Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İtirdiyimiz xüsusiyyətlər: namus

İtirdiyimiz xüsusiyyətlər: namus

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Namus insanın şərəfini, şəxsiyyətini, mənliyini qoruyan ən vacib dəyərdir. Əxlaqi dəyərlərə, insani keyfiyyətlərin ən alisinə sahib bir insanı xarakterizə edərkən ən birinci onun namuslu olması barədə danışılır. Xüsusilə şərq cəmiyyətlərində namus bir insanın xatrakterində ən vacib hesab edilən özəllikdir. Onun yoxluğu insan mənəviyyatının çöküşü deməkdir və bu da cəmiyyətin tənəzzülünə rəvac verən ən əhəmiyyətli çatışmazlıqdır. Namus özündə şərəfi, ləyaqəti, iffəti, izzəti, doğruluğu, dürüstlüyü, mənəviyyatı ehtiva edən ən ali insanlıq dəyəridir.

Yaşadığımız dövr insanlığın imtahandır və əfsus ki, bəşəriyyət bu imtahandan keçə bilmədi. Mövcud vəziyyətin yaratdığı mənəvi böhran sürətlə dərinləşir və cəmiyyətin parçalanmasına doğru gedir. Əxlaq, insan və insan münasibətlərinin ən təməl dəyərlərindən biridir. Amma təəssüflər olsun ki, bəzən cəmiyyətdə əxlaqi hərəkətlərin, namus anlayışının yalnız bir cinsə aid edilməsinin şahidi oluruq. Mən nə demək istəyirəm? Şərəf, həya, ar, iffət, namus kimi məfhumların yalnız qadınlara aid edilməsi məni narahat edir. Hansısa bir qadının namus üstündə öldürülməsi, amma onu öldürən kişinin illərin namussuzu olması faktı cəmiyyətdə hamını narahat etməlidir, amma etmir.

Haradasa oxumuşdum ki, namus anlayışı kişilər vasitəsilə yaranıb və qadınlara yüklənib. Halbuki namus ümumi qavramdır və bütün insanlar üçün mahiyyəti eynidir. İnsanlar namus məfhumunu həqiqət və dürüstlük məfhumundan kənarlaşdırıb onu xırda, maddi amillərlə əlaqələndiriblər zamanla. Çünki yalnız qadınların çiyinlərinə yüklənən namus anlayışı şərəf, iffət və qürur kimi ülvi məfhumları da primitivləşdirir. Cəmiyyətdə elə bir fikir formalaşdırılır ki, namus yalnız qadınlara xas xüsusisyyətdir və kişinin etdiyi əxlaqdan kənar hərəkətlər namus qavramına aid deyil. “Namussuz” töhməti yalnız qadınlara şamil edilir, ən böyük namussuzluğu kişi də etsə günahkarı hansısa bir qadın hesab edilir.

Ümumiyyətlə, mənəvi dəyərlərin cəmiyyətin bir seqmentinə və ya iki cinsdən birinə aid olması fikri insanları dəyərsizləşdirir, fikrimcə bu da zamanla cəmiyyətdə əxlaqsızlığın qanuniləşməsinə gətirib çıxarır. Sadiqliyi, iffəti, həya və namusu yalnız qadınlara məxsus dəyərlər kimi görmək və onları qadınlardan gözləmək normal davranış deyil. Belə etməklə kişiləri bu dəyərlərdən uzaqlaşdırır, nə cür davranırsa davransın, heç bir məsuliyyət hiss etməməməsi istiqamətində tərbiyələndirirlər. Əgər iki cins qərar verib ailə olursa ikisinin də bu ailə üçün öhdəlikləri var və həya, namus, şərəf, sədaqət hər ikisi üçün də eyni dərəcədə öhdəlik olmalıdır.

İffət... Ən son nə vaxt eşitmisiniz bu sözü? İffət insani keyfiyyətdir, sonradan yaranmır, satılmır, alınmır. Bu keyfiyyət də namus kimi yalnız qadınlara aid deyil. Nikah zamanı o imza ilə kişi və qadın bir-birinə söz verirlər əslində - həm özlərinin, həm də ailənin iffətini, namusunu qorumaq üçün. Yəni bu vəd təkcə qadınların deyil, kişilərin də vədidir. Vədini pozan, ailə birliyinə, iffətinə xələl gətirən tərəf kişi olanda “kişidir, yenə ailəsinə qayıdacaq” deyən cəmiyyət qadın üçün eyni tolerantlığı göstərmir. Halbuki, hər ikisi üçün iffət anlayışı eynidir və biri digərindən üstün deyil. Qadının da, kişinin də iffətsizliyi eyni dərəcədə narahat etməlidir cəmiyyəti.

İffəti, namusu cılızlaşdırıb “insanların maddi ləzzətlərə meyli” kimi xarakterizə etmək yanlışdır. Çünki insanın bütün həyatı boyunca əməl edəcəyi bu insani keyfiyyət yalnız namus sözü ilə sinxronlaşdırmaq doğru deyil. İffət yalnız qadınlara xas olmayan, insanları əhd-peymanlarına sadiq edən, həddi aşmaqdan qoruyan, öz nəfsi və şəxsi ambisiyalarına görə cəmiyyətə zərər verməkdən çəkindirən bir keyfiyyətdir, hər nə qədər son illər nadir rastlanan xüsusiyyət olsa da.

Namus anlayışı mühavizəkar cəmiyyətlərdə insanlar üçün həyati əhəmiyyət kəsb edən anlayışlar arasındadır. Namusun qorunması insanın, xüsusilə qadının doğulması ilə başlayır və ömrü boyu davam edir. Əslində kişi və qadından asılı olmayaraq hər kəsin öz namusunu qorumalı olduğu fikri kiçik yaşlarından aşılansa bəlkə cəmiyyətdə namus kəlməsi bu qədər müzakirə edilməzdi. Bakirəlik, iffət, həya, ar, namus anlayışları yalnız qadınlara aid edilməsə, kişilər üçün də bu anlayışların böyük məna kəsb etdiyini aşılasalar bəlkə də bu qədər çox namus davası edilməz. Qadın öz namusunu, iffətini qoruduğu kimi kişilər də maksimum diqqət etsə nə ailələr dağılar, nə boşanmalar yüksələr, nə də abır-həya itər. Amma qadına biçilən o dar don kişilərə “ovesize”dir. Kişi ailəsinə xəyanət edəndə “kişidir, bir səhvdir edib” anlayışı göstərən cəmiyyət qadın üçün ölüm fərmanı yazır. İkisi də eyni günahı, eyni səhvi edib, ailə bütünlüyünə hər ikisi xələl gətirib, amma cəza qadına, səfa kişiyə...

Cəmiyyətimiz dəhşətli bir vəziyyətin içərisindədir. Namus sözü lüğətimizdən silinmək üzrədir. Azərbaycan öz tarixi boyunca mənəvi baxımdan hələ belə xaotik vəziyyətdə olmamışdı. Cəmiyyətin mənəviyyatı intihar etmək üzrədir, namus uçuruma doğru qaçır desək, yanılmarıq. Evli qadınların eşq macəraları, 3-4 uşağı olan kişilərin subay qız qaçırması, ananın övladını beşikdə, ərini yuxuda qoyub sevgilisinə qaçması, qayınataların gəlininə göz qoyması – biz hələ nələr görüb, nələr eşidəcəyik? Üstəlik bu biabırçılıqların hamısı efirlərdə nümayiş etdirilir, sosial layihə adı verilən proqramlarda cəmiyyətə göstərilir. O proqramlarda Azərbaycan kişisi evdən qaçan arvadı üçün ağlayır, o verilişlərdə kişilər onu yatmış vəziyyətdə qoyub qaçan qadına yalvarır ki, evinə qayıtsın. Ailəli olduğu halda aylardır başqa kişi ilə vətəndaş nikahında yaşayan, efirdən bütün ölkəyə namussuzluğu nümayiş etdirilən o qadınlar aylar sonra evinə qayıdır, heç nə olmamış kimi həyatına davam edir.

Ailə kimi milli dəyəri, toxunulmaz müəssisəni cılızlaşdırıb elə görkəmə saldılar ki, müqəddəsliyini itirdi. Ailə nədir, namus nədir, namuslu və ya namussuz insan arasındakı fərqlər nədir – indi bunlara əhəmiyyət verən çox az qisim insan var. Qadına namus yükünü yükləyib kişiyə azad dünyanın qapılarını açan cəmiyyət qarşısıalınmaz bir uçurum inşa etdi. Ailəsinin müqəddəsliyini idrak edən insanların sayı getdikcə azalır. Namusun necə ali dəyər olduğunu dərk edənlərin sırası sürətlə seyrəkləşir.

Ailə bütövlüyü yalnız qadının və ya kişinin yükü olmamalıdır, ümumiyyətlə ailə qavramı yük olmamalıdır. Bu könüllü qurulan müəsisisədir və hər iki tərəf üçün də vəzifə, öhdəlik eynidir. Nə qədər ki, öldürülən hər qadın üçün “yəqin bir namussuzluğu olub” düşüncəsi hökmran olacaq, o müddətcə namus anlayışı yalnız qadının iki ayağı arasında axtarılacaq, nə qədər ki kişilərin namus anlayışı cinsi münasibətlərdən uzaq tutulacaq, kənarda qarışdırdığı qələtlər ört-basdır ediləcək, o müddətdə də namus anlayışı don dəyişdirəcək. Namusu qadın, namussuzluğu kişi üçün normallaşdıran cəmiyyətlərdə ailə məfhumu məhvə məhkumdur.

İtirdiyimiz xüsusiyyətlər arasında namusun da olduğunu qəbul etmək istəmir insan, mübarizə etmək istəyirsən, amma namusun nə olduğunu çoxdan unudan insanların yaratdığı divara çırpılırsan. O divarı yıxmaq, namusun itmədiyini, unudulmadığını, hələ var olduğunu sübut etmək günü-gündən çətinləşir. Namus dəyərdir, onu kimin geyinməsindən asılı olmayaraq ən qiymətli paltardır. Namus insani keyfiyyətdir və cinsi yoxdur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri