İtkin düşən oğulları üçün 75 min mükafat vəd etdilər
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yaponiyanın ən yüksək zirvəsi olan Fuci dağında noyabrın 8-də itkin düşən 25 yaşlı çinli alpinist Çen Cienin ailəsi onu sağ tapan şəxsə 500 min yuan (təxminən 75 min dollar), meyitini tapanlara isə 100 min yuan (təxminən 15 min dollar) mükafat vəd edib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, gənc alpinist dostlarının avadanlıq çatışmazlığı və yolun bağlı olması səbəbindən geri qayıtmasına baxmayaraq, 2300 metr yüksəklikdən təkbaşına zirvəyə doğru dırmanmağa davam edib və ondan sonuncu dəfə noyabrın 8-i saat 10:30-da xəbər alınıb.
Ailənin yüksək məbləğli mükafat elanı Yaponiya hakimiyyət orqanlarında ciddi narahatlıq doğurub. Yamanaşi prefekturasının qubernatoru Kotaro Naqasaki mükafat həvəsi ilə dağa qalxacaq hazırlıqsız insanların “ikinci dərəcəli fəlakətlərə” səbəb ola biləcəyini bildirərək ailəni başqalarının həyatını təhlükəyə atmamağa çağırıb.
Tokiodakı Çin səfirliyi də sığınacaqların bağlı olduğu mövsümdənkənar dövrdə güclü külək və çovğun səbəbindən Fuci dağına çıxmamaq barədə xəbərdarlıq edib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















