Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Josep Borrelli ağlının gücünə deyil, Makronun dəstəyinə arxalanır

Josep Borrelli ağlının gücünə deyil, Makronun dəstəyinə arxalanır

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqının nümayəndəsi Azərbaycanın dağıdıcı müxalifətinə pul qazanmağın yolunu da başa salır

Mövcud reallıq ondan ibarətdir ki, bəzi hallarda iş qurmaq, maddi imkanlar əldə etmək üçün qismən də olsa ağır yük qaldırmaq, çətin, üzücü proseslər keçmək lazım gəlir. Ancaq elə vasitələrdə var ki, “nə yuğurdum nə yapdım, hazırca kökə tapdım” elə məsəlində deyildiyi kimi əziyyət çəkmədən, aşağı-yuxarı baş sındırmadan pul qazanmaqda olur. Elə götürək dağıdıcı müxalifət düşərgəsində təmsil olunan bəzi partiya mənsublarının Azərbaycan dövləti haqqında şər və böhtanları qarşılığında xaricdəki ağalarından böyük məbləğdə qrantlar almalarını. Hansı ki, qrant ayıran maliyyə mərkəzləri Azərbaycana qarşı düşmən münasibətdədir. Tərəflərin maraqlarının üst-üstə düşməsi bir-birini qane etdiyindən əməkdaşlıq edirlər. Xüsusilə də, bu cür əməkdaşlıq Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlər ərəfəsi daha da güclənir və geniş xarakter alır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsi və konfransı keçildiyi dönəmdə yerli və xarici qüvvələr əməkdaşlıq əlaqələrini bir qədər də genişləndiriblər. Xüsusilə də bu istiqamətdə Avropa İttifaqını, onun Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelli daha çox canfəşanlıq göstərir. Cozef Borrelli ona verilən statusun imkanlarından sui-istifadə edərək Azərbaycana qarşı hər cür hədyanlar, şər və böhtanlar səsləndirir. Bəzən Fransanın, Hollandiyanın və digər Qərb siyasi dairələrin sifarişlərini yerinə yetirdiyini də gizlətmir. Misal üçün onun X platformasında yazdığı statusunda “Biz Fransa və Hollandiyanı dəstəkləyirik” deyə bildirməsini göstərmək olar. Bu cür fakt onu təsdiq edir ki, Avropa İttifaqı, onun rəsmi nümayəndəsi C.Borrelli Fransanın müstəmləkə altında saxladığı xalqlara divan tutmasına, insanları kütləvi şəkildə qətlə yetirməsinə, şəhər və qəsəbələri dağıtmasına haqq qazandırır.

COP29-u siyasiləşdirmək tapşırığı əvvəlcədən planlaşdırılmışdır

Azərbaycan dövlətinin müstəmləkə altında əzilən xalqların yanında olması, onların azadlıq mübarizələrinə dəstək göstərməsi Avropa İttifaqının narahatlığına səbəb olub. Bu səbəbdən də C.Borrello kimi ələ baxım funksiyasını yerinə yetirən rəsmilər vasitəsi ilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd edirlər. Bakıda möhtəşəm şəkildə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası onlar üçün Azərbaycana qarşı məkrli niyyətlərinin həyata keçirilməsində bir vasitəyə çevrilib. Xatırlatmaq lazımdır ki, hələ parlament seçkiləri ərəfəsi, yəni avqustun avqustun 12-də Avropa İttifaqının Bakıdakı ofisində səfir Piter Mixalko, ofisin bəzi əməkdaşları və Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirlərinin iştirakı ilə AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sabiq və indiki sədrləri İsa Qəmbər və Arif Hacılı, həmçinin müxalifəti təmsil edən daha bir neçə şəxsin iştirakı ilə görüş keçirilmişdir. Piter Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyi məsələsinə toxunaraq, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellinin yaranmış durumdan ciddi narazı qaldığını müxalifət təmsilçilərinin diqqətinə çatdırıb. P.Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. O, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin sözlərini çatdıraraq deyib ki, müxalifət bu məsələlərdə xüsusi fəallıq göstərməli, hakimiyyətə maksimum təzyiq göstərməli, onun yumşalmasına və geri çəkilməsinə nail olmalıdır. P.Mixalko COP29 -un keçildiyi dönəmdə nələrin etməyin vacibliyini dağıdıcı müxalifətə başa salmağa çalışmışdır. Bildirmişdir ki, COP29-un keçirildiyi günlərdə cəmiyyəti silkələmək, ayağa qaldırmaq üçün əhəmiyyətli işlər görmək, addımlara atmaq lazımdır: “Bütün bunları təşkil etmək üçün müxalifətin fəaliyyət proqramı olmalıdır və bu proqrama uyğun da tədbirlər həyata keçirilməlidir. Əsas vəzifə COP29-u mümkün qədər siyasiləşdirmək və beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm tədbiri keçirən ölkədə mövcud problemlərə cəlb etməkdir”.

Məlumat üçün qeyd etmək lazımdır ki, C.Borrelli keçmişi qaranlıq olan və bu gündə qaranlıq yolla fəaliyyətini davam etdirən ermənipərəst şəbəkənin fəal üzvlərindəndir. C.Borelli Avropa İttifaqında Azərbaycana qarşı çıxış edən ən fəal şəxslərdən biridir. 44 günlük müharibədən sonra onun müntəzəm qaydada verdiyi açıqlamalar Ermənistanın mövqeyinin müdafiəsi və Azərbaycanın təcavüzkar kimi təqdim olunması məqsədi daşıyıb. C.Borrell Aİ missiyasının Ermənistana göndərilməsi, onun hərbləşdirilməsi və Qarabağ ermənilərinin müdafiəsi istiqamətində atılan addımların əsas təşəbbüskarı olub, Azərbaycan ərazilərini tərk edən ermənilərin sayını qəsdən şişirdərək 150 min nəfər kimi qeyd edib. Həm xarici, həm də Azərbaycan mediasında C.Borrellin tərcümeyi-halı, fəaliyyəti və hazırkı mövqeyinin səbəbləri ilə bağlı çoxsaylı materiallar verilib. Qeyd edilib ki, C.Borrel separatçı Kataloniyanın Pobla de Segur kəndində anadan olub və bu bölgənin bir gün azad ola biləcəyi arzusu ilə yaşayıb. O, 1974-cü ildə İspaniyanın Sosialist Fəhlə Partiyasına üzv olub və Kommunist İnternasionalının ideyalarını bölüşüb. 1986-cı ildə Barselona əyalətindən İspaniya parlamentinə seçilən Borrell 2004-cü ildə Avropa parlamentində kürsü əldə edib və “Sosialistlərin və Demokratların Mütərəqqi Alyansı”nın boz kardinalı hesab olunur. Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətində bu fraksiyanın və şəxsən Borrellin ciddi rolu var. Onun fəaliyyəti qalmaqalsız olmayıb: 1982-1987-ci illər arasında vergi bəyannamələrini təqdim olunmaması izahı ilə külli miqdarda gəlir əldə edən Borrel qadın “Flamenqo” ifaçısı Lola Floresə qarşı seksual təzyiq göstərib və bu, Madrid məhkəməsi tərəfindən təsdiqlənib.

Avropa İttifaqının pozucu planları COP29-da iflasa uğradıldı

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yüksək səviyyədə təşkili və həyata keçilməsi P.Mixalkonu, C.Borellini və onların təmsil olunduqları şəbəkəni ciddi narahat edib. Bu baxımdan total qarayaxma kampaniyası həyata keçirirlər. Hətta COP29-u siyasiləşdirməklə tədbirlə bağlı siyasi çağırışlar edirlər. Beynəlxalq məhkəmənin COP29-un keçildiyi bir dönəm də Azərbaycanda yaşayan bir neçə nəfərin iddia ərizəsini qəbul edərək onların maraqlarına uyğun qərarlar qəbul etməsi təsadüfi sayıla bilməz. Niyə məhz COP29-un keçildiyi bir zamanda belə bir qərar qəbul edilir və icrasına nəzarət Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb? Halbuki Əli Kərimli, Tofiq Yaqublu, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Salimov Azərbaycan qanunvericiliyinə əsasən ciddi qanun pozuntularına yol vermişlər. Məhkəmə isə heç bir araşdırma aparmadan və sübutları nəzərə almadan sifarişli qətnamə qəbul edib. Təbii ki, qərar C.Borrellinin və digər ermənipərəst dairələrin sifarişi ilə qəbul edilib. C.Borelli X platformasında paylaşdığı statusunda məhkəmə qərarının qəbulunda rol aldığını gizlətmir. Çünki dağıdıcı müxalifət üzvlərinin hər bir haqqında detallı şərhlər verir və onların iddialarının əsaslı olduğunu sübut etməyə çalışır. Bununla yanaşı, C.Borrelli cəngəllik doğumlu məxluqlardan olduğunu nümayiş etdirən fikirlər qeyd edib. Bildirib ki, “Avropadan kənar ölkələr cəngəlikdir və bu əraziləri vəhşi qanunlarla idarə etmək lazımdır”. C.Borrellinin küçə psixalogiyasına xas sayıqlamasına Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məntiqli, əsaslı formada cavab verib. Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında paylaşımında qeyd edib ki, Avropa İttifaqının "bağ", dünyanın qalan hissəsinin isə "cəngəllik" kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünün "biz və barbarlar" narrativindən başqa bir şey deyil: “İnkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları iqlim dəyişikliyindən çox əziyyət çəkirlər. Lakin özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur. COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir. Aİ-yə üzvlük neo-müstəmləkə idarəçiliyini saxlamaq və dekolonizasiya konsepsiyasını rədd etmək üçün imtiyaz vermir və nəzərə almaq lazımdır ki, Aİ-nin bəzi üzv ölkələrinin acınacaqlı müstəmləkə idarəçiliyi və utancverici qul ticarəti təcrübəsi var”.

Hikmət Hacıyev onu da qeyd edib ki, Azərbaycan COP29-un təşkilatçısı kimi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Lakin EEAS-ın Avropa İttifaqına üzv ölkələrə COP29-da iştirak etməməklə bağlı təlimat göndərməsi tamamilə qəbuledilməzdir: “Eyni qaydada bəzi Aİ ölkələri diplomatik kanallarından istifadə edərək digər dövlətləri COP29-da iştirak etmək fikrindən daşındırmağa çalışdınız. Bunu etməklə siz COP prosesini pozmağa çalışırdınız. Lakin bütün bu cəhdlər uğursuz oldu. COP29-da 80-dən çox dövlət və hökumət başçısı iştirak edib. 70 000-dən çox iştirakçı qeydiyyatdan keçib. Sadəcə xatırlatmaq istəyirəm ki, COP prosesi BMT-yə və dünyaya məxsusdur. Bütün bu səmərəsiz hücumlara baxmayaraq, Azərbaycan COP29-un təşkilatçısı və sədri kimi COP-un inklüzivliyini təmin etmək üçün əlindən gələni etməyə və qlobal iqlim gündəliyində gözlənilən nəticələrə nail olmaq məqsədilə tərəflərlə konstruktiv şəkildə işləməyə davam edəcək”.

“Yalan ayaq tutar amma yeriməz” el məsəlində deyildiyi kimi, Frank Şveber, Cozef Barrelli kimi üzdəniraq məxluqlar Azərbaycana qarşı nə qədər şər və böhtanlar səsləndirsələr də, uduzan və gözdən düşən özləri olacaq. Çünki Azərbaycan haqlıdır və haqq yolundadır. Heç bir qüvvə Azərbaycana qarşı qərəzli mövqeyi ilə təsir edə və yolundan sapındıra bilməz.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri