JBMO 2026 dan Azərbaycana medalla qayıtdılar
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb.
Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutundan bildirilib.
Gümüş medal qazanan şagirdlər:
• Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi
• Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi
• Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
Bürünc medal qazanan şagirdlər:
• Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
• Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi
• Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi
Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.
Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən şagirdlərimizi, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, gələcək yarışlarda yeni-yeni qələbələr arzulayırıq!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 İyun 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















