Icma.az
close
up
RU
İtaliyalı ekspert: İtaliyanın energetika balansında Azərbaycanın rolu artacaq MÜSAHİBƏ

İtaliyalı ekspert: İtaliyanın energetika balansında Azərbaycanın rolu artacaq MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Dünən İtaliya Prezidenti Sercio Mattarella Bakıya rəsmi səfərə gəlib. Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ olan bu səfər hər iki ölkənin aparıcı universitetlərini birləşdirən və gənc nəsil üçün yeni üfüqlər açan genişmiqyaslı təhsil layihəsi olan İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının təntənəli açılışı ilə əlamətdar olub. Bu əlamətdar hadisələr fonunda AZƏRTAC-ın müxbiri italiyalı beynəlxalq əlaqələr üzrə ekspert Rafael Marketti ilə söhbət aparıb, onunla əməkdaşlığın çoxşaxəli aspektlərini, ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, Azərbaycanın İtaliya üçün Cənubi Qafqazda və beynəlxalq aləmdə əsas tərəfdaş kimi rolunu müzakirə edib.

- Cənab Marketti, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, xüsusilə İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı, enerji və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bu səfərin böyük əhəmiyyəti var. O, İtaliya ilə Azərbaycan arasında çoxölçülü strateji tərəfdaşlığı birləşdirir və tamamlayır. Bu tərəfdaşlıq sənaye və enerji ilə bağlı iqtisadi aspektləri, eyni zamanda, mədəni və akademik ölçüləri əhatə edir. Bu gün biz Bakıdakı ADA Universiteti ilə İtaliyanın beş ali təhsil ocağı - Luis Universiteti (LUISS), Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Romadakı La Sapienza Universitetinin birgə layihəsi olan İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edirik.

Beləliklə, altı universitet yeni proqramlar hazırlamaq və azərbaycanlı tələbələrə daha geniş təhsil imkanları təklif etmək üçün birləşib. Tələbələr həm Bakıda, həm də İtaliyada təhsil ala və bir çox hallarda ikili diplom əldə edə biləcəklər. Hesab edirəm ki, bu, İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi üçün unikal imkan və mühüm resursdur.

Əminəm ki, İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti sayəsində hər iki ölkədə daha da səmərəli əməkdaşlıq edə biləcək mütəxəssislər yetişəcək.

- Azərbaycanın Cənubi Qafqaz regionundakı strateji mövqeyini beynəlxalq münasibətlər nöqteyi-nəzərindən necə qiymətləndirirsiniz?

- Azərbaycanın Şimal və Cənub, Şərq və Qərb arasında strateji kəsişmə nöqtəsində yerləşməsi onun ticarət və qitələrarası əlaqələr baxımından əsas mərkəzə çevrilməsi üçün ideal şərait yaradır. Lakin bu potensialı reallaşdırmaq üçün regionda davamlı sabitliyə nail olmaq çox vacibdir. Bu kontekstdə Ermənistanla sülh sazişinin imzalanması böyük əhəmiyyət kəsb edir. Bu, təkcə daxili təhlükəsizliyi gücləndirməyəcək, həm də ölkənin beynəlxalq investorlar və tərəfdaşlar üçün cəlbediciliyini artıracaq. Bundan başqa, sülh yolu ilə nizamlanma regional əməkdaşlıq və inteqrasiya üçün yeni imkanlar açacaq.

- İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

- İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini həqiqətən də əla adlandırmaq olar. Ölkələr arasında çoxşaxəli strateji tərəfdaşlıq inkişaf edib. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Təbii sərvətlər, ilk növbədə, enerji əməkdaşlığımızın təməli olaraq qalır, lakin təhsil və mədəniyyətdən tutmuş texnologiyaya qədər digər mühüm sahələr də fəal inkişaf edir. Müntəzəm yüksəksəviyyəli səfərlər yalnız əlaqələrimizin dinamik xarakterini təsdiqləyir, həm keçmişi təhlil etmək, həm də gələcəyə inamla baxmaq üçün möhkəm zəmin yaradır. Əməkdaşlıq perspektivləri həqiqətən də parlaqdır.

- Sizcə, Azərbaycanı Cənubi Qafqazda İtaliya üçün xüsusilə vacib tərəfdaş edən hansı cəhətlər var?

- Azərbaycan Avropa ilə Asiya arasında əsas körpü rolunu oynayan geostrateji mövqeyi baxımından İtaliya üçün Cənubi Qafqazda xüsusilə mühüm yerə malikdir. Bu, İtaliyanın enerji diversifikasiyasında mühüm rol oynayan zəngin neft və qaz ehtiyatlarını nəzərə alaraq, ölkəni mühüm enerji tranzit mərkəzinə çevirir. Enerjidən başqa, Azərbaycan iqtisadiyyatının digər sahələri də fəal şəkildə inkişaf edir və İtaliya şirkətləri üçün sənaye, infrastruktur, texnologiya kimi sektorlarda cəlbedici imkanlar yaradır. Əsas odur ki, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsində İtaliyanın maraqlarına uyğun gələn regional sabitlik və inkişafa sadiqliyini nümayiş etdirir. Bütün bu amillər Azərbaycanı İtaliya üçün dəyərli və çoxtərəfli tərəfdaşa çevirir.

- İtaliya Azərbaycanın Avropa İttifaqında ən böyük ticarət tərəfdaşıdır. Yaxın illərdə iqtisadi əməkdaşlığın hansı sahələrini daha perspektivli hesab edirsiniz?

- Sözsüz ki, əməkdaşlığın əsas istiqamətləri neft-qaz sənayesi, həmçinin müdafiə və təhlükəsizlik, sənaye kooperasiyası və təhsildir. Təhsil xüsusilə vacibdir. Təhsil əsasdır, çünki o, Azərbaycanın davamlı iqtisadi artımında və inkişafında həlledici rol oynayan insan kapitalını formalaşdırır.

Bundan əlavə, qlobal iqlim problemləri qarşısında getdikcə aktuallaşan bərpaolunan enerji və davamlı inkişaf sahəsində əməkdaşlıq böyük vədlər verir. Turizm sektoru da sürətlə inkişaf edir, burada İtaliya öz geniş təcrübəsini və texnologiyalarını bölüşə bilər. Rəqəmsal transformasiya dövründə hər iki ölkə üçün yeni imkanlar açan rəqəmsal texnologiyalar və innovasiyalar sahəsində birgə iş də eyni dərəcədə vacibdir.

- Cənub Qaz Dəhlizi çərçivəsində İtaliyanın enerji təchizatçısı kimi Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Cənub Qaz Dəhlizində iştirakı ilə İtaliyanın enerji təhlükəsizliyində əsas rol oynayır. Bu dəhliz Xəzər qazının birbaşa Avropaya çatdırılmasına imkan verir, enerji mənbələrinin şaxələndirilməsini asanlaşdırır və ənənəvi təchizatçılardan asılılığı azaldır. Avropanın aparıcı iqtisadiyyatlarından biri olan İtaliya üçün Azərbaycandan sabit və etibarlı qaz tədarükü böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, bu layihə çərçivəsində əməkdaşlıq ikitərəfli əlaqələri gücləndirir və hər iki ölkənin enerji sektorlarına investisiyaları stimullaşdırır. Xüsusilə daha təmiz və dayanıqlı enerji mənbələrinə keçidi nəzərə alsaq, Azərbaycanın İtaliyanın enerji balansında rolu gələcəkdə yalnız arta bilər. Beləliklə, Cənub Qaz Dəhlizi həm İtaliyaya, həm də Azərbaycana fayda verən strateji layihədir.

– Qlobal çağırışlar şəraitində İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın hansı yeni sahələrini xüsusilə vacib hesab edirsiniz?

– Aqrobiznes yeni enerji mənbələrinə keçidlə yanaşı, iki ölkə arasında potensial əməkdaşlığın digər mühüm elementidir. Bu sahədə bir sıra İtaliya şirkətləri yaxın illərdə tərəfdaşlığı və dəstəyi təmin etməklə, Azərbaycanın enerji keçidinin inkişafına əhəmiyyətli töhfə verə bilər. Bundan əlavə, rəqəmsal texnologiya və innovasiya sahələrində birgə layihələr müxtəlif iqtisadi sektorların səmərəliliyinin və davamlılığının artırılmasına stimul ola bilər. Qlobal ekoloji dəyişikliklər şəraitində hər iki ölkənin maraqlarına cavab verən ətraf mühitin mühafizəsi və təmiz texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərin inkişaf etdirilməsi də vacibdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see216

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see180

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see163

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see161

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see157

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see139

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri