İyulda qlobal neft tədarükü sutkada 101,5 milyon barelə yüksəlib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 12 avqust, AZƏRTAC
İyul ayında qlobal neft tədarükü əvvəlki aya nisbətən təxminən 2 milyon 400 min barel artaraq gündəlik 101 milyon 500 min barelə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, Yaxın Şərqdəki Körfəz istehsalçıları münaqişələr zamanı itirilmiş hasilatı bərpa etməyə davam etdikcə qlobal neft tədarükü artıb. Həmçinin qlobal neft tədarükünün artması Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrin daxil olduğu OPEC+ qrupundan istehsalın artması ilə əlaqədardır.
Qlobal neft tədarükünün bu il orta hesabla 4 milyon 300 min barel azalacağı, gələn il isə 8 milyon 300 min barel artaraq sutkada 110 milyon barelə çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 12 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















