İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Yay fəslinin sevilən meyvələrindən olan qarpız artıq iyun ayından satışa çıxıb. Lakin mütəxəssislər bu dövrdə qarpız istehlakına ehtiyatla yanaşmağı tövsiyə edir.
Yenisabah.az xəbər verir ki, həkim-diyetoloqların sözlərinə görə, qarpız təbii şəraitdə iyul-avqust aylarında yetişir.
İyunun əvvəlində bazara çıxarılan qarpızların əksəriyyəti ya yetişdirici maddələrlə böyüdülür, ya da süni üsullarla tez yetişdirilir. Bu da sağlamlıq üçün ciddi risklər yarada bilər.
Qida zəhərlənməsi, bağırsaq pozğunluqları, allergik reaksiyalar və digər fəsadlar erkən mövsüm qarpızlarından qaynaqlana bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər daha diqqətli olmalıdırlar.
Mütəxəssislər bildirir ki, sağlam və təhlükəsiz qarpız istehlakı üçün ən münasib vaxt iyul ayından başlayır./BAKU.WS
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 İyun 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















