Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ekspert: Azərbaycanın ekosistemi maraqlı inkişaf mərhələsindədir MÜSAHİBƏ

Ekspert: Azərbaycanın ekosistemi maraqlı inkişaf mərhələsindədir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Son illər Azərbaycan innovasiya və startaplar sahəsində regional mərkəz kimi fəal inkişaf edir. Strateji yerləşməsi, gənc və istedadlı nəsli, eləcə də dövlət dəstəyi sayəsində ölkə tədricən Cənubi Qafqaz və qonşu regionların texnoloji ekosistem xəritəsində əsas məntəqələrdən birinə çevrilir.

AZƏRTAC startap-ekosistemlər üzrə ekspert, “Global Tech Weekend” tədbirinin həmtəsisçisi və “Steppe & Stone Capital” risk fondunun baş tərəfdaşı Nodo İvanidze ilə müsahibəni təqdim edir:

– Cənubi Qafqaz və region ölkələri ilə müqayisədə Azərbaycan startap ekosisteminin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycanın ekosistemi çox maraqlı inkişaf mərhələsindədir. Dövlətin güclü dəstəyi, innovasiyalara can atan gənc nəsil, eləcə də korporativ şirkətlər və investorlar tərəfindən artan maraq var. Azərbaycanın fərqləndirici cəhəti onun strateji yerləşməsidir. Belə ki, ölkə Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü rolunu oynayır. Düzgün beynəlxalq əlaqələr qurulduğu təqdirdə, Azərbaycanın bu geniş innovasiya dəhlizinin əsas mərkəzlərindən birinə çevrilmək potensialı var.

– Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə innovasiya ekosistemlərinin uğurlu inkişafına hansı əsas amillər təsir göstərir?

– Mənim fikrimcə, üç əsas amil təsir göstərir. Birincisi, istedad və bacarıqlar – güclü peşəkar kadrların yetişdirilməsi universitetlər, ixtisaslaşmış təlimlər və korporativ təcrübə vasitəsilə baş verir. İkincisi, yüksək etimad və qarşılıqlı anlaşma – startap təsisçiləri, investorlar, dövlət strukturları və iri şirkətlər arasında əlaqə və koordinasiya vacibdir. Üçüncüsü isə real əməliyyatlar axınıdır – tərəfdaşlıqlar, uğurlu çıxışlar və faktiki investisiya razılaşmaları ekosistemdə uğurun mümkün olduğunu nümayiş etdirir.

İnkişaf etməkdə olan ölkələrdə ekosistemlər ən sürətli şəkildə o zaman inkişaf edir ki, hökumət dəstəkləyici qanunverici və təşkilati çərçivə yaradır, özəl investorlar və beynəlxalq tərəfdaşlar isə zəruri maliyyə və resursları təmin edirlər. Məhz buna görə “Global Tech Weekend” tədbiri birgə platforma kimi yaradılıb, belə ki, o, hökumətləri, startapları, investorları və beynəlxalq iştirakçıları bir araya gətirərək innovasiya mühitinin inkişafına şərait yaradır.

– Azərbaycan startapları üçün beynəlxalq bazarlara, xüsusilə Mərkəzi Asiya və Şərqi Avropaya çıxış baxımından hansı imkan və çağırışlar görürsünüz?

– İmkanlar kifayət qədər böyükdür. Azərbaycan mədəni, coğrafi və iqtisadi əlaqələr baxımından startaplarının təbii şəkildə Mərkəzi Asiya və Şərqi Avropa bazarlarına genişlənməsi üçün əlverişli şəraitə malikdir. Əsas çətinlik isə çox zaman düşüncə tərzində olur, yəni təsisçilər yalnız yerli bazar haqqında fikirləşməli deyil, həm də əvvəldən regional və qlobal ambisiyalarla da biznes qurmalıdırlar. Digər problem isə buranın kifayət qədər tanınmamasındadır, yəni bir çox beynəlxalq investorlar hələ də Azərbaycandakı istedad və potensial səviyyəsindən xəbərsizdir. Buna görə biz “Global Tech Weekend” tədbirini yaratdıq ki, Azərbaycanın da daxil olduğu ekosistemlər qlobal miqyasda tanınsın və yerli təsisçilər xarici imkanlarla birləşdirilsin.

– Sizin fikrinizcə, yaxın illərdə Azərbaycanda startapların artımını hansı sahələr və texnologiyalar stimullaşdıracaq?

– Məncə, yaxın illərdə Azərbaycanda startapların inkişafını bir neçə əsas sahə və texnologiyalar stimullaşdıracaq. Birincisi, təmiz enerji keçidi və iqlim innovasiyalarıdır. Bu, Azərbaycanın enerji sahəsində liderlərdən biri kimi roluna tam uyğundur. İkincisi, ölkənin Orta Dəhliz üzərində strateji yerləşməsini və beynəlxalq ticarətdə mühüm rolunu nəzərə alaraq logistika və nəqliyyat xüsusi əhəmiyyət daşıyır.Həmçinin, yaradıcı sənayelər və rəqəmsal medianı da qeyd etmək lazımdır. Burada istedadlı gənc nəslin qlobal bazarda tələb olunan məhsulları yaratmaq üçün bütün lazımi imkanları var. Üçüncüsü, fintex və süni intellekt sahələri də biznesin genişlənməsi və qlobal bazarlara çıxış baxımından mühüm alətlərdir.

Bütün bu sahələr təkcə ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda inkişaf və ekspansiya potensialına malikdir.

– “Steppe & Stone Capital” kimi vençur fondları regionda innovasiyaların təşviqinə və startapların miqyasının genişlənməsinə necə töhfə verir?

– “Steppe & Stone Capital”ın əsas məqsədi Qafqaz və Mərkəzi Asiyanın potensialını üzə çıxarmaqdır. Biz erkən mərhələlərdə kapital, aktiv mentorluq və qlobal əlaqələr təmin edirik ki, təsisçilər autsorsinq və xidmətlərdən orijinal məhsul yaradılmasına keçə bilsinlər. Bizim yanaşmamız iki istiqamətlidir: həm sürətlə böyüyən startapları, həm də ümumi ekosistemi gücləndirən şirkətləri dəstəkləyirik. Əlaqələrin qurulmasını təmin edən “Global Tech Weekend” ilə birgə biz startaplara yalnız investisiya cəlb etməyə deyil, həm də bazarlara, tərəfdaşlara və istedadlara çıxış əldə etməyə kömək edirik.

– Azərbaycan startaplarının regional və beynəlxalq inteqrasiyası nə dərəcədə vacibdir və onun möhkəmlənməsi üçün hansı addımlar atıla bilər?

– Regional və beynəlxalq inteqrasiya Azərbaycan startapları üçün mühüm əhəmiyyətə malikdir. Heç bir ekosistem təcrid şəraitində uğurla inkişaf edə bilməz. Azərbaycanlı təsisçilər regiondakı həmkarları ilə sıx əlaqədə olduqda və qlobal şəbəkələrə çıxış əldə etdikdə daha çox fayda qazanırlar. Bu inteqrasiya Mərkəzi Asiya, Şərqi Avropa və Yaxın Şərq ekosistemləri ilə fəal əməkdaşlığı, təcrübə və resurs mübadiləsini, bazarların genişləndirilməsini nəzərdə tutur.

Eyni zamanda, beynəlxalq investorlar və tərəfdaşlarla etibarlı münasibətlərin qurulması yeni maliyyələşmə və böyük layihələr üçün imkanlar açır. Azərbaycan innovasiyalarının dünya səviyyəsində nümayiş etdirilməsi isə ölkənin tanınmasını və qlobal diqqətin artmasını təmin edir.

Bu inteqrasiyanın gücləndirilməsi üçün daha çox sərhədlərarası proqramların inkişaf etdirilməsi, birgə fondların və ko-investisiya təşəbbüslərinin yaradılması vacibdir. “Global Tech Weekend” kimi tədbirlər bu prosesdə mühüm rol oynayır, belə ki, onlar müxtəlif ölkələri vahid platforma altında birləşdirən mərkəzləşmiş hərəkat funksiyasını yerinə yetirir. Belə təşəbbüslər sayəsində Bakı, Daşkənd və Tbilisidən olan startaplar qlobal innovasiya ekosisteminə bağlı vahid, güclü regional dalğanın bir hissəsi kimi qəbul olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri