Icma.az
close
up
RU
İtirdiyimiz xüsusiyyətlər: ədalət XXII YAZI

İtirdiyimiz xüsusiyyətlər: ədalət XXII YAZI

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ədalət nədir?” deyə soruşan bir insana cavab vermək çox çətin olur bəzən. Çünki ədalətin olmadığı cəmiyyətlərdə onu tərif etmək, reseptini söyləmək də asan deyil. Yaradılışın tərəzisidir ədalət. Haqsızlığa uğradıqda ən çox ehtiyac duyduğumuz odur, hamımızın axtardığı, yoxluğunu hiss etdiyi vəziyyətdir. Bəzən bərabər olmaqdır ədalət, bəzən bərabərsizliyə razı olmaqdır, tarazlıqdır, doğru hərəkət etməkdir. Hər kəsə və hər şeyə layiq olduğu kimi davranmaqdır əslində ədalət.

Həyatımızın hər hansı bir anında biz də ədalət korluğu çəkmişik. İstisnasız olaraq bütün canlılar məruz qalır bu vəziyyətə. Təməl ədalətin olmadığı bir cəmiyyətdə yaşayan da olub, mülki ədalətsizliklə qarşılaşan da, bərabərləşdirən ədalətin həsrətində olan da, sosial ədalətətə həsrət qalan da, ilahi ədaləti gözləyən də.

İnsanlar nə zaman ki, cəmiyyət olaraq formalaşıblar, elə o zamandan həyatlarında olub ədalət, yaxud da ədalətsizlik. Bir qisim insan onun arxasınca qaçıb, varlığını qəbul etdirməyə, hökmranlığını tanıtmağa çalışıb, başqa bir qisim insan yoxluğu ilə barışıb, ümidini üzüb, sonuncu qisim isə onu görməzdən gəlib, cəmiyyətdən uzaqlaşdırmağa, səsini boğmağa çalışıb.

Hər üç qisim ayrı-ayrılıqda istədiyini alıb ədalət anlayışından, fərqli dövrlərdə, fərqli cəmiyyətlərdə. Bəzən ədaləti tutub bərqərar edə bilib insanlar, bəzən topal da olsa gedəcəyi yerə gec-tez vardığını görüblər, bəzən də onun kor olduğunu qəbul ediblər. Amma danılmaz fakt var ki, onu birdəfəlik öldürmək, boğub atmaq əbədiyyən mümkün olmayıb, olmayacaq. Ən qaranlıq quyularda belə bir iynə ulduzu qədər işıqdır ədalət, ən çarəsiz vəziyyətlərdə saman çöpü qədər ümiddir ədalət.

Bəlkə də tarixin heç bir dövründə başqa heç bir ictimai dəyər onun qədər acgözlülüklə gözlənilməyib, bəlkə heç bir hökm onun qədər arzulanmayıb, bəlkə də heç bir dövrdə onun qədər heç nə narahat etməyib insanları. Əslində bütün insanlar onun varlığına inanır, amma passiv və ya aktiv olaraq cəbhələrə bölünür. Əsrlərdir yazıçıların, filosofların marağını çəkən mövzudur ədalət, haqqında nə qədər yazılsa da heç vaxt yekununa varılmayan mövzudur.

Ədalət əslində insan cəmiyyətində ən ideal dəyər ölçüsüdür deyə bilərik. Əgər bir cəmiyyətdə o hökmrandırsa o cəmiyyətdə insanlar da rahat və qayğısız olur. Çünki o hamının haqqını müdafiə edir, kimsəyə güzəşt, kimsəyə imtiyaz vermir. Onun hegemon olduğu cəmiyyətlərdə kimsə kimsənin haqqını yemir, kinmsə başqasına zərər vermir, kimsə haqqı olmayana haqq iddia eləmir. Ədalət, əxlaqi dəyərlər arasında ən dəyərli olanıdır. Çünki onun yoxluğu bütün cəmiyyətin süqutu deməkdir.

Ədalət hüququn, haqqın, cəmiyyətin, insanlığın qayəsidir. O ictimai etibarlılığın təməl daşıdır. Əgər bir cəmiyyətdə onun yoxluğu hiss edilirsə o cəmiyyətdə insanlar xoşbəxt ola bilməz, kimsə özünün güvəndə, təhlükəsiz hiss etməz. Ədalət çəki daşlarının bərabərliyidir, əgər biri digərindən ağır gələrsə o tərəziyə inam olmaz. Ədalətin də gözəllik anlayışı kimi nisbi olduğunu düşünənlər var, çünki birinə görə ədalətli olan bölgü başqasına görə haqq yeməkdir, haqqına girməkdir. “Elin gözü tərəzidir” misalı da ədalət anlayışı ilə qardaşdır əslində.

Deyirlər ədalət cəmiyyətin oksigenidir, o olmadan cəmiyyət nəfəs ala və inkişaf edə bilməz. Demokratiyanın təməl daşı da, sülhün xəmiri də ədalətdir. İnkişaf ədalət üzərində ucalır, əgər bir cəmiyyətdə inkişafdan söhbət gedirsə təməlindəki ədalət faizinə baxaraq anlamaq olar ki, o cəmiyyət ya möhkəmdir, ya da ilk zəlzələdə uçmağa hazır təməlsiz binadır.

Yazdıqca düşünürəm, ən son nə zaman görmüşəm ədaləti? Harada, hansı vəziyyətdə şahidi olmuşam varlığına? Elə vəziyyətlərin, elə hadisələrin şahidi olursan ki bəzən, ədalətin olmadığına şübhə etmirsən. Bu hadisələrin şahidi olduqca nitqim tutulur, dilim dönmür, 20 ildən çox müddətdir yazan əlim quruyur. Bəzən şahidi olduğum ədalətsizlik məni usandırır, o vəziyyətləri təsvir edəndə çətinlik çəkirəm sözləri seçməyə, kəlmələri yazıya düzməyə. Boğularaq, boğazım düyünlənərək, qəhərdən udquna-udquna yazıram bəzi yazıları. Divarları, tavanı, döşəməsi qan olan dünyanın dözülməz hadisələrinə, əyilən ədalət tərəzisinə şahid olduqca, sinirə bilmədiyim, uda bilmədiyim gerçəkliklərini qəbul edə bilmədikcə havalanıram sanki. Belə hallarda ədalətin varlığına kim inandıra bilər məni?

Bəzən yazılarımın bağırdığını, qışqırdığını hiss edirəm, çünki elə vəziyyətlər, elə situasiyalar var ki, onu bağıraraq eşitdirmək istəyirsən, yazaraq yox. Ədaləti qapı-qapı, küçə-küçə gəzmək keçir içimdən, bəzən gördüklərimin, eşitdiklərimin yükü çiynimi əzir, yazacaqlarımın bütün ağrısını, acısını, öldürülən uşaqların əzabını, valideynlərinin çarəsizliyini ifadə edə bilmədikdə, sözlər aciz qalanda, kəlmələr çarəsiz olanda mən də çarəsiz qalıram. Kim inanar belə olanda ədalətə? İtmiş, yox olmuş, unudulmuş hesab etməzmi onu?

Hardasa zibil qutusuna atılan körpənin olduğunu, hansısa ölkənin qaranlıq zirzəmisində istismar edilən uşağın çarəsizliyini, hansı cəhənnəmdəsə təcavüzə uğrayan uşağın olduğunu düşündükcə gözlərimdən od çıxır. Belə vəziyyətlərdə axtar ədaləti, tapa bilsən qəhrəmansan. İçində uşaqların-ən məsumların, ən təmizlərin, ən günahsızların yaşadığı dünyamızı nə hala, nə vəziyyətə gətirib çıxardı insanlar.

Hər gün 200 milyon uşağın ac olduğunu, 300 min uşaq əsgərin döyüşə göndərildiyini, hər gün 10 min uşağın aclıqdan xəstəlikdən, səfalətdən öldüyünü, 200 mindən çox uşağın zirzəmilərdə ağır işlərdə işlədildiyini bilə-bilə ədalətin var olduğunu iddia etmək necə də gülüncdür, elə deyil? Bunları bilərək normal həyata davam etmək çətindir. Öz övladını öpüb bağrına basdıqca hardasa kimsəsiz bir uşağın gözlərini yola dikdiyini düşünürsən, öz balanı yedirsəndə hardasa bir körpənin aclıqdan ağladığını hiss edirsən. Mənən çökürsən, sustalırsan, ədalətsiz dünyanın ədalətini axtarmaq o qədər lüzumsuz görünür ki belə anlarda.

İnsanlar üçün dünya getdikcə cəhənnəmə çevrilir, müharibələr, xaos, qarşıdurma, epidemiyalar, ehhh, daha nələr... Özü, öz əli ilə evini başına yıxır insan. Özü oturduğu budağı kəsir. Nəinki sosial, mülki ədələtsizlik, təməl ədalət anlayışı –yaşamaq, yemək, geyinmək kimi haqları da əlindən alınıb bəzi insanların. Ümid qalıb ilahi ədalətə, dini kitablarda qiyamət günləri haqqında danışılır, əlamətləri yazılır – məncə yaxınlaşırıq o günə. Yeni bir Nuh tufanı qaçınılmaz olacaq bu gedişlə. Uşaqların zorlandığı, təcavüz edildiyi, oğurlandığı, istismar edildiyi, qul kimi işlədildiyi, günahsız insanların müharibələrdə, soyqırımlarda qətl edildiyi - ədalətin qovulub çıxarıldığı bir dünya Tanrının nəyinə lazımdır ki? Siz olsanız bağınızdakı ağacın hansı budağını kəsərsiniz? Qurumuş olan budağı təbii ki.

Müharibələrdə öldürülən günahsız insanların, işgəncə verilən məsumların ahı həkk olub dünyanın divarlarına, hərdən eşidirəm mən. Müharibə qan deməkdir, ölüm deməkdir, ağı deməkdir, bayatı deməkdir. Müharibələrin təməlində də ədalətsizlik, bərabərsizlik dayanır. Dünya ilə ədalət artıq tərs mütənasibdir. Kimə lazımdır ki bu cür dünya? Qan qoxuyan, ölüm iylənən.

Dünyəvi ədalətdən danışırlar bəzən, qəhqəhə ilə gülmək keçir içimdən. Qul kimi alınan, satılan, istismar, təcavüz edilən körpə uşaqların iniltisi gəlir qulağıma bəzən. “İlahi, mən dəli oluram deyəsən” deyə düşündüyüm də çox olub. Qulaqlarımı əllərimlə tuturam, açıram, yenə eşidirəm. Dünyanın tavanı çatlayıb, döşəməsi deşilib, divarları yıxılıb, daha boğa bilmir o səsləri. Ədalətin səsi o qədər gur çıxa bilirmi sizcə? Kim eşidib? Kim görüb?

Eynşteyn deyirdi ki, əgər dünyada xoşbəxt olmayan bircə uşaq varsa o zaman bütün yeniliklər və icadlar böyük bir heçdir. Atın o icadları dənizlərə, yandırın o böyük ixtiraları – əgər dünyada yaradılışın incisi olan bircə insan əzab çəkirsə nə əhəmiyyəti var ki onların? Əgər ədalət hamı üçün bərabər paylanmayıbsa niyə “insanlar bərabərhüquqludur” deyə yalanlar danışılır, vədlər verilir? Topal ədaləti də görmür çox insan, heç axsaya-axsaya da gəlib çıxmır axı ədalət.

Ədalətin olmadığı cəmiyyətdə əxlaq da olmaz, çünki insani dəyərlərin ən təməli ədalətdir. Əgər o boğulursa, yox edilirsə digər insani dəyərlər də doğulmadan məhv edilir deməli. Bütün haqsızlıqlar cəmiyyətdən doğulur, bütün günahkarları cəmiyyət yetişdirir, amma ədaləti də cəmiyyət doğur, böyüdür. Günah varsa, günahkar da var deməli, ədalətsizlik varsa tərəzi də vardır mütləq. Dünyanın ədalət tərəzisinin əyilməsi yeni gühahkarların doğulması deməkdir, əyilməməsi üçün hamı səfərbər olmalıdır.

Lalə Mehralı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see349

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see298

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see257

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see181

Kompani İngiltərə millisinin üzvünü komandasında görmək istəyir

15 Oktyabr 2025 13:27see177

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see134

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see134

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see131

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see128

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see128

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see127

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see126

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see126

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see125

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see124

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see122

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see122

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see121

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri