Icma.az
close
up
RU

İzzət Muxtarov: Taxta üzərində oyma işi mənə zövq verir AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 10 yanvar, Günel Alıyeva, AZƏRTAC

“Asudə vaxtlarımda həmişə 2-3 fəaliyyət növü ilə eyni zamanda məşğul olmuşam. İxtisasca iqtisadçıyam, həmçinin qrafik dizaynı və internet saytlarının yaradılması üzərində işləyirəm. Beynimdə daim minlərlə ideya əmələ gəlir, nailiyyətlərim isə onların həyata keçirilməsinin məhsuludur”, -deyə ABAD layihəsinin iştirakçısı, usta İzzət Muxtarov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.

Onun reallığa çevrilən ideyalarından biri də taxta üzərində işlənən 3D xəritəsidir.

Taxta-oyma sənətinin tarixi qədimdir, əsrlərdən keçib gələn bu sənətkarlıq forması insanın təbiət və materialla dərin əlaqəsini əks etdirir. Bu sənət dekorativ elementlər yaratmaqla yanaşı, həm də hər əsərdə incəlik və zəhmət tələb edən ustalıqla bağlıdır. Taxta oymasının tarixi qədim zamanlara gedib çıxır, onun üslubları və yaradılma formaları isə dünyanın müxtəlif guşələrində inkişaf edir. Bu sənət növü indi də mövcudluğunu qoruyub saxlayır, habelə ənənəvi texnikaları müasir tələblərlə birləşdirir.

AZƏRTAC-ın müxbiri İzzət Muxtarovun emalatxanasına baş çəkib, onun bənzərsiz və maraqlı əsərləri ilə tanış olub. Sənətkarın yaratdığı əsərlər həm tarixi, həm də müasir elementləri özündə birləşdirərək taxta üzərində oyma sənətinin incəliklərini nümayiş etdirir. Ustad jurnalistlə söhbətində sənətinin özəlliklərindən danışıb, sirlərini bölüşüb.

– İzzət müəllim, taxta üzərində oyma sənətinə maraq necə yarandı? Bunu necə mənimsədiniz?

– Bu maraq məndə atam inşaatçı olduğu üçün erkən yaşlarımda yaranmışdı və uşaqlıqdan bacımla onun bütün layihələrinə, rəsmlərinə baxmışıq. Bu, mənim plastilin və gildən modelləşdirməyə, eləcə də taxta üzərində oyma sənətinə marağımı artırdı. Asudə vaxtlarımızı müxtəlif binaların modelləşdirilməsi ilə keçirirdik.

Əslində, 1998-ci ildə əl işləri ilə daha ciddi məşğul olmağa başladım, amma bunu heç yerdə göstərmədim. 2004-cü ildə Bakıda müxtəlif ölkələrdə filialları olan Gənclər Cəmiyyəti fəaliyyət göstərəndə onun baş direktoru şəhərimizə gələrək mənim əsərlərimə baxıb. O, məni Moskvada Cəmiyyətin beşinci ildönümünün keçirildiyi sərgidə öz məhsullarımı təqdim etməyə dəvət etdi. Bu, mənim ilk böyük təqdimatım idi.

Sonra bəzi əlavə işlərlə, əsasən dizaynla məşğul olmağa başladım.

Bununla belə, taxta üzərində işləmək üçün avadanlıqlarla tanış olduqdan sonra başa düşdüm ki, uzun müddətdir beynimdə yetişən, lakin başqa materiallarla həyata keçirilməsi mümkün olmayan fikirləri reallığa çevirmək imkanım var. Bundan əvvəl artıq taxta-oyma işləri üzrə təcrübəm var idi və tələbələrə də dərs deyirdim.

ABAD layihəsinə qoşulmaq mənim üçün oyun qaydalarında dəyişiklik oldu. Bir dostum ABAD təşkilatı haqqında danışdı, onun mənim kimi yaradıcı insanlara yüksəkkeyfiyyətli dəstək verdiyini qeyd etdi. Ertəsi gün mən şəxsən bu təşkilata baş çəkdim və əmin oldum ki, ABAD həqiqətən də hərtərəfli yardım göstərir. Ən əsası, məhsulların mağazalara çatdırılması, satışı, eləcə də satış statistikasının aparılması və aylıq hesabatların hazırlanmasında köməklik etməkdir. Bu günə kimi mən ABAD-la müqayisə oluna biləcək şərait təklif edə biləcək başqa təşkilat tanımıram.

– Taxta üzərində oymağı iş, yoxsa daha çox yaradıcılıq prosesi kimi qəbul edirsiniz?

– Məncə, hər ikisinin olduğunu desək, daha doğru olar. Mənim üçün bu, bir hobbi idi, nəticədə onu biznesə çevirdim, lakin bir çox insanlar bu sənətlə yalnız pul qazanmaq üçün məşğul olur, əmək xərclərinin minimal olduğu və qazancın maksimum olduğu yolu seçirlər. Vaxtı azaltmaq üçün hazır şablonlardan istifadə edirlər - qutular, evlər və oxşar əşyalar düzəldirlər. Bu yanaşma başadüşüləndir, lakin şəxsən mənim üçün burada yaradıcı ilham və dərinlik yoxdur.

İlk işə başlayanda, etdiklərimi sınamaq üçün təxminən 3500 nümunəm var idi: qutular, miniatür evlər və daha çox, lakin hazır əşyalarla işləmək mənim işim deyil.

Həmişə nəsə icad edib yaratmışam, yaradıcılığımın məhsulunu doğum günü hədiyyəsi kimi vermişəm. Tədricən bu hobbi gəlir mənbəyinə çevrildi. Bu sənətdə iş və yaradıcılığı bir-birindən ayırmaq mümkün deyil, amma deyim ki, bəzən gecə saatlarına qədər emalatxanada qala bilirəm və heç də yorğunluq hiss etmirəm. Mənim üçün bu, zövq gətirən bir prosesdir. Sevdiyi işlə məşğul olan insan zamanı unudaraq tamamilə prosesin içinə girir. Mən həmişə yaradıcılıqla praktik tərəf arasında balans tapmağa çalışıram, çünki hər bir iş ilham və əzm tələb edir.

– Taxta materialı ilə işləməkdən əlavə, qrafik dizaynı və internet saytlarının yaradılması ilə də məşğul olursunuz. Bu cür müxtəlif istiqamətləri birləşdirməyi necə bacarırsınız?

- Bu, uzun illərin əməyinin nəticəsidir. Hələ 1998-ci ildə, tələbəlik illərində qrafik dizaynını öyrənməyə başladım. Əvvəlcə bunlar dostlar üçün vizit kartları idi, sonra daha ciddi layihələr ortaya çıxdı.

Atamın məsləhəti ilə maliyyə ixtisasını seçdim, amma yaradıcılığı heç vaxt tərk etməmişəm. Hər yeni bacarığı üfüqlərimi genişləndirmək fürsəti kimi görürdüm. Əsas odur ki, vaxtınızı düzgün idarə edin, illər ərzində bunu etməyi və bütün sahələri birləşdirməyi öyrəndim. Günümü təşkil edə bilmək mənə müxtəlif sahələrdə uğur qazanmağa kömək edir.

– Taxta materialından 3D xəritələr yaratmaq ideyası haradan gəldi? Bu proses haqqında bizə ətraflı məlumat verin.

– Mən həmişə mürəkkəb və detallı layihələri bəyənmişəm.

Məsələn, bu, əsl xalçanın dəqiq surətidir (xalça təsviri olan oyma şəkli göstərir)

Adi kağızdan xəritə hazırlamaq mənə kifayət qədər maraqlı görünmədi, ona görə də qeyri-adi bir şey etmək qərarına gəldim - qiymətli taxta üzərində xəritə. Azərbaycanda belə xəritələr hazırlanmayıb və mən unikal məhsul yaratmağı qarşıma məqsəd qoymuşam.

Taxta xəritə adi bir şeyə qeyri-adi görünüş vermək üçün bir yoldur. Biz kağız xəritələrə öyrəşmişik, lakin ağac onları daha canlı və bənzərsiz edir.

Xəritənin yaradılması uzun bir prosesdir: hər bir hissə ayrıca işlənir, cilalanır, rənglənir və sonra bir bütövlükdə birləşdirilir. Hətta bir hissə səhv yapışdırılıbsa, hər şeyi yenidən düzəltmək lazımdır. Maşın işin cəmi 15-20 faizini görür, qalanı əl əməyidir. Çətin işdir, amma nəticə buna dəyər.

Gördüyüm ən uzun və çətin iş Gürcüstanın xəritəsi ilə bağlı olub. Mənə gürcü dilində bu ölkənin xəritəsini yaratmağı tapşırdılar. Xəritənin eni 12-13 santimetr, uzunluğu isə 170 santimetr olub.

Orijinal xəritəni rus dilində tapdım. Səhvlərə yol verməmək üçün gürcü dilinə tərcümə üçün eyni anda üç yerlə əlaqə saxladıq. Bundan sonra tərcümənin düzgünlüyünə əmin olmaq üçün hər hərfi yoxlayaraq bütün variantları ətraflı şəkildə müqayisə etdim. Xəritəni tərtib etmək bir ay, qalan işləri tamamlamaq üçün isə təxminən 15 gün çəkdi.

– Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını xəritənizdə görmək sizin üçün nə deməkdir?

– Bu mövzu mənim ürəyimə yaxındır, çünki xəritələri yaratmağa məni ilhamlandırdı. 2020-ci ildən Azərbaycan öz ərazilərini azad etdikdən sonra ölkənin inzibati bölgüsündə dəyişikliklər baş verib ki, bu da təbii ki, xəritədə öz əksini tapıb. Xəritənin ən dəqiq və ən müasir versiyasını tapdım. Sonra onu 3D formatında divara yerləşdirmək üçün bir neçə versiyada - böyük ölçülərdən standart olanlara qədər inkişaf etdirdim.

Mən 2016-cı ildən bu ideya ilə yaşayırdım, lakin bəzi mühüm hadisələrdən sonra onun üzərində işləməyə qərar verdim. Bu, təkcə yaradıcılıq layihəsi deyil, həm də tarixi torpaqlarımızın yaddaşının qorunub saxlanmasına töhfədir.

Sonradan anladım ki, bazarda bu sənətlə peşəkarcasına məşğul olan ustalar praktiki olaraq yoxdur. Bu, mənim üçün təkcə iş deyil, həm də könül məsələsi oldu.

– Taxta-oyma sənəti ilə yanaşı daha hansı yeni ideyaları həyata keçirmək istərdiniz?

– İndi dəri üzərində xəritələr düzəltməyə çalışıram. Yüksək keyfiyyətə nail olmaq üçün müxtəlif variantları sınayıram. Mənim üçün hər bir detalın diqqətlə düşünülməsi vacibdir. Bu, xəritəni qeyri-adi material vasitəsilə çatdırmağa imkan verən tamamilə yeni formatdır.

İşlədiyim müddətdə tez-tez klassik musiqiyə qulaq asıram ki, bu da fikrimi cəmləşdirməyə kömək edir. Mənim üçün yaradıcılıq istirahət etmək və ilham almaq yoludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:362
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri