Vətəgədən qaçan 27 min qızılbalıq (somon) üçün mükafat vəd edilib
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan "Mowi" Norveç sahillərindəki bir vətəgədən (süni balıq gölü) qaçan təxminən 27.000 qızılbalıq (somon) üçün mükafat vəd verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şirkət tutulan hər balıq üçün 500 Norveç kronu ayırdığını elan edib.
Şirkətdən bildirilib ki, gücül əsən fırtına qəfəslərdən birini zədələyib, nəticədə azı 27 min balıq oradan - Troms bölgəsindəki Storvika V müəssisəsindən qaçıb: "Qaçan balıqların orta çəkisi 5,5 kiloqramdır. Bu barədə yerli Norveç Balıqçılıq İdarəsi məlumatlandırılıb. Bu vəziyyət ciddi və çox təəssüf doğuran haldır. Heaab edirik ki, balıqçılar bu məələdə bizə kömək edə, qaçan balıqları ovlayaraq bizə geri təhvil evrə bilərlər. Nəzərə almalıyıq ki, vətəgədə yetişmiş qızılbalıq vəhşi qızılbalıq üçün böyük ekoloji təhlükə yaradır, genetik müxtəlifliyi azaldır, dəniz bitlərinə yoluxma riskini artırır, üstəlik, çoxalma/artma yerləri üçün rəqabəti böyüdür..."
Xatırladaq ki, ötən yay vəhşi qızılbalıqların sayı minimuma endikdən sonra Norveçdə 33 çayda qızılbalıq ovu qadağan edilib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Fevral 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















