Jülyen de Frepon: Azərbaycanla Belçika arasında yaşıl enerji sahəsində yaxşı perspektivlər görürük
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Azərbaycan son illərdə həm Günəş, həm də külək enerjisinin inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə mühüm addımlar atır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon deyib.
O bildirib ki, Azərbaycanın təbii şəraiti həm Günəş, həm də külək enerjisi üçün əlverişlidir. Əlverişli iqlim və coğrafi şərtlər ölkəyə yalnız daxili enerji tələbatını qarşılamaq deyil, həm də regiona və beynəlxalq bazarlara yaşıl enerji ixrac etmək imkanı verir. Bu isə gələcək layihələr üçün geniş imkanlar yaradır.
“Azərbaycan, eyni zamanda, yaşıl enerjini Avropaya ixrac etmək gücünə malikdir. Belçika tərəfindən də bu sahəyə böyük maraq var və şirkətlərimiz burada geniş imkanlar görürlər. Onlar yaşıl enerji sahəsində fəaldır və hətta bəziləri Azərbaycanda həm Günəş, həm də külək enerjisi üzrə layihələrə cəlb olunub. Buna görə də biz bu əməkdaşlıq üçün yaxşı perspektivlər görürük”, - deyə səfir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 14 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















