“IV DİVAR” TEZLİKLƏ AZTV DƏ! VİDEO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tezliklə AzTV-nin efirində tamaşaçılara təqdim olunacaq "IV Divar" serialı 30 il əvvəl Bakı kəndlərinin birində, Fəxrəddin adlı şəxsin evində, adi bir yemək süfrəsi arxasında baş vermiş dəhşətli qətliam hadisəsinin illər sonra yaratdığı təsirləri və talelərdə buraxdığı izləri araşdırır.
Zaman keçsə də, o gecənin səssizliyi dağılmır. Hadisədən 30 il sonra bir-birindən ayrı düşmüş, lakin uşaqlıqda saf sevgi ilə bağlanmış iki insanın yolları yenidən kəsişir.
Hekayənin mərkəzində dayanan 4 əsas personajın həyat yolu fərqli istiqamətlərdən başlasa da, nəticədə eyni həqiqətə doğru uzanır. Keçmiş və bu gün arasında paralel şəkildə inkişaf edən hadisələr, həm qəhrəmanları, həm də izləyiciləri düşündürən suallar qarşısında qoyur: Həqiqət nədir? Günah kimindir? Keçmişdən qaçmaq mümkündürmü?
"IV Divar" - keçmişin kölgəsində qalan sirlərin, qırılan talelərin və gecikmiş həqiqətlərin hekayəsidir.
Serialın yayımlanan ilk anonsunu təqdim edirik:
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 10 Aprel 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















