Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İtirdiyimiz xüsusiyyətlər: mərdlik XXV YAZI

İtirdiyimiz xüsusiyyətlər: mərdlik XXV YAZI

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birinin ən gözəl xüsusiyyətlərini təsvir edərkən cəsur, dürüst, şərəfli sözləri ilə yan-yana çəkilib mərd sözü həmişə. Mədəniyyətimizdə, mahnılarımızda, şifahi və yazılı ədəbi nümunələrimizdə mərd sözünə o qədər tez-tez rast gəlinir ki, günümüzdə yoxluğunun bu qədər çox hiss ediləcəyini o zamanlar heç birimiz düşünməzdik.

Əsrlər boyu insanları mənən gücləndirən, onları motivasiya edən, yaxşılığı, insanlığı tərənnüm edən xüsusiyyət olub mərdlik. Bəzən adına dürüstlük, bəzən kişilik, bəzən cəsarətli və ya cəsur demişik, nəticədə hamımız eyni xüsusiyyəti nəzərdə tutmuşuq. Obrazlı dillə desək, dürüstlük insanın xarakterini fermentləşdirir, kişilik onu yoğurur, mərdlik isə bişirir.

Fəlsəfə elmi mərdliyi insanın ən əsas əxlaqi keyfiyyətlərindən biri hesab edir. Aristotel mərdliyi “qorxu ilə məsuliyyət arasında düzgün tarazlıq” kimi izah edirdi. Psixologiyada da mərdlik insanın qorxuya nəzarət etmə qabiliyyəti kimi izah olunur. Psixoloqlar deyir ki, hər bir insan qorxu hiss edir, lakin mərd insan qorxunun davranışını idarə etməsinə imkan vermir. Psixolojiya elmi mərdliyin əsas psixoloji komponentlərini özünə inam, məsuliyyət hissi, məqsəd və dəyər sistemi, eləcə də riskə hazır olmaq kimi izah edir.

Cəmiyyət üçün isə mərdlik etibar və təhlükəsizlik yaradan keyfiyyətdir. Sosial həyatımızda mərdliyi zəifləri qorumaq, ədalətsizliyə qarşı çıxmaq, ictimai nizamı qorumaq, liderlik formalaşdırmaq kimi müşahidə edirik. Tarix boyu cəmiyyətlər qəhrəmanları məhz bu keyfiyyətə görə ucaldıb. Düşmən də olsalar tərəflər bir-birinə qarşı namərdlik etməz, haqqını yeməzdi. Döyüşdə kişi kimi davranmaq, arxadan vurmamaq, düşmənlə göz-gözə döyüşmək kimi xüsusiyyətlər məhz mərdlik əlamətləri idi.

Lakin mərdlik yalnız fiziki təhlükə anında davranış ilə bağlı deyil, bu həm də mənəvi davranış nümunəsidir. Mənəvi mərdlik həqiqəti demək, təzyiqə baxmayaraq prinsiplərdən dönməmək,

haqsızlığa qarşı çıxmaqdır. Bu tip mərdlik çox vaxt fiziki cəsarətdən daha çətin hesab olunur. Mərdlik hər mədəniyyətdə fərqli anlam və çalar daşıyır. Məsələn, Şərq mədəniyyətində mərdlik namus, sözə sədaqət və qeyrət ilə əlaqələndirilir. Qərb düşüncəsində isə daha çox fərdi cəsarət və prinsipiallıq vurğulanır. Amma bütün mədəniyyətlərdə ortaq məna var: mərd insan təhlükə və ya çətinlik qarşısında geri çəkilməyən, nə olursa olsun, həmişə haqlının yanında olan insandır.

Fərman Eyvazlının "Qaçaq Kərəm" əsərində məşhur bir dialoq yer alır. Pristav Həsən bəy Qaçaq Kərəmin ailəsinin sürgün qərarını verəndə onun anası Fəxrənsəni kənd meydanında dindirərkən istehza ilə belə deyir: "De görüm yenə Kərəm kimi oğul doğa bilrəsənmi?" Ana isə qürurla: "Kərəm kimi nər doğmağa İsgəndər kimi ər gərəkdir. Qatır cinsindən ayğır törəməz!"- cavabını verir. Fəxrənsə xanım, oğlunun cəsarətinin atası İsgəndərin mərdliyindən qaynaqlandığını bir cümlə ilə vurğulayır. Bu cavab, Kərəmin xalqın gözündə sadəcə bir qaçaq deyil, şərəfli və igid bir nəslin mərd davamçısı olduğunu simvolizə edir.

Ümumiyyətlə, bu əsərdə mərdlik, kişilik ilə bağlı çox incə məqamlar var ki, bir epizodu da "Kişi sözü" yazımda vermişəm. Yeri gəlmişkən, həm Fərman Eyvazlının "Qaçaq Kərəm"i, həm də İsmayıl Şıxlının “Namərd gülləsi” əsərində mərdlik anlayışı o qədər detallı, incə, üsullu işlənib ki, bu iki əsəri oxumaqla Azərbaycan kişisinin igidliyi, mərdliyi, qorxmazlığı, dürüstlüyü haqqında müfəssəl məlumat almaq olar.

Mərdlik anlayışı tarixən yazıçıların, şairlərin ən çox müraciət etdiyi mövzu olub. Çünki bütün dövrlərdə zülm edən, zülm görən, bu zülmə etinasız qala bilməyənlər olub. Azərbaycan ədəbiyyatında mərdliyin ən qədim və güclü nümunələrindən biri "Kitabi Dədə Qorqud"da təsvir edilib. Burada mərdlik üç xüsusiyyətlə təqdim olunur: qorxmazlıq, sözə sədaqət, vətəni və ailəni qorumaq. Məsələn, oğuz igidləri, Basat və Bamsı Beyrək kimi qəhrəmanlar təhlükədən qaçmırlar, dostluğa və sözə xəyanət etmirlər, zəifləri qoruyurlar. Bu dastanda mərdlik yalnız döyüş bacarığı deyil, kişilik və mənəvi bütövlük kimi təqdim edilir. Sıradan bir çobanın xarakterindəki mərdlik xüsusiyyəti belə dastanı oxuyarkən insanın bütün hiss və duyğularına sirayət edir.

Azərbaycan ədəbiyyatının sütunlarından biri olan Nizami Gəncəvinin əsərlərində mərdlik daha çox ədalət və mənəvi ucalıq kimi təqdim olunur. Xüsusilə "İsgəndərnamə" və "Xosrov və Şirin" əsərlərində qəhrəmanı ədalətli, zəifləri müdafiə edən, hakimiyyəti şəxsi mənfəət üçün istifadə etməyən kimi təsvir edilir. Nizami üçün mərdlik hakimiyyət və gücdən daha üstün mənəvi keyfiyyətdir. Məhəmməd Füzuli poeziyasında mərdlik daha çox sədaqət və mənəvi dözüm kimi təqdim olunur. "Leyli və Məcnun" əsərində Məcnunun sevgidə dönməzliyi sevgiyə xəyanət etməmək, çətinlik qarşısında geri çəkilməmək kimi təsvir olunur. Bu baxımdan Füzuli də mərdliyi ruhi sədaqət və dözümlülük kimi göstərir.

Cəlil Məmmədquluzadənin əsərlərində mərdlik daha çox sosial cəsarət kimi göstərilir. Məsələn, "Ölülər" əsərində cəmiyyətin qorxaqlığı tənqid olunur, həqiqəti deməkdən çəkinməyən insanlar müsbət qəhrəman kimi təqdim edilir. Burada mərdlik ictimai cəsarət və düşüncə azadlığı kimi izah olunur. Səməd Vurğun poeziyasında mərdlik daha çox vətənpərvərlik və qəhrəmanlıq ilə bağlıdır. Xüsusilə "Vaqif" əsərində sözünə sadiq qalmaq, xalqın taleyinə sahib çıxmaq mərdliyin əsas xüsusiyyətləri kimi təqdim olunur. Doğru sözündən dönməyən Nəsimi, ona yalnız doğruları və sözündən dönməməyi öyrədən Nəimi, dövrümüzdə vətən uğrunda şəhid olan minlərlə gənc - hər biri mərdliyin nümunələri deyilmi?

Folklorumuzda mərdliklə bağlı çox təsirli bir ifadə var, bu ifadə xalq qəhrəmanı Koroğlunun dilindən nəql edilir. Koroğlu ömrünün ahıl çağında bir kəndlinin əlində ilk dəfə tüfəng görür. Kəndli tüfənglə öküzü vuranda Koroğlu başa düşür ki, artıq döyüşün, mübarizənin də qaydası dəyişib. Bu zaman saz götürüb belə bir qoşma deyir:

“Tutulur məclisdə igidin yası,

Kor olur qılıncı, polad libası.

Gəlib bic əyyamı, namərd dünyası,

Mənmi qocalmışam, ya zəmanəmi?”

Tüfəng çıxdı, mərdlik getdi, hay haray!”

Bu epizod qılınc dövrünün sonu, mərdliklə vidalaşmaq kimi izah edilir. O vaxta qədər döyüşdə igidlik, güc, üz-üzə vuruşmaq əsas idi. Arxadan vurmaq, bərabər olmayan güclə döyüşmək kişilik hesab edilmir, mərdliyə ləkə sayılırdı. Texniki silahların dövründa mərdlik anlayışı da dəyişir, tüfəng uzaqdan öldürməyə imkan verir. Bu isə igidlik yox, texnika üstünlüyü deməkdir. Koroğlu bunu yalnız silah dəyişikliyi kimi yox, zəmanənin dəyişməsi kimi görür və deyir ki, artıq “namərd əyyamı” gəlib.

Tariximizin ən mərd insanının mərdliyini bu yazıda xatırlamamaq olmazdı. Babək Xürrəmi Azərbaycan tarixində mərdlik, azadlıq və əyilməz iradə simvolu kimi tərənnüm olub. Babək ilə bağlı tarixdə tez-tez xatırlanan mərdlik epizodlarından biri onun əsir düşdükdən sonra göstərdiyi davranışdır. Azərbaycanın bütövlüyü uğrunda uzun illər qəhrəmanlıq göstərən Babək xəyanət nəticəsində tutulub ağır işgənclərlə edam edilir, əzaları növbə ilə kəsilir. Babəkin ilk qolları kəsilir, bundan sonra o, üzünü yanında göl kimi yığılan qanına batırır. Ətrafdakılar bunun səbəbini soruşanda Babək belə cavab verir: “İnsan qan itirəndə rəngi ağarar. Mən istəmirəm ki, düşmənlər məni qorxudan ağarmış zənn etsin".

Əslində mərdlik, dürüstlük, fədakarlıq və sözünə əməl etmək kimi dəyərləri özündə ehtiva edən, dövrə və zamana görə transformasiya olmayan anlayışdır. Bir qədər cild dəyişdirir, bir qədər də sayı azalır, lakin insanlığın sağ qaldığı müddətcə, donu dəyişdirilmiş formada olsa da, mövcud olmağa davam edir. Günümüzdə atom bombası ilə bir-birini hədələyən ölkələr, ikiüzlü siyasət, müharibə zamanı sivil ərazilərin bombalanması da mərdliklə nə qədər tərs-mütənasib olduğunun göstəricisi deyilmi?

Mərdliyin bu qədər qəhət olması bir az da süniləşən münasibətlərdən, rəqəmsallaşan ünsiyyətdən qaynaqlandı sanki. Dürüstlüyün üz-üzə, səmimi şəkildə anlaşılması daha rahat ikən araya uzaq məsafələr və rəqəmsal münasibətlər girdi. Bəlkə də məsafələrin çoxalması və ünsiyyətin azalması itələdi bizi bu yola, çünki bir-birimizi görmədən, qarşımızdakının gözünə baxmadan daha çox aldada, namərdlik edə, zərər vura bilirik. İnsanların hisslərindən süi-istifadə edirik, yaxşılığına yamanlıq edirik, mərdliyinə namərdliklə qarşılıq veririk.

Bəlkə də zaman, dövr deyə-deyə bəhanələr uydururuq, amma genlərimizin yüz illərdir bizə ötürdüyü xüsisiyyətləri özümüz korlayırıq. "Mühit bizi çirkləndirə bilər", "zəmanə xəmirimizə haram qata bilər" deyə özümüzə təskinlik veririk bəlkə, kim bilir? Axı min illərin sınağından keçən ata sözü boşuna deyilməyib: "mərd özündən bilər, namərd özgəsindən". Dürüstlüyün, mərdliyin birinci şərti günahı özündə axtarmaq deyilmi? Bizi nə vadar etdi ki, iynə atsan mərdin yaxasına sancılan bir cəmiyyətdən, günün günorta çağı çıraqla mərd adam axtarılacaq bir cəmiyyətə çevrildik?

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri