Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Jalə Əliyeva: İnsanlar başa düşsün ki, qarşısındakı insanla zorakılıq və hərbəzorba dili ilə danışa bilməzlər

Jalə Əliyeva: İnsanlar başa düşsün ki, qarşısındakı insanla zorakılıq və hərbəzorba dili ilə danışa bilməzlər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

1999-cu ildə BMT Baş Assambleyası 25 noyabr tarixini "Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü" elan edib. Məqsəd, qadınlara qarşı zorakılığa qarşı cəmiyyətdə maarifləndirmə işinin aparılması olub. Qadınlara qarşı zorakılıq bütün dünyada mövcuddur və təəssüflə qeyd etməliyik ki, bunun qarşısını almaq o qədər də asan məsələ deyil. Bütün dövlətlər daxili siyasətində bu məsələyə yer ayırmağa çalışır.Bəs Azərbaycan bu problemlə necə mübarizə aparır?

Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məsələ haqqında sadəcə bir gün düşünmək doğru deyil. Çünki bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qadınlara qarşı zorakılıq halları elə bir düşündürücü hal alıb ki, sözün əsl mənasında gündəlik həyatın bir parçasına çevrilib.

Jalə Əliyeva

“Zorakılıqdan danışarkən sadəcə qadına qarşı zorakılıqdan deyil danışıb, bu məsələni bu şəkildə məhdudlaşdırmamalıyıq. Sadəcə qadın zorakılığı ilə məhdudlaşdırmamalıyıq. Ümumiyyətlə, bu məişət zorakılığının bir parçası kimi qiymətləndirilməlidir.

Məişət zorakılığının arxasında geniş mənada sadəcə qadına qarşı zorakılıq deyil, uşaqlara qarşı, yaşlılara qarşı zorakılıq da var. Ümumiyyətlə fəlsəfəsini götürsək, bu məsələni güclünün gücsüz qarşısındakı zorakılığı olaraq qiymətləndirmək lazımdır. Bu, tarixən mövcud olmuş bir davranışdır. Bütün dünyada bu hallar bütün dövrlərdə baş verir. Bu gün də var, sabah da olacaq. Biz nə ediriksə edək, bu məsələlərin qarşısını tam almaq iqtidarında deyilik. Biz sadəcə çalışırıq ki, bu məsələlər minimuma endirilsin. İnsanlar başa düşsün ki, qarşısındakı insanla zorakılıq və hərbə-zorba dili ilə danışa bilməz ”-deyə deputat qeyd edib.

Jalə Əliyeva vurğulayıb ki, bu gün bütün dünyanı, bəşəriyyəti müharibələr çalxalayır və bu müharibələrin hansı fəlakətlərə, itkilərə səbəb olduğunu görürük: “Bütün dünya sülh içində yaşayarsa, buradan hər kəs qazanmış olar və daha sağlam daha xoşbəxt bir dünya qurmuş olarıq. Eyni zamanda ailələrdə həmin o dünyanın bir parçasıdır. Ailələrdəki stabillik, ailələrdəki sülh ab-havası, ailələrin qorunmasına və daha sonrakı dövrlərdə hər bir ölkənin genofondunun möhkəmlənməsinə, təmizlənməsinə gətirib çıxarır”.

Jalə Əliyeva əlavə edib ki, bu sahə üzrə Azərbaycanda çox böyük dövlət siyasəti həyata keçirilir: “Dövlətimiz ailələrin möhkəmlənməsi, ailələrin təməlinin güclü bir şəkildə atılması və gələcəklərinin təmin edilməsi üçün bütün addımları atır. Bütün şəraitlər yaradılır. Lakin ailələrin öz içərisində mövcud olan münaqişələr, anlaşmazlıqlar, çəkişmələr nəhayətdə zorakılığa gətirib çıxarır. Aparılan statistika, daxil olan məlumatlar və gəlinən nəticələr bunu deməyə əsas verir ki, bu kimi hallar birbaşa ailənin daxilində baş verir. Daha çox ailə fərdləri bir-birinə qarşı zorakılıq həyata keçirdirlər. İllər boyu birlikdə yaşayan, bir-birinə doğma olan,yaxın olan insanlar nəhayətdə bir-birinin həyatına qəsd etmiş olurlar. Bu da çox acınacaqlı bir vəziyyətdir.

Burada sadəcə kişinin qadına qarşı zorakılığına söhbət getmir. Burada geniş anlamda zorakılıqdan söhbət gedir. Burada uşağa qarşı ayrı-seçkilik və yaxud zorakılıq halları, övladın valideynə əl uzatması, dil uzatması, valideynin övladına əziyyət etməsi, ənənə halını almış kişinin qadın üzərində “qələbə”si, bəzən də əksinə qadının kişiyə təzyiqindən söhbət gedir. Yəni bu kimi hallar var. Bacı-qardaş arasında və yaxud ailənin, nəslin digər fərqlər arasında zorakılıq halları müşahidə edilir”-deyən Jalə Əiuyeva vurğulayıb ki, bunun kökü əlaqədar institutlar və dövlətin əlaqədar qurumları tərəfindən araşdırılır. Eyni zamanda Milli Məclisin qanunverici orqan olaraq, bu məsələni hər zaman gündəmdə saxlayır.

“Mən Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müaviniyəm. Komitəmizin demək olar ki, hər bir iclasında məişət zorakılığı ilə bağlı, xüsusilə qadınlara, uşaqlara qarşı zorakılıqla bağlı məsələlər gündəliyə çıxarılır və həlli yolları araşdırılır, axtarılır.

Bütün bu məsələlər dövlətin, qanunverici orqanın diqqətində olduğu kimi və davamlı olaraq, qanunlar təkmilləşdirildiyi kimi, eyni zamanda cəmiyyətin hər bir fərdinin də özünün özünü təkmilləşdirməsinə, özünü maarifləndirməsinə ehtiyac var. Bu sahədə mətbuata, televiziyaya, ziyalılara, məktəblərə, institutlara, müəllimlərə böyük məsuliyyət düşür. Uşaqlarımızı uşaqlığından bəri nəyin yaxşı, nəyin pis olduğunu təlqin edərək, təlim edərək böyütmək lazımdır. Çünki bu zaman onların tam bir vətəndaş kimi yetişə bilir. Düzgün yetişmiş bir gənc, heç bir zaman ailə qurduqdan sonra öz ailəsində bu zorakılığı tətbiq etməyəcək. Ona görə də məsələyə kökündən yanaşmaq lazımdır”-deyəın deputat hesab edir ki, ilk növbədə ailələr maarifləndirilməlidir.

Deputatın fikrincə, xüsusilə ucqar rayonlarda bu işlərə daha çox diqqət çəkilməlidir. Eyni zamanda ailələrlə bərabər cəmiyyətin bir fərdi olaraq böyüyən uşağın daha sonrakı illərdə təhsil aldığı müəssisələrdə, istər məktəbəqədər müəssisələrdə, istər orta məktəbdə, ali məktəbdə ümumiyyətlə cəmiyyətin fərdi olaraq, aid olduğu hər təbəqədə bu kimi işlərin, maarifləndirmə işlərinin aparılması çox vacibdir.

“Özümüz özümüzü tərbiyələndirməliyik. “Məndən keçdi, özgəsinə dəydi” prinsipindən, laqeydlikdən uzaqlaşaraq lazım olan yerdə köməyə ehtiyacı olana köməyimizi əsirgəməməyimizin özü də, bir şəkildə bu kimi məsələlərin, bu kimi halların qarşısını ala bilər.

Dövlətin ayrılmaz bir parçası olan, ailələrimizə bütövlük, sağlamlıq arzulayırıq. Arzu edirik ki, bu ailələrdə böyüyən uşaqlar sağlam böyüsünlər, valideyn himayəsindən məhrum olmasınlar, valideynlərin hansınınsa günahı üzündən ailə mühitindən məhrum qalmasınlar”-deyə Jalə Əliyeva bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri