Jeep 400 mindən çox maşını geri çağırır
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
"Stellantis" qrupunun bir hissəsi olan "Chrysler" şirkəti proqram təminatındakı xəta səbəbindən 419 mindən çox "Jeep" modelini geri çağıracağını elan edib. ABŞ Milli Magistral Trafik Təhlükəsizliyi Administrasiyasının (NHTSA) yaydığı məlumata görə, texniki qüsur qəza zamanı təhlükəsizlik yastıqlarının gec açılmasına səbəb ola bilər.
Demokrat.az-ın məlumatına görə geriçağırılma kampaniyası 2022-2026-cı illərdə istehsal olunmuş "Jeep Grand Cherokee" və 2023-2025-ci illərin "Jeep Grand Cherokee L" modellərini əhatə edir.
Mütəxəssislər bildirirlər ki, idarəetmə modulundakı xəta yan zərbə zamanı müdafiə sisteminin fəaliyyətini ləngidir. Bu isə nəqliyyat vasitələrinin federal təhlükəsizlik standartlarına cavab verməməsi deməkdir.
Qeyd edək ki, analoji problemlər digər istehsalçılarda da müşahidə olunur. Bu yaxınlarda "Tesla" şirkəti də çəki göstəricilərinin qeyd olunduğu sertifikat nişanlarının yoxluğu səbəbindən 14 mindən çox "Model Y" avtomobilini geri çağırıb. Ekspertlər xəbərdarlıq edir ki, bu növ kiçik görünən detallar qəza riskini ciddi şəkildə artırır.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Baxış sayı:146
Bu xəbər 29 May 2026 18:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları