Icma.az
close
up
RU
“JF 17 + Bayraqdar + Heron” üçlüyü Ermənistanla savaşda nələr edər?

“JF 17 + Bayraqdar + Heron” üçlüyü Ermənistanla savaşda nələr edər?

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


İran ABŞ-ın ən ağır sanksiyaları altındadır. İrana müasir döyüş təyyarəsi satmaq Qərb tərəfindən Çin və Pakistana qarşı sekundar sanksiyalara (Sekundar sanksiya (secondary sanctions) — ABŞ-ın (və bəzən AB-nin) sanksiya altında olan ölkə və ya qurumla iş görən ÜÇÜNCÜ TƏRƏFLƏRİ də cəzalandırmasıdır) rəvac verərdi.

Yəni hədəf təkcə sanksiyalı ölkə yox, həm də onunla əməkdaşlıq edən ölkə olardı. Bu ölkələr Qərbin bank sistemindən çıxarılar, onların müdafiə sənayesinə embarqo riski yaranardı. Ona görə də Çin İrana qırıcı satmaqla belə bir riskə getmir.

Pakistan isə ümumiyyətlə bunu edə bilməz. Çünki ABŞ-dan maliyyə və hərbi baxımdan asılıdır. IMF, Dünya Bankı ilə işləyir. İrana qırıcı satışı Pakistan üçün fəlakətli sanksiyalar deməkdir. Bu kimi səbəblərdən Pakistan qəti şəkildə İrana silah satmır.

İrana JF-17 satışı Çin və Pakistan üçün “bahalı siyasi riskdir”, Azərbaycan üçün isə “təhlükəsiz kommersiya müqaviləsi”indən başqa bir şey deyil. Çünki Azərbaycan ABŞ sanksiyası altında deyil. Qərb ilə ciddi münasibətləri var. Ona görə də silah ixracı qanuni və açıq mexanizmlərlə həyata keçirilir və heç bir hüquqi risk yoxdur. Pakistan–Azərbaycan münasibətləri strateji xarakter daşıyır, müttəfiqik. Qarabağ məsələsində Pakistan Azərbaycana açıq dəstək verib.

Orası da var ki, Çin İranı qırıcı təyyarə ilə gücləndirmək istəmir. Rəsmi Pekin İranı regional destabilizasiya aktoru kimi görür. İranın İsrail, Körfəz ölkələri və bölgədəki ABŞ bazaları ilə potensial müharibə riski var. Çin istəmir ki, sabah İran JF-17 ilə İsrailə və ya ABŞ bazasına zərbə endirsin və məsuliyyət Pekinin üzərinə düşsün.

Azərbaycan NATO və ABŞ-la açıq müharibə riski olmayan ölkədir. Bu baxımdan Çin üçün təhlükəsiz müştəridir. Hələ orası da var ki, Çinin Azərbaycanla əla münasibətləri var.

İran və Azərbaycanın qırıcı almaqda o qədər də böyük seçimi yoxdur. İran yalnız Rusiyadan Su-35 ala bilər. Çin düşünür ki, İran onsuz da Rusiyaya tərəf gedəcək, niyə risk edim ki? Azərbaycan siyasi səbəblərdən Rusiyadan qırıcısı almaq istəmir.

Ermənistan faktoruna görə Qərb də Azərbaycana qırıcı vermir. Mövcud reallıqda JF-17 ideal seçimdir. Bu qırıcı ucuz və müasirdir. Pakistan isə son dərəcə etibarlı tərəfdaşdır.

Ortada çox kritik İsrail faktoru da var. Azərbaycan–İsrail hərbi əməkdaşlığı son dərəcə güclüdür. Ona görə də İsrail Azərbaycanın aldığı JF-17-ni özünə strateji təhdid kimi görmür. İran isə İsrailin bir nömrəli təhlükəsizlik təhdididir.

Bəli, JF-17 – “mükəmməl seçim deyil”, amma Azərbaycanın üzləşdiyi real şərtlər daxilində ən optimal seçimdir.

Bəs JF-17 + Bayraqdar + İsrail PUA inteqrasiyası xəyali Azərbaycan-Ermənistan savaşında bizə hansı üstünlüklər verə bilər?

Azərbaycan – Ermənistan ssenarisi təxminən belə olardı: İlk 24-48 saat ərzində havada mütləq üstünlük qazanardıq. Ermənistanın zəif cəhətləri çoxdur: məhdud sayda Su-30SM-ə sahibdir, zəif radar şəbəkəsi var, PUA əleyhinə müdafiəsi zəifdir.

İnteqrasiya nə edə bilər? Heron/Hermes dərin kəşfiyyat (radarlar, Su-30SM bazalarını), “Bayraqdar TB2” HHM, artilleriya, komanda məntəqələrinin məhvi edir, JF-17 (AESA + PL-15) isə Su-30 qırıcısı havaya qalxmadan “BVR kill” əməliyyatı həyata keçirir. Mustafası o ki, Ermənistan hava qüvvələri uçuşdan əvvəl sıradan çıxarıla bilər.

2020 təcrübəsi göstərdi ki, Ermənistan ordusunun mənəvi çöküşü texniki çöküşdən daha tez baş verir. Yəni bəhs etdiyimiz inteqrasiya Ermənistan üçün ölümcül təhlükədir.

Azərbaycanda bəziləri hələ də elə düşünür ki, silah almaq bazardan kartof-soğan almaq kimi bir şeydir. Ancaq bu qətiyyən belə deyil. Silah strateji məsələdir. Məsələn, Azərbaycan yalnız Pakistandan, İran isə yalnız Rusiyadan qırıcı ala bilər. Başqa heç bir ölkə Azərbaycana (Çin də verə bilər) və İrana qırıcı satmaz. Azərbaycanın hər hansı bir ölkədən qırıcı almaq şansı İrandan çox-çox üstündür. Ancaq bu üstünlüyü belə reallaşdırmaq asan məsələ deyil.

Məsələn, Böyük Britaniya ilə əla münasibətimiz var. Ancaq “Eurofighter” almaq bizim üçün çətin olardı. Niyə? Çünki “Eurofighter” almaq üçün Almaniya, İspaniya, İtaliya da razılıq verməlidir. ABŞ da “hə” deməsə, bu iş düzəlməz. Bu sırada yalnız Almaniya “Eurofighter”in Azərbaycana satılmasına veto qoyacaq. Mən buna şübhə etmirəm. Necə ki, Türkiyəyə “Eurofighter” satılmasına öncə embarqo qoymuşdu. Yeri gəlmişkən, Türkiyənin “Eurofighter”ə sahib olması da Azərbaycana böyük üstünlüklər verir. Yaxın gələcəkdən Türkiyənin istehsal edəcəyi yerli və milli KAAN qırıcıları da Azərbaycanın hərbi gücünü yeni mərhələyə yüksəldəcək. O da şübhə doğurmur ki, yaxın bir neçə il ərzində Türkiyə və Azərbaycan ordusu sinxron fəaliyyət göstərəcək...

Mən qəti olaraq o fikirdəyəm ki, Azərbaycan hərbi baxımdan güclü olmalıdır. Bizim coğrafiya son dərəcə qarışıq bir məkandır. Burada zəiflərə mövcud olmaq şansı tanınmır...

Elbəyi Həsənli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Dekabr 2025 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri