Icma.az
close
up
RU
İtirdiyimiz xüsusiyyətlər: yaxşılıq

İtirdiyimiz xüsusiyyətlər: yaxşılıq

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Sonuncu dəfə nə vaxt, kimə yaxşılıq etmisiniz? Ən son nə vaxt bir pişiyə yem vermisiniz məsələn, bir uşağı sevindirmsiniz, bir kimsəsizin qayğısına qalmısınız? Yaxşılıq edən və ya etməyən insanlar arasındakı fərqi düşündüyünüz zamanlar olubmu heç? Ümumiyyətlə, yaxşılıq sözü nəyi ifadə edir sizin üçün?

İlkin baxışda o qədər də mürəkkəb mənası olmadığını düşündüyümüz yaxşılığı müəyyən etmək əslində asan deyil. Heç bir qarşılıq gözləmədən edilən köməkdir yaxşılıq, belə təsnif edilir. Amma bu sözün tarixi dünyanın yaranma tarixi ilə yarışır desək, yanılmarıq. Yaxşılıq anlayışı empatiya, həmrəylik, xeyirxahlıq, təmənnasızlıq və bir çox bu kimi anlayışları özündə ehtiva edir. Yaxşılıq anlayışını digər hisslərdən fərqləndirən və bizi başqalarından daha çox insan edən də budur – bütün yaxşı duyğuları özündə cəmləməsi. İnsana, heyvana, təbiətə yaxşılıq əslində dünyaya olan sevgidir.

İnsan övladı yaranışından bu günədək xoşbəxtlik, mənəvi rahatlıq tapmağın bütün mümkün yollarını axtarıb. İbadət etmək, başqalarına yardım etmək, kimsəsizə kimsə olmaq, ehtiyaclının əlindən tutmaq kimi istəklər beləcə yaranıb. Xeyirxahlıq insanlıq əlaməti olmağa başlayandan bu günədək insan mənəviyyatı da yüksəlib. Yazdıqca düşünürəm, yaxşılıq etməkdən nə vaxt bu qədər uzaqlaşdıq biz? Nədir bizi yaxşılıq etməkdən iyrəndirən, uzaqlaşdıran? Biz nə vaxt bu qədər daşqəlbli, hissiz-duyğusuz varlıqlara çevrildik, özümüzün xəbəri olmadan? Nə vaxt itirdiyimiz dəyərlər siyahısına yaxşılığı da əlvə etdik?

Əslində bütün dünyadakı insanlar bir-birinə görünməz bağlarla bağlıdırlar. Buna görə də etdiyimiz hər bir hərəkətin müəyyən mənada sonra bumeranq kimi özümüzə geri dönəcəyinin fərqində olmalıyıq. Etdiyimiz hər bir yaxşılıq bir gün mütləq özümüzə geri qayıdacaq. Təəccüblü deyil ki, yaxşılıq edən insanlar ətrafdakılar tərəfindən yaxşı insan kimi xarakterizə edilir və daha çox sevilir. Onlar çətinə düşəndə daha çox dayaq duran olur, kömək istəyəndə hamı öz köməyini təklif edir. Qəzəbli, aqressiv və ya eqoist insanlar tənhalıq hissini daha çox yaşayır, çünki yaxşılıq etmək hissi onlara yaddır.

Baxmayaraq ki, mahiyyət etibarı ilə pulsuz, bəzən hətta öz maraqlarımıza zidd olaraq, bəzən də öz həyatımızı, sağlamlığımızı, işimizi təhlükəyə ataraq yaxşılıq edirik, bir gün o yaxşılığın əvəzi bizə geri qayıdacaq. Övaldımız hansısa təhlükədən xilas olanda, öz başımızı gələn hər hansı bir hadisə zamanı xəsarət almayanda “anası namaz üstə imiş”, “bir tikə çörəyi ovsanata düşüb” kimi bənzətmələr eşidirik. Bu əslində bir zamanlar təmənna güdmədən etdiyimiz yaxşlıqların əvəzidir.

Qarşılaşdığımız hər yaxşı insan, həyatımızda baş verən hər yaxşı hadisə etdiyimiz yaxşılığın mükafatı kimidir. Yaxşı əməl nəticəsində yaranan vəziyyətlərdə daim sevinc, inam, etibar, minnətdarlıq kimi gözəl hisslər paylaşılır və bu da bizim enerjimizə sirayət edir. Ona görə də analarımızı bizə dua edəndə “Allah səni yaxşı insanlarla qarşılaşdırsın” deyirlər. Çünki yaxşı insan bizim taleyimizi dəyişə, pis hadisələrdən sığortalaya bilir. Yaxşı insanlar lütfdür.

Bioloji olaraq da yaxşılıq etdiyimiz zaman beynimizin yemək və istirahət anlarında stimullaşdırılan həzz və mükafat mərkəzi aktivləşir. Bu davranışlar təkrarlandıqca yaxşılıq etmək potensialımız artır, çünki orqanizmimiz bu həzzi təkrar yaşamaq üçün beynimizi, beynimiz isə bizi təhrik edir. Yaxşılıq etmək zamanla vərdişə çevrildikcə bədənimiz və beynimiz buna uyğunlaşacaq. Beləliklə, müsbət emosiyalar yaşamaq , xoşbəxt olmaq üçün yaxşılıq etmək vərdiş halına gələcək.

İnsan öz mənfəətlərini düşünmədən, özünə xeyri və ya zərəri olub-olmadığını düşünmədən bir məqsədə xidmət etdikdə həyatından razı qalır. İnsan hər şeyini itirə bilər – vətənini, evini, işini, əşyalarını. Bunlar bərpa oluna bilən itkilərdir. Amma duyğularını, empatiyasını itirən insan canlı ölüdür. Zorakılığın, irqçiliyin, münaqişələrin, təcavüzün və ədalətsizliyin hökm sürdüyü bir dünyada səssiz qalmaq insanlıqdan kənardır. İnsan düzəldə biləcəyi vəziyyətlərə səssiz qalmamalıdır, bir insana belə olsa yaxşılıq etmək dünyaya yaxşılıq etməkdir.

Araşdırmalar da həm yaxşlıq edənin, həm yaxşılıq edilənin, həm də bu yaxşılığa şahid olananın fiziki sağlamlığında dəyişiklik olduğunu deyir. Bu gün elm yaxşlığın insanın həyatında əhəmiyyətli dəyişikliklər etdiyi qənaətindədir. İstər yaxşı iş gör, istər sənə yaxşılıq edilsin, istərsə də başqasına edilən yaxşılığa şahid olasan, hər üç halda beynimizdən oksitosin hormonu ifraz olunur. Bu hormon qorxu, narahatlıq və stressi azaldır, eyni zamanda sakitlik və təhlükəsizlik duyğusunu artırır. Sevgi hormonu kimi tanınan oksitosinin, qan təzyiqini aşağı saldığı, ümumi ürək sağlamlığının yaxşılaşmasına kömək etdiyi, özünə inamı artırdığı da məlumdur. Bu hormon həmçinin bədənimizdə nikbinlik və qarşılıqlı münasibətlərdə empatiya və bağlılıq hissini gücləndirir.

Həmçinin, yaxşı işlər görəndə beynimizdə, adətən idmandan sonra da ifraz olunan endorfin hormonu ifraz olunur və bu hormon insan bədənindəki ağrıları azaltmaq funksiyasını yerinə yetirir. Üstəlik yaxşılıq etmək orqanizmimizin ən təhlükəli reaksiyalarından biri olan stressi azaldır və dolayısı ilə stresslə bağlı yaranan xəstəliklərdən qoruyur.

Yaxşlıq edən insanın orqanizmində dərhal serotonin ifraz olunmağa başlayır. Yaxşılıq etdiyimiz zaman bədənimiz sakitləşdirici effekti verən, xoşbəxtlik hormonu tanınan serotonin istehsal etməyə başlayır. Başqa sözlə desək, yaxşılıq etmək təkcə xoşbəxtliyi artırmır, həm də insanları depressiv vəziyyətdən çıxarır. Araşdırmalar da göstərir ki, yaxşılığa şahidi olmaq yaxşılıq etməyə sövq edir və bu hissi epidemiya kimi yoluxucu edir.

Aparılan bütün araşdırmalar, edilən bütün müşahidələr xeyirxahlığın beyində müşahidə edilə bilən bir qabiliyyət, anadangəlmə bir xüsusiyyət olduğunu aşkarlayıb. Yəni, insan anadangəlmə ya xeyirxah olur, ya da bədxah. Bəşəriyyətin qurtuluşu xeyirxahların bədxahlar üzərindəki mütləq qələbəsi ilə mümkündür. Yaxşılıq edə bilmək bacarığını itirən insanlar artıq insan deyil, sadəcə nəfəs alıb-verən canlıdır. Hər gün birini itirdiyimiz xüsusiyyətlər sırasında yaxşılığı da görmək insanı kədərləndirir.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see336

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see298

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see281

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see279

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see277

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see274

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see261

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see248

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see248

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see244

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see237

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see234

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see232

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see231

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see225

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see220

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see220

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see190

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see187

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri