Icma.az
close
up
RU
Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib

Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Milli Mədəniyyətin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2026-ci il tarixindən “Şair Cavad Cavadlının ədəbi irsinin təbliği” layihəsinin icrası davam etdirir.
Newscenter.az xəbər verir ki, sentyabrın 20-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında növbəti addım həyata keçirilib. Türkiyə, Qazaxstan, Qırğızıstan, eləcə də Avropanın bir çox ölkələrindən gələn qonaqların və geniş ictimaiyyətin qatıldığı təqdimatda şair, jurnalist Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Cavad Cavadlının 100 illik yubileyi qeyd olunub və həmçinin layihə rəhbəri Jalə Cəfərovanın “Nə yaxşı ki, atam sənsən” kitabının təqdimatı keçirilib.
Yubiley gecəsi rəsmi və bədii gecədən təşkil olunmuşdu. Tədbirin aparıcısı, layihə rəhbəri Jalə Cəfərova qonaqları salamlayaraq gecənin təqdimatından öncə bir neçə vacib məqamlara toxunub:
“Bu axşam burada bizi bir araya gətirən şair, yazıçı Cavad Cavadlının işığıdır. Bu işığa toplaşdığınız və əziz gecəni bizimlə bölüşdüyünüz üçün hər birinizə ürəkdən təşəkkür edirəm. Bu gün biz həm bir ədibin xatirəsini yaşatmaq, həm də onun yaradıcılığından, ömründən və mənəvi dünyasından gələn dəyərləri bir daha xatırlamaq için burdayıq. Lakin belə bir gecəyə başlamazdan əvvəl bizim üçün ən müqəddəs borclardan birini yerinə yetirək. Torpaqlarımızın bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla, sonsuz minnətdarlıq və rəhmət duaları ilə yad edək. Bu gün, eyni zamanda Dövlət Suverenliyi Günü günüdür. Hamınızı ürəkdən təbrik edirəm” .
Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbərinin hazırladığı şairin ömür yoluna işıq tutan 25 dəqiqəlik videoçarx təqdim olunub.
Daha sonra söz qonaqlara və musiqiyə verilib. Gecədə akademik İsa Həbibbəyli, filologiya üzrə fəlsəfə doktoru, professor Bədirxan Əhmədov, ədəbi tənqidçi Əsəd Cahangir, Arzu Yılmaz Dağdemir, Cahid Günay, fililogiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova çıxış edərək şairin həyat və yaradıcılığından bəhs etməklə yanaşı, onu eyni zamanda bir insan kimi də xatırlayaraq fikirlərini paylaşıblar.
Təqdimatın bədii hissəsində Əməkdar artıst Azad Şükürov və Firuzə Balayeva şairin həyatından bir parçanı işıqlandırıblar. Əməkdar artist Nuriyyə Hüseynova eləcə də Tural İbrahimov, Çilənay Hüseynova, Aygün Mahmudovanın ifaları sürəkli alqışlarla qarşılanıb. Gecədə qonaqlara kitab təqdim olunub. Təqdimatın sonunda qonaqlarla birgə xatirə şəkilləri çəkilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 Sentyabr 2026 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri