Icma.az
close
up
RU
İTV necə idarə olunur? Kanalın baş direktoru bu nazirin xalası oğludur

İTV necə idarə olunur? Kanalın baş direktoru bu nazirin xalası oğludur

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər televiziyalar,onların efirləri və rəhbərləri ən çox müzakirə olunan mövzulardandır.

Artıq bir müddətdir ki,efirlərdə ciddi dəyişikliklər edilib. Bu,həm qonaqlarda,həm də verilişlərin aparıcılarında və mövzularında da hiss olunur.

Sosial şəbəkələrdə müzakirələr fonunda televiziya rəhbərlərinin kimliyi də maraq doğurur.Çünki televiziyanın idarə olunması,efir siyasəti və digər məqamlar rəhbərlikdən çox böyük məsuliyyət tələb edir.

Azərbaycanda İctimai Televiziyanın digər telekanallara nisbətən  ictimai xəbər yükü daha ağırdır.Bu,telekanal istər maliyyə  mənbəyi,istər idarəçilik və rəhbərlik cəhətdən digər kanallardan seçilir.

Prezident İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan cəmiyyətinin və Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə fərman imzaladı. İctimai yayımçı proqramlar hazırlayarkən cəmiyyətdəki siyasi əqidələri, dini baxışları, ictimai fikir və rəyin müxtəlif cərəyanlarını, habelə ölkə vətəndaşlarının hüquq bərabərliyini nəzərə alır. İctimai Televiziyanın bütün proqramları milli-mənəvi dəyərləri, milli adət və ənənələri, mədəniyyət və incəsənətin bütün rəngarəngliyini özündə əks etdirir. İctimai Televiziya Azərbaycan qanunlarını və klassik ictimai yayımçılığın bu başlıca prinsipini rəhbər tutaraq fəaliyyət göstərir.

Qanunla müəyyən edilən səlahiyyətləri Yayım şurası və Baş direktor tərəfindən həyata keçirilir.

 Yayım şurasının üzvləri, Baş direktor və onun müavinləri heç bir siyasi partiyanın üzvü ola bilməzlər.

İctimai Televiziyanın (İTV) baş direktoru Balakişi Qasımovdur.O, 2018-ci ildən bu vəzifəni icra edir. Balakişi Qasımov İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğludur. 

O,kanalı 3 müavinlə birlikdə idarə edir.

Murad Hüseynov,Günel Osmanova,Tural Sevdimalı baş direktorun müavinləridir.

Aleksey Ulanov Beynəlxalq layihələr üzrə Baş direktorun müşaviri,Yalçın Verdiyev -Yaradıcı məsələlər üzrə Baş direktorun köməkçisi,Fateh-İctimai radionun direktoru,Minijə Cəfərli-Proqram direktorluğunun direktoru,

Əfsər Dadaşov-Maliyyə departamentinin direktorudur.

Oxu24.com   İctimai Televiziyaya rəhbərlik edən şəxsin kimliyi barədə məlumatı təqdim edir.

B.Qasımov 20 oktyabr 1978-ci ildə Bakıda anadan olub.”Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

O, orta təhsili Bakı şəhərindəki 1 saylı orta məktəbdə alıb. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib.

2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olub. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu olub. “Kim? Harda? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olmuşdu.

Beynəlxalq “Kim? Harda? Nə vaxt?” klubları assosasiyası təfərinfən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb.

O, 2019-cu il aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://dogru.az
archiveBu xəbər 25 Mart 2026 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri