulmuş təhlükəsizlik çərçivəsinə və onu qorumaq üçün yaradılmış qurumlara meydan oxuyur.

“Rusiya-Ukrayna münaqişənin genişlənməsi təhlükəsi Atlantik Alyansı ilə sıx əməkdaşlıq çərçivəsində İtaliya və Avropa üçün təhlükəsizlik aləti olacaq ortaq Avropa müdafiə qüvvələrinin yaradılması üçün ordunun uyğunlaşdırılması üçün böyük diqqət və tələbkar səy tələb edir”, - deyə Sercio Mattarella bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri