Icma.az
close
up
RU
İtirdiyimiz xüsusiyyətlər: xanımlıq XXVII YAZI

İtirdiyimiz xüsusiyyətlər: xanımlıq XXVII YAZI

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Zamanla ayaqlaşanda, dəb dəyişəndə, ənənələr transformasiya olanda unutduğumuz bir dəyər var - xanımlıq. Gözəllik keçici, dəb ötəridir, xanımlıq isə insanın xarakterində yaşayan ən böyük dəyərdir.

Xanımlıq sadəcə bir xüsusiyyət deyil, bu, insanın mənəvi aləmini, tərbiyəsini və həyata baxışını əks etdirən ali dəyərdir. Xanımlıq gözəllikdən daha üstün, var-dövlətdən daha qiymətli, zamandan və dəbdən daha davamlıdır. O, qadının davranışında, danışığında, baxışında, insanlara münasibətində və ən əsası, özünə olan hörmətində yaşayır.

Milli dəyərlərimizdə xanım obrazı həmişə həyanın, abırın və ləyaqətin təcəssümü olub. "Xanımyana" ifadəsi də elə-belə yaranmayıb. Milli qadın obrazı ailəsinin dayağı, övladının ilk müəllimi, cəmiyyətin isə mənəvi sütunu hesab edilib. Səsi eşidilməyib, amma pıçıltı ilə dediyi də əks-sədadır. Xanımlıq təmkini ilə, şəxsiyyəti ilə hörmət qazanılan xüsusiyyətdir.

Xanımlığın təməlindəki həya, abır qadının zəifliyi deyil, insanın özünə qoyduğu mənəvi sərhəd, başqalarına qarşı hörmətdir. Həyalı insan hansı davranışın ona yaraşıb-yaraşmadığını bilir, öz ləyaqətini qoruyur və bu ləyaqət ətrafdakılara da hörmətinin təməlidir. Abır insanın görünməyən sərvətidir. Onu nə pulla almaq, nə də sonradan qazanmaq mümkündür. Abır ailədən gələn tərbiyə, şəxsi məsuliyyət və vicdanla formalaşır. Xanımlığın təməli də məhz bu xüsisyyətlərlə möhkəmlənir.

Müasir dünyada bəzən bu xüsusiyyətlər köhnə düşüncə kimi təqdim edilir. Halbuki, həqiqi xanımlıq zamanla dəyişməyən bir dəyərdir. Hansı əsrdə yaşayırsan yaşa, səni sən edən, xanım edən itirmədiyin dəyərlərindir. Təhsilli olmaq, peşə sahibi olmaq, ictimai həyatda fəal iştirak etmək və eyni zamanda həyalı, nəzakətli, milli-mənəvi dəyərlərinə bağlı qalmaq bir-birinə zidd anlayışlar deyil. Əksinə, bu xüsusiyyətlər bir araya gəldikdə qadın daha güclü və daha dəyərli olur.

Milli xanım obrazı həm zərif, həm də güclüdür. O, çətinliklər qarşısında sınmır, yeri gələndə zərif çiyninə ağır yük alır, yeri gələndə ərinin yükünün xəfiflədir, paralel olaraq ailəsini və dəyərlərini qoruyur. Onun sözündə nəzakəti, davranışında təmkini, qəlbində mərhəməti olur. Zamanla görünüşü dəyişə bilər, lakin xüsusiyyət dəyişmir. İnsanın əsl gözəlliyi onun görünüşündə deyil, mənəviyyatında gizlənir.

Zaman dəyişir, texnologiyalar yenilənir, dünən beş barmağımız kimi tanıdığımız cəmiyyəti bu gün tanıya bilmirik. İnsanlar hər dəqiqə yeniliyə can atır, fərqli istiqamətlərə yönəlir. Bu yolda abrını, xanımlığını itirənlər də olur, zamanın tələbidir deyib dünənki kimliyini bu gün istəməyənlər var, amma bir şey unudulur: həya, abır və ləyaqət kimi dəyərlər heç vaxt köhnəlmir. Xanımlıq da məhz bu dəyərlərin üzərində qurulan, nəsildən-nəslə ötürülən mənəvi mirasdır. Bu mirası qorumaq isə təkcə qadınların deyil, bütöv cəmiyyətin məsuliyyətidir. Çünki xanımlıq bir insanın deyil, bir millətin mənəviyyatını əks etdirən ən gözəl aynadır.

Xanımlıq heç vaxt insanın imkanlarını məhdudlaşdıran bir anlayış olmayıb, olmamalıdır. Əksinə, o, qadına harada olursa-olsun öz ləyaqətini qorumağı, hər şəraitdə şəxsiyyətini itirməməyi öyrədir. Atın belindəki Həcər də xanım idi, diplomayik görüşlərdə dövlətini təmsil edən Sara Xatun da. Tarlada kotan qoşan qadın da xanım idi, səngərdə silaha qurşanan da. Harada və nə iş görməyindən asılı olmayan xüsusiyyətdir xanımlıq. Əsl xanımın böyük gücü sakitliyində, böyük gözəlliyi isə mənəviyyatındadır.

Çox rast gəlirəm, bəzən cəmiyyətdə xanımlıq anlayışı yalnız zahiri görünüşlə ölçülür. Halbuki, geyim və zahiri görünüş insanın seçimidir, xanımlıq isə xarakterdir. Mən gözəl geyinə bilərəm, geyimim taməmən xanımyana ola bilər, əgər xatakterimdə o xanımlıq yoxdusa paltarımı dəyişən kimi xanımlığımı da itirmiş oluram. Xanımlıq geyimin, davranışın, xarakterin bir bütöv təşkil etməsindən yaranan anlayışdır. Xanımlıq qadının özünə hörmətindən başlayır. Özünə hörmət edən qadın nə öz ləyaqətini ucuzlaşdırar, nə də başqalarının ləyaqətini alçaldar. O bilir ki, insanın dəyəri onun nə qədər görünməsində deyil, nə qədər faydalı və mənəviyyatlı olmasındadır.

Milli tariximizdə və ailə ənənələrimizdə xanım qadın həmişə ocağın nuru sayılıb. O, ailənin mənəvi dayağı, uşaqların ilk tərbiyəçisi, sevgi və mərhəmətin daşıyıcısı olub. Ana laylasında, nənə nəsihətində, ailə süfrəsində ötürülən dəyərlər məhz o xanım-xatunların sayəsində bu günə qədər yaşayıb. Bu gün də cəmiyyətimizin sağlam gələcəyi üçün xanımlıq anlayışını qorumaq vacibdir. Çünki həya və abır yalnız bir qadının şəxsi xüsusiyyəti deyil, bütöv bir millətin mənəvi sərvətidir. Bu sərvəti qoruyan qadın isə sadəcə ailəsini deyil, gələcəyin mənəviyyatını da qorumuş olur.

Əsl xanımlıq insanın özünü başqalarından üstün tutmasında deyil, öz dəyərlərinə sadiq qalmasındadır. Çünki xanımlıq, gözə görünməyən, amma hər kəsin hiss etdiyi mənəvi gözəllikdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 İyul 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri