Serbiya klubu Azərbaycan millisinin futbolçusunu birdəfəlik transfer etmək istəyir
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Serbiyanın “Qrafiçar” klubu U-19 komandasında çıxış edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İslam Həsənovu birdəfəlik transfer etmək istəyir.
Bu barədə AZƏRTAC-a hücumçu özü məlumat verib.
Onun sözlərinə görə, “Qrafiçar” yayda yeni müqavilə təklif etməyə hazırlaşır: “Klub rəhbərliyi performansımdan razı qaldığı üçün məni komandada saxlamaq istəyir. Lakin müqavilə əsasında məxsus olduğum "Srvena Zvezda" klubu özümü yaxşı tərəfdən göstərəcəyim halda bu qış və ya yayda komandaya qaytaracağını söyləyib. Hələlik rəsmi anlaşma yoxdur”.
Xatırladaq ki, İslam Həsənov oyun praktikası qazanmaq üçün bu ilin əvvəlində "Srvena Zvezda"dan icarə əsasında “Qrafiçar”a keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 03 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















