Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

İxtiraçı Zinger Gəncədə olubmu?

İxtiraçı Zinger Gəncədə olubmu?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəhərin Cavadxan küçəsində tarixi bir bina var

Qırmızı kərpicli binanın üst tərəfinin quruluşu qəribə deyilmi? Elə bu qəribəliklə o başqa tikililərdən dərhal seçilir. İlk baxışda, bəlkə, heç nə başa düşmək olmur. Amma diqqətlə baxanda tikiş maşınının silueti görünür. O tikiş maşınının ki, az qala, bütün dünyanı, o cümlədən Azərbaycanı, eləcə də Gəncəni gəzib. Söhbət 1851-ci ildə ABŞ-nin Nyu-York şəhərində alman əsilli yəhudi ixtiraçı İsaak Zinger və hüquqşünas Edvard Klarkın təşkil etdiyi şirkətin istehsal etdiyi məşhur “Zinger” tikiş maşınlarından gedir.

...Gəncənin əvvəlcə Yelezavetpolskaya, daha sonra Sabir, indi də Cavadxan adlanan küçəsindəyik. Bu küçə qədim şəhərdə ilk salınan küçələrindən biri hesab edilir. Bəzən “Gəncənin Torqovısı” da deyilən Cavadxan küçəsi Cavad xanın adını daşıyır. Şəhər sakinlərinin və turistlərin sevdiyi bir məkandır. Burada çoxlu qədim tikililər var. Daha çox diqqət çəkən isə böyük əksəriyyətinin qırmızı kərpicdən hörülmüş binaların ikimərtəbəli olmasıdır.Vaxtilə bu binaların 1-ci mərtəbəsi əsasən ticarət üçün ayrılırdı, yuxarı mərtəbələrdə isə yaşayış mənzilləri yerləşirdi. Buradakı yaşayış mənzillərinin və digər evlərin girişi dalanlardan olurdu. Həmçinin küçədə bir çox xarici firmalar, mağazalar və mehmanxanalar fəaliyyət göstərirdi.

Əvvəllər Quberniya Bankı, Pitoyev Bankir Evi, Usubbəyovun kredit bankı kimi binalar da olub burada. XIX əsrin sonlarından bank kimi tikilən binadan, elə indi də bank kimi istifadə edilir. Həmçinin burada çoxlu sayda mağazalar və idarələr fəaliyyət göstərib. Onların sırasında “Rəfiyev qardaşları”nın ticarət evi, “Babayev qardaşları”nın “Qara” və “Sukyasov qardaşları”nın qastronom mağazası, İosif Rudnikin kauçuk mağazası, Hacı Həsənovun mətbəəsi və dəftərxana malları mağazası, “Zarya” sinematoqrafı və sair binalar var. Cavad xan küçəsində, həmçinin Şeyxzamanovlar nəslinin, Azərbaycan Xalq Cümhuriyyəti qurucularından olan Xasməmmədov qardaşlarının yaşadıqları evlər yerləşir. Küçədə xalçaçılıq, rəssamlıq dərnəkləri fəaliyyət göstərir. Burada ən böyük bərpa işləri 2011–2012-ci illərdə aparılıb.

Yazının əvvəlində təsvir etdiyimiz bina - “Zingerin evi”, “Zingerin emalatxanası”, “Zingerin mağazası” adlandırılan ikimərtəbəli bina da Cavadxan küçəsindədir və biz də ona görə həmin küçəyə gəlmişik. Məqsədimiz İsaak Zingerin həyatından, onun dünyaca məşhur “Zinger” tikiş maşınından geniş söhbət açmaq deyil. Sadəcə, bildirmək istəyirik ki, bu tikiş maşını bir brend idi və ailələrin çoxu onu qiymətli əşya kimi qoruyub saxlayırdı. İndinin özündə “Zinger” maşınının ilk buraxılışlarını axtaran, onu fantastik qiymətə almaq istəyən adamlar var.

Zingerin orijinal dizaynı ümumi məişət istifadəsi üçün ilk praktik tikiş maşını idi. Bu maşınlar Rusiyaya ilk vaxtlar xaricdən gətirilirdi və baha olduğu üçün yalnız varlı ailələr ala bilirdi. Nəhayət, şirkət 1896-cı ildə Rusiyada səhmdar cəmiyyət yaradır və 4 il sonra Podolsk şəhərində “Zinger” tikiş maşını istehsal edən fabrik tikilir. Eyni zamanda müxtəlif şəhərlərdə, o cümlədən Gəncədə nümayəndəliklər açılır. Gəncədəki nümayəndəlik, daha doğrusu ilk kirayə ofisi 1888-ci ildə şəhərin Çavçavadze (indiki M.A.Abbaszadə) küçəsində, Mərkəzi poçt binasının yanında olub. Gəncənin XX əsrin əvvəllərində iqtisadi yüksəliş dövrünü yaşayan Zinger nümayəndələri “Yelezavetpolskaya” küçəsində qırmızı kərpicdən ikimərtəbəli bina inşa edir və açdığı nümayəndəliyin ilk rəhbəri yəhudi Bari İohann olur. Yeri gəlmişkən, araşdırmışıq ki, tikiş maşınının təsviri olan bina təkcə Gəncədə deyil, Sankt-Peterburqda mərkəzi küçə hesab edilən Neva prospektində də var.

Ötən əsrin əvvəllərində adı çəkilən binada həm də satış dükanı olmuşdur. Sakinlərinin söylədiyinə görə satıcılardan biri 1922-1939-cu illərdə buradakı evlərin birində yaşamış Əli Məmmədov adlı şəxs olub. Uzun müddət “Zinger” tikiş maşınlarından satdığı üçün ona “Zinger Əli” deyirlərmiş. Bu arada bir nəfər “dayanın, bu dəqiqə gedim onun şəklini tapıb gətirim” – deyərək tələsik yaşadığı evə tərəf getdi və heç beş dəqiqə keçməmiş “Zinger Əli”nin şəklini bizə göstərdi. Şəklin üzünü çəkib özünə qaytararaq minnətdarlıq etdik. Onu da öyrəndik ki, bina 1939-cu ildə sovet hökuməti tərəfindən müsadirə olunmasına baxmayaraq Əli Məmmədov həmin küçədə yenə tikiş maşınları satırmış. Lakin bu dəfə Rusiyanın Podolsk fabrikinin tikiş maşınlarını gətirərmiş.

Cavadxan küçəsindəki evlərdə yaşayan sakinlərin bəzisi İsaak Zingerin özünün Gəncədə olmasını, bir müddət həmin evdə yaşadığını iddia edir. Lakin bunun nə dərəcədə dəqiq olduğunu hələlik nə təsdiq, nə də inkar edə bilirik. AMEA-nın Gəncə Bölməsi Diyarşünaslıq İnstitutunun şöbə müdiri Samirə Qasımova ilə əlaqə saxladıq. Dedi ki, binanın İsaak Zingerin razılığı ilə bu formada tikilməsi faktı çoxdan öz təsdiqini tapıb. Lakin məşhur ixtiraçının Gəncədə olması haqqında heç bir rəsmi məlumat, mənbə yoxdur.

Zinger nümayəndliyi binasından o qədər də uzaqda olmayan şəhər mətbəəsində uzun illər işləmiş Əli İmanovun da fikirləri maraqlı oldu:

– Əslində, mətbəəmiz yaxınlıqda yerləşsə də, biz belə bir binanın mövcudluğundan xəbərsiz idik. Bilmirdik ki, bu qəribə formalı tikili Zinger şirkətinin inşa etdiyi tarixi binadır. Sadəcə, əhəmiyyət verməmişdik. 12–13 il qabaq küçədə təmir-bərpa işləri apararkən bildik ki, həmin şirkətin burada ofisi, satış mağazası, həm də emalatxanası olub. Bütün hallarda bu bizim tariximizdir və o, daha dərindən öyrənilməlidir.

Ə.İmanov düz deyir. Əslində Cavadxan küçəsi başdan-ayağa tam açılmamış tarixdir və qırmızı kərpicli “Zinger evi” də onun bir zərrəciyidir. Elə Cavadxan küçəsinin özünü açıq səma altında bir muzey alandırmaq olar. Tarixin bütün dövrlərinin nişanəsi var burada. Bu yazıda həmin nişanənin yalnız birindən, ulu nənələrimizin, analarımızın göz bəbəyi kimi qoruduqları, evlərin bəzəyi olan “Zinger” maşınını icad edən şəxsin Gəncədə qoyduğu izdən qısaca söhbət açdıq...

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri