Icma.az
close
up
RU
Juninyo dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən Bruno Lanqa

Juninyo dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən Bruno Lanqa

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Juninyo dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən" - Bruno Lanqa

"Qarabağ”ın yeni transferlərindən olan Bruno Lanqa “Zirə”yə qarşı keçirilən yoxlama oyunundan (4:3) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- “Qarabağ”a keçidiniz necə baş tutdu?

- Mənim üçün də bir qədər təəccüblü oldu. Çünki hər şey çox tez baş verdi. Hər kəsin arzusu böyük klublarda oynamaqdır. Bu səbəbdən də “Qarabağ”ın təklifini qəbul etməkdə çox düşünmədim. Öz işimlə, öz oyunumla bunun qarşılığını verməyə çalışacağam. 

- Başqa klublardan təklifləriniz var idi?

- Əslində transfer pəncərəsi açılanda bir yox, bir neçə təklif olur. Ancaq “Qarabağ” mənə maraq göstərən klubların önündə gəlirdi. Sanki keçidimdə digərləri ilə müqayisədə daha istəkli görünürdülər. Ona görə də “Qarabağ”ı seçdim. 

- Bura gəlməmişdən öncə “Qarabağ” haqda hansı məlumatlara sahib idiniz? 

- Təbii ki, təklif gələrkən mən də maraqlandım. Amma buna qədər də “Qarabağ” haqda məlumatlı idim. Çünki “Qarabağ”ın keçmiş hücumçusu Juninyo komanda yoldaşım olub. 3 ilə yaxın onunla birlikdə oynamışıq. Hətta Juninyo “Qarabağ”a gəldikdən sonra da daim əlaqədə idik, klub haqqında danışırdıq. “Qarabağ”a keçmək fürsəti yarananda ilk danışdığım adam Juninyo oldu. O mənə dedi ki, “Qarabağ”a gözübağlı gedə bilərsən. 

- “Qarabağ”a transferinizi məşhur insayder Fabritsio Romano da paylaşmışdı. Bilirik ki, o, hər futbolçu ilə bağlı paylaşım etmir. Maraqlıdır, bu, sizin üçün təəccüblü oldu, yoxsa Romano ilə tanışlığınız var?

- Yox, tanışlığımız yoxdur. Jurnalistin işidir bu (gülür). Əslində Romano mənimlə bağlı ikinci dəfədir paylaşım edir. İlk dəfə “Almeriya”ya transferimi paylaşmışdı. O, “Qarabağ”a keçdimlə bağlı paylaşım edəndə isə mən artıq buradaydım. 

- Yəni bu dəfə gecikdi?

- Bəli, belə demək olar (gülür).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 İyun 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri