Icma.az
close
up
RU
İTSDA: Şəkərli diabeti olan şəxslərdə daimi görmə itkisi yaradan xəstəliyin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

İTSDA: Şəkərli diabeti olan şəxslərdə daimi görmə itkisi yaradan xəstəliyin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 avqust, AZƏRTAC

Şəkərli diabet yalnız qanda şəkərin yüksəlməsi ilə deyil, həm də bir sıra ağır fəsadlarla nəticələnə bilər. Bu fəsadlardan biri də diabetik retinopatiyadır. Bu, gözün torlu qişasında (retinada) baş verən və vaxtında aşkar olunmadıqda daimi görmə itkisi ilə nəticələnə bilən ciddi göz xəstəliyidir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəkərli diabet aşkarlandığı zaman xəstələr ildə bir dəfə göz müayinəsindən keçməlidirlər. Əgər şəkərə bağlı göz zədələnməsi aşkarlanarsa, göz müayinəsinin tezliyi həkim məsləhətinə uyğun aparılmalıdır. Şəkərli diabet xəstələrində oftalmoloji müayinə görmə itiliyi, gözdaxili təzyiqin ölçülməsi, göz almasının ön kəsiyinin müayinəsi və göz dibi müayinəsindən ibarətdir. Şəkərə bağlı göz dibi zədələnmələri aşkarlanarsa, OCT (Optik koherent tomoqrafiya) və FFA (Fundus Fluorescein Angiography) müayinələri təyin olunur. Şəkərə bağlı göz zədələnmələrinin müalicə üsulları isə Anti-VEGF preparatlar ilə göz dibi inyeksiyaları və lazer fotokoaqulyasiyadır. Lakin bu müalicə üsulları yalnız zamanında aşkarlanmış və nəzarət altına alınmış hallarda effektiv olur. Ən ağır hallarda Pars Plana Vitrektomiya (PPV) əməliyyatı icra olunur. Sözügedən bütün müayinə və müalicə üsulları icbari tibbi sığorta ilə qarşılanır. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Qeyd edək ki, 2024-cü il ərzində diabetik retinopatiyanın müalicəsi üçün 1600-dən çox tibbi xidmət göstərilib.

İcbari tibbi sığorta ilə sadalanan tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və İTSDA ilə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Diabetik retinopatiya diabet xəstələrinin təxminən 30-40 faizində müşahidə olunur və xüsusilə qan şəkərinə nəzarət zəif olan şəxslərdə daha sürətlə inkişaf edir. Xəstəlik retina damarlarının zədələnməsi ilə başlayır və zamanla makulyar ödem (mərkəzi görməyə cavabdeh sahədə maye toplanması), qansızma ocaqları (mikroanevrizmalar və retinal qanaxmalar), vitreus hemorragiyası (gözün içini dolduran şəffaf mayeyə qan axması) və ən ağır halda isə traksional retina qopması ilə nəticələnə bilər. Traksional retina qopması proliferasiya etmiş damarların və çapıq toxumasının torlu qişanı dartaraq qopardığı ağır fəsaddır.

Xəstəliyin ilk mərhələlərində heç bir simptom olmaya bilər. Bu səbəbdən ağırlaşmaların qarşısını almaq üçün vaxtında edilən müayinələr həyati önəm daşıyır. Şəkərli diabet xəstələri qan şəkərinə ciddi nəzarət etməli, siqaretdən uzaq durmalı və həkim nəzarətini ertələməməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see221

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see213

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see211

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see204

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see152

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see141

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see132

“Prob qoyublar da, tutsa, seksiyaları artıracaqlar” Foto

04 Yanvar 2026 11:57see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri