İtkin düşmüş şəxsin qızı: Hələ də atamın yolunu gözləyirik
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İtkin Aydın Rəhimovun qızı Püstəxanım Rəhimova hələ də atasının yolunu gözlədiklərini deyib.
Modern.az-ın məlumatına görə, P.Rəhimova Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, atası itkin düşəndə onun 3 yaşı olub.
Onun sözlərinə görə, Aydın Rəhimov hərbçi kimi Qarabağ döyüşlərində iştirak edib:
"Nənəm atamın yolunu gözləyə-gözləyə qaldı. Hər gün onun köhnə hərbi formasını yoxlayırdı".
"Bugünkü tədbirin fürsətindən istifadə edərək beynəlxalq təşkilatlara səslənirəm ki, itkin qəhrəmanların taleyinə biganə qalmasınlar. Çox istərdim ki, Ermənistan tərəfi itkin şəhidlərimizin qalıqlarının yerini Azərbaycan tərəfinə açıqlasın".
İtkin Behbud Behbudovun bacısı Könül Behbudova isə 30 ildir qardaşının taleyindən xəbərsiz olduqlarını vurğulayıb:
"Biz beynəlxalq təşkilatlarda çıxış edərək itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün köməklik istəmişik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















