İtaliyada şəxsi maraqlar və eqoizm həmişə üstün olub əfsanəvi məşqçi
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Əfsanəvi italiyalı məşqçi Arriko Sakki ölkəsinin milli komandası barədə fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, 79 yaşlı mütəxəssis mart ayında baş tutacaq pley-off matçlarından əvvəl yığmanın bir neçə günlük təlim-məşq toplanışı keçməli olduğunu bildirib:
"Biz öz məhdudiyyətlərimizi etiraf etməliyik. Bunun üçün isə böyük təvazökarlıq lazımdır. Burada sanki əlifbanı birinci sinif şagirdlərinə öyrədən müəllim kimi davranmaq lazımdır. Diqqət edin, mən heç də şişirtmirəm. Düzülüş, sxemlər, hücum taktikasından danışıldığını eşidirəm. Amma anlayırıq ki, biz əsas konsepsiyaları dərindən işləməliyik? Mənim fikrimcə, martdakı pley-off oyunlarından əvvəl Kovverçanoda təlim-məşq toplanışı çox faydalı olardı. Cennaro Qattuzo bir neçə gün məşq keçə, komandanı uğursuzluqdan sonra birləşdirə, psixoloji gücü bərpa edə və hələlik işləməyən məqamları yaxşılaşdıra bilər. Lakin əminəm ki, klublar baş məşqçinin bu tələbini rədd edəcəklər. Millinin "sükanı arxasına" keçdiyim dövrdə yaşadığım mübarizələri çox yaxşı xatırlayıram. İtaliyada şəxsi maraqlar və eqoizm həmişə üstün olub. İnsanlar başa düşmək istəmirlər ki, milli də bir komandadır, zaman, səbir və ciddi məşqlər tələb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 20 Noyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















