Icma.az
close
up
RU
“İTV” nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

“İTV” nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktorunun seçiminin may ayı ərzində baş tutması ehtimal olunur. Ola bilər ki, seçim iyun ayının əvvəlində də keçirilsin”.
Bu barədə Bizim.Media-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının üzvü Azər Həsrət məlumat verib.
O bildirib ki, indiki mərhələdə iclasın keçirilmə tarixini dəqiq demək mümkün deyil:
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilmək üçün ərizələrin qəbulu may ayının 8-də başa çatıb. Təqdir olunan haldır ki, Audiovizual Şura ərizə qəbulu başa çatdıqdan dərhal sonra namizədlərin adlarını ictimaiyyətə açıqlayıb.
Namizədlərlə bağlı müvafiq sənədlər Yayım Şurasına göndəriləcək. Hələki Yayım Şurasına bu haqda məlumat verilməyib. Bu sənədlər bizə daxil olduqdan sonra Yayım Şurasının iclası çağırılacaq. Sənədlərlə tanış olma mərhələsi var. Ondan sonrakı mərhələdə biz iddiaçıları da Yayım Şurasına dəvət edərək orada şəffaf seçki keçirməklə Baş direktoru seçəcəyik”.
Telekanal rəsmisi namizədlərin İTV-nin efirində canlı debata çıxması təşəbbüsünü dəstəklədiyini ifadə edib:
“Namizədlərdən biri İctimai yayıma baş direktorluğa iddia edənləri açıq debata çağırır. Düşünürəm ki, İctimai Televiziyada seçki keçirilmədən öncə belə bir debatın keçirilməsi yerinə düşər. Yayım Şurasının 9 üzvü var və digər üzvlər də bunu dəstəkləsə, bu təşəbbüsü gerçəkləşdirə bilərik. Düşünürəm ki, iddiaçıların özləri də bunun marağında olmalıdılar ki, cəmiyyətə bu işə nə qədər yararlı və layiq olduqlarını göstərə bilsinlər”.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna görə, Baş direktor ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu Qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.
Hazırda bu vəzifəyə seçim üçün 11 nəfərin namizədliyi təsdiqlənib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 May 2026 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri