Icma.az
close
up
RU
“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR Şikayət / Video

“JOBS” MMC dələduzluqda İTTİHAM OLUNUR Şikayət / Video

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan vətəndaşları Nəzirov Sədail Arif oğlu, Ağayev Teymur Zöhrab oğlu və adlarının qeyd olunamasını istəməyən digər 7 nəfər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər “JOBS” MMC tərəfindən dələduzluğa məruz qaldıqlarının iddia edirlər:

"Biz, Nəzirov Sədail Arif oğlu və Ağayev Teymur Zöhrab oğlu və adlarının qeyd olunamasını istəməyən digər 7 nəfər “JOBS” MMC şirkəti tərəfindən aldadılaraq, dələduzluqla üzləşmişik. Sizə müraciət etməkdə məqsədimiz həm də odur ki, başqaları da, bizim kimi, bu şirkətin toruna düşməsin. Biz aldandıq, digərləri aldanmasın.

Şirkətin rəhbər şəxslərindən olan Xəlilov Mehrab və digər əməkdaşlar vətəndaşlardan 3500 manat alaraq, Serbiyaya və  Avropaya göndərirlər. Onlar xaricdə yaşayan biznesmenlər - Qod Nisanov və "AST Telman"ın adından istifadə edirlər.

Biz də bu məlumata inanıb, xaricə gələnlərdənik. Hazırda çöldə qalmışıq, nə işimiz, nə də qalmağa yerimiz var.

Şikayət etmədiyimiz hüquq-mühafizə orqanı qalmayıb. Açıq şəkildə deyirlər ki, “arxamız bərkdir, bizə heç kəs heç nə edə bilməz”.

Hazırda məni, yəni Nəzirov Sədail Arif oğlunu hədələyir. Serbiyaya göndəriblər, qalmışam burada. Pul da tapa bilmirik ki, Azərbaycana qayıdaq.

"Məni Qod Nisanovun və "AST Telman"ın adamıyam", - deyərək təhdid edirlər. Bəlkə də həyatım təhlükə altındadır. Bizim kimi vəziyyətdə olan burada çoxlu adam var. Qorxularından səslərini çıxara bilmirlər. Hər biri qayıtmaq üçün Azərbaycandan pul gözləyirlər.

Onu da qeyd edim ki, burada Azərbaycan qadınları da var. İş adı ilə gəliblər, çöldə qalıblar. Xahiş edirik, bu mövzunu işıqlandırın, hüquq-mühafizə orqanları görsün və bizim onlara etdiyimiz müraciətləri cavabsız qoymasınlar. Çox çətin və çarəsiz vəziyyətdəyik".

Məsələ ilə bağlı “JOBS” MMC-nin direktoru Mehrab Xəlilovla əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərimizi cavabsız qoydu. Şirkətin əməkdaşı olduğunu deyən, lakin özünü təqdim etməyən şəxs bildirdi ki, bütün iddialar yalandı: "Bunlar şirkətimizə qarşı qurma bir oyundur. Belə ki, həmin şəxslərin şikayətləri varsa, niyə şirkətə müraciət etmirlər? Sosial şəbəkədə bizim də qarşımıza bir neçə nəfərin videosu çıxdı. Araşdırdıq, iş yeri ilə danışdıq, aldığımız cavab belə oldu: "Həmin şəxslər 1 həftə işlədikdən sonra 1 aylıq ödəniş tələb ediblər, bu səbəbdən də şirkət onlara 1 aylıq ödəniş etməyib".

Bilirsiniz, heç bir şirkət istəməz ki, narazılıqla qarşılaşsın. Həmin şikayətçi şəxslərə göndərilməmişdən qabaq o da izah olunub ki, hər hansısa bir narazılıqla geri qayıtdığınız halda, bütün ödənişlər geri ödəniləcək. Sadəcə, həmin şəxsləri başqa bir şirkətin nümayəndəsi yoldan çıxararaq, belə bir iddia qaldırıblar. Hətta eşitdiyimizə görə, bizim onlardan tələb etdiyimiz məbləğdən aşağı məbləğ tələb olunur. Əlində müqavilə olan hər bir şəxs Azərbaycana qayıdıb, öz haqqını tələb edə bilər.

O ki qaldı digər iddialara, Qod Nisanovun və "AST Telman"nın adından heç vaxt istifadə olunmayıb, tamamilə yalandır". 

Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyul 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri