Icma.az
close
up
RU
İtirdiyimiz xüsusiyyətlər: şərəf XXIII YAZI

İtirdiyimiz xüsusiyyətlər: şərəf XXIII YAZI

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İnsan deyəndə şərəf, şərəf deyəndə insan xatırlanmalıdır, çünki insanlığın mayasıdır şərəf. Heç vaxt vicdanına əks getməyən, namusunu itə atmayan, adını ləkələməyən, başqasının adına qara yaxmayan, gözütox, əqidəli, qürurlu insanların daşıdığı xüsusiyyətdir şərəf. Şərəf sözü bir insanı təsvir etmək üçün işlədilə bilən ən gözəl xüsusiyyətlərdən biridir. Bu xüsusiyyət insanın ləyaqətli, dürüst, güvənli, sözündən dönməz bir insan olduğunu göstərir.

Şərəf sözü dilimizə ərəb dilindən keçib, mənası ləyaqət, etibar deməkdir. Bu xüsusiyyət insanın mənəvi dəyərlərinin böyüklüyünü, insanın edə biləcəklərinin və etməyəcəklərinin sərhədini ifadə edir. Əgər bir insanın keyfiyyətlərini ifadə edəndə ora “şərəflidir” və ya “şərəfsizdir” sözünü əlavə edirsənsə bu artıq o insanın haqqında müfəssəl məlumat vermək deməkdir. Şərəfli və ya şərəfsiz ola bilmək insanın öz əlindədir və bu bizi insan edən ən əhəmiyyətli xüsusiyyətdir.

Şərəf adını daşıyan insanlar adının mənası ilə eynilik daşıyırmı – bu bir az mübahisəli məsələdir. Adının özəlliklərinə sahib olanlar da var, tamamilə əks xarakterdə olanlar da. Bu ad ölkəmizdə əvvəllər həm qadınlara, həm də kişilərə verilib, bu güz az rastlanan ad olsa da ötən əsrdə ən çox təlabat olan adlardan idi. Adın mənasının gözəlliyi insanların bu ada daha çox dəyər verməsi ilə nəticələnib.

Maraqlıdır, bu gün cəmiyyətdə şərəf və ya şərəfli insan anlayışları nə qədər aktualdır? Şeirlərə, romanlara mövzu olan, haqqında aforizmlər yazılan şərəf anlayışı bizim üçün nə deməkdir? Varlığı ilə yoxluğu arasındakı fərq nədir? İnsan cəmiyyətində şərəfin əhəmiyyəti, üstünlüyü, vacibliyi hansı dərəcədədir?

İnsanı insan, kişini kişi, qadını qadın edən xüsusyyətdir şərəf. Əyilməyən, əyməyən, alçalmayan, alçaltmayan özəllikdir. Şərəf insanın əxlaqını, şəxsiyyətini, mənliyini, kimliyini təmsil edən keyfiyyətlərin ümumi adıdır. İgidlik, dürüstlük kimi fəzilətlərlə yoğrulub şərəf. İnsanın dəyəri və ləyaqəti çox vaxt həmin şəxsin haqqında deyilən “şərəfli insandır” sözü ilə qiymətləndirilir.

İnsan dünyaya şərəfi ilə gəlir, yoxsa şərəf sonradan qazanılan bir xüsusiyyətdir? Maraqlı sualdır. Kiminə görə şərəf genetik dəyərdir, doğulan gündən etibarən damarlarında axan qanda olur. Kiminə görə şərəf sonradan, böyüdükcə qazanılan xüsusiyyətdir. İnsan şərəfli və ya şərəfsiz olmağı özü seçir deyirlər, bəzən də insanı yaşadığı həyat, çəkdiyi əziyyətlər şərəfsiz edə bilir deyirlər.

Şərəf sözü insanın özünə olan hörmətidir ən əvvəl. Daha sonra isə başqaları tərəfindən göstərilən hörmətin əsaslandığı şəxsi keyfiyyət və reputasiyadır. Şərəf insanları digər canlılardan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Bu xüsusiyyəti, insanı insan edən əsas amil adlandıra bilərik. Şərəf dedikdə ağla ilk gələn anlayış insanın çəkisi, dəyəri olur. Çünki insan öz yerini bilmirsə, öz dəyərinin fərqində deyilsə, çəkisinin ağırlığını qorumursa o şərəfin nə olduğunu da bilmir deməli.

Əgər insan bu xüsusiyyətinin fərqindədirsə və öz şərəfini bu dünyada hər şeydən uca tutursa bu onun başqalarının gözündə də ucalması deməkdir. Öz şərəfini hər şeydən ali tutan insana verilən dəyər də ali olur. Şərəf insanın həm özündə, həm də başqalarında hörmət etdiyi xüsusiyyətdir. Şərəf insanı ucaldan, qoruyan, sevdirən xüsusiyyətdir.

Şərəfli biri haqqında danışanda “çox vüqarlı, qürurlu adamdır” deyirik. Şərəfli həyat, insani dəyərlərin pozulmadığı və ya pozulmasına icazə verilməyən bir həyatdır. Şərəfli yaşamaq, insanı insan edən xüsusiyyətlərlə yaşamaq deməkdir. Şərəfli həyat öz dəyərini bilmək və başqalarının dəyərlərinə hörmət edə bilməkdir. Şərəfli həyat, insanın bəşəri dəyərlərə hörmətlə yaşadığı həyatdır. Şərəfli insan nə özünü alçaltmaz, nə başqasını. Bir nəfərin də olsa şərəfinə toxunmaq bütün insanlığın ləyaqətinə, şərəfinə toxunmaq deməkdir. İnsanlığın şərəfi tapdalanırsa, onun içində özümüz də varıq.

Bəs nədir başqasının şərəfi? Nəyə toxunmaq olmaz? Kiminin ailəsi, kiminin işi, kiminin şəxsiyyəti, kiminin dəyərləri, kiminin də başqa bir qırmızı xəttidir şərəfi. Ümumilikdə ailə, milli dəyərlər, inanclar - müqəddəs bildiyimiz hər şey bizim şərəfimizdir. Əgər özümüzdə dəyər verdiyimiz nəsə varsa bu dəyərin başqasında ola biləcəyini qəbul etmək və buna uyğun davranmaq lazımdır. Yaşamaq istəmədiyimizi yaşatmaqdan qorxmalıyıq.

Şərəfli insan zəhməti ilə nail olur hər şeyə, layiqincə icra edir vəzifəsini. Şərəfi olan insan kiminsə malına, puluna, işinə, ailəsinə göz dikmir. Yalan danışmaz, yalanı sevməz onlar. Gözlərini qaçırmazlar danışanda, dik baxarlar. Qorxmadan, ürkmədən, kimdənsə razılıq gözləmədən, kiməsə hesabat vermədən yaşayır onlar. Mənfəətini hər şeydən aşağıda tutar, öz qazancı üçün insanlara, dünyaya zərər verməz.

Şərəfli insanların vicdanı dərin və utanma hissi qüvvətli olur. Vicdanları ona görə dərin olur ki, yaxşı ilə pisi, yalan ilə doğrunu, əyri ilə düzü ayırmağı bacarırlar və heç vaxt haqlını haqsıza yem eləmirlər. Utanma hisləri ona görə qüvvətli olur ki, etdikləri hər hərəkətin cavabdehidirlər və bir gün əməllərinə görə pis xatırlanmaqdan, başqalarının xatirəsində pis insan kimi qalmaqdan qorxurlar. Onlar etmədiklərindən də utanırlar, başqalarının əməllərinin insanlığa vurduğu zərərə görə utanırlar. Şərəfli insanlar bütün şərəfsizlərin yerinə utanırlar – onlarla bir cəmiyyətdə yaşadıqları üçün, bir havanı tənəffüs etdikləri üçün.

Şərəfdən, namusdan, ardan, həyadan, dürüstlükdən danışanda istehza, rişxənd edilən bir dövrə gəlib çatdıq, çox ağrılı vəziyyətdir. İnsanlar şərəfli insana dözmür, dürüst insanı sevmir, həyalı insanı özlərindən təcrid edirlər. Çünki şərəfli insan onlara öz şərəfsizliklərini xatırladır, çünki şərəfli insan onlar kimi haqq yemir, başqalarının haqqına girmir, yalan danışmır, rüşvət vermir, rüşvət almır, başqasını alçaltmır, kiminsə qarşısında alçalmır. Şərəfli insanın bir devizi var – nə olursa olsun, əyilmə!

Başların ayaq, ayaqların baş olduğu zamanda şərəfli qala bilmək də çətindir, etiraf edək. Hər şeyə rəğmən öz şərəfini hər şeydən uca tutan, vüqarlı, qürurlu, əyilməz insanlara sevgilərlə...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Finlandiyanın ən qədim luna parkı 138 ildən sonra bağlanır SƏBƏB

24 Sentyabr 2026 20:31see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri