Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Jurnalist nəyə əsaslansın, yaxud “gizir” termini arxaizmdirmi? FOTO

Jurnalist nəyə əsaslansın, yaxud “gizir” termini arxaizmdirmi? FOTO

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin Elmlər Akademiyasının yubileyindəki çıxışı bir daha dilin saflığının qorunması məsələsini gündəliyə gətirdi. Məsələyə ayrı-ayrı mütəxəssislər, qurumlar münasibət bildirdi. Bu öz yerində. Hər bir şəxsin fikrinə hörmətlə yanaşırıq. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli  “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransında bildirdi ki, orfoqrafiya və orfoepiya lüğətləri hazırlanır.  

Əlbəttə bu 2 lüğətin hazırlanması təqdirəlayiqdir. Xüsusən də orfoqrafiya lüğətimiz nədənsə çox başıbəlalı olub. 2021-ci ildəki 7-ci nəşrdə “hörümçək” sözünün yoxluğu uzun müddət müzakirə mövzusu oldu. Bu, texniki xəta da ola bilər və üzərində çox dayanmağa lüzum yoxdur. Daha əvvəlki nəşr nadir hallarda işlədilən almandilli sözlərin çoxluğu ilə seçilirdi. Bu lüzumsuz, lüğəti “şişirtmək” üçün daxil edilmiş sözlər 7-ci nəşrdə haqlı olaraq aradan qaldırıldı.

Amma izahlı lüğətimizlə bağlı problemlər daha ciddidir və nədənsə çox da geniş müzakirə olunmur. "Azərbaycan dilinin izahlı lüğəti" (ADİL) Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966–87-ci illərdə nəşr edilib. 
Bundan sonra isə 4 cildik izahlı lüğət 2006-cı ildə Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən 25 min tirajla yenidən nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.
Bu da birmənalı şəkildə təqdirəlayiq addımdır. Kitab nəfis dizaynda hazırlanıb, elektron versiyası da mövcuddur. Bəs məzmun necə: müasir normalara cavab verirmi?
Təəssüf ki, burada əminliklə, “bəli” demək mümkün deyil. Kitab ilk baxışdan stereotip nəşr təsiri bağışlayır. Sanki kiril əlifbasında olan mətn skaner edilərək yenidən latın əlifbası ilə tərtib edilib. Əgər orfoqrafiya lüğətində çatışmayan təkcə “hörümçək” sözüdürsə, burada çatışmazlıq daha çoxdur. Məsələn, çavuş, polkovnik-leytenant, saatdar, elektromobil sözləri lüğətdə yer almır. Halbuki, yefreytor, starşina, podpolkovnik, polkovnik, praporşik sözlərinin ətraflı izahı mövcuddur! Bu isə texniki xəta sayıla bilməz.

1992-ci ildə müstəqil Azərbaycan Ordusunda qəbul edilmiş gizir rütbəsinin izahı isə ümumiyyətlə təəssüf doğurur. Belə misallar yüzlərlədir. 
İzahlı lüğət hər bir dil daşıyıcısı və ümumilikdə dildən istifadə edənlər üçün doğru, səhihliyi şübhə doğurmayan istinad mənbəyi olmalıdır. ADİL-ə nəzər yetirdikdə görürük ki, təfsirlər ötən əsrin 50-60-cı illərin reallığını, daha doğrusu Sovet Azərbaycanını əks etdirir. Başqa sözlə, dildə baş verən proseslərin kitaba köçürülməsi azı 50 il ləngiyib! Bu da ilk növbədə jurnalist və tərcüməçilərin işini çətinləşdirir. 
Bəs izahlı lüğət necə olmalıdır? Avropa ölkələrində bu iş necə təşkil edilib?
Almaniya, Britaniya, İspaniya və Fransa kimi ölkələrdə sanballı akademik lüğətlər nəşr edilir və onların çap tezliyi də daha intensivdir – bəzi izahlı lüğətlər hər il nəşr edilir. Hər yeni nəşrdə korpus yenilənir: lüzumsuz sözlər və izahlar atılır, yeni sözlər əlavə edilıir. Bu lüğətlər quruluş etibarı ilə də sovet dövrü lüğətlərindən fərqlənir. 
Məsələn, Fransız dilinin sanballı lüğətləri olan “Robert” və “Larousse”da hər bir sözün izahında aşağıdakılar yer alır:
Sözün düzgün yazılışı – bəzən bir neçə formada ola bilər,
Tələffüzü,
Mənşəyi, alınma, yaxud dildə yarandığı tarix,
Mümkün olan bütün həqiqi və məcazi mənalarının izahı,
İstifadəsinə dair bədii və ya elmi ədəbiyyatdan misallar, 
İstifadəsi tövsiyə olunmayan və ya səhv hesab edilən hallar barədə məlumat,
Sinonimləri.
Bəzən bir sözün izahı bir neçə səhifəyə sığır ki, bu da tamamilə təbiidir. Əsas odur ki, hər kəs istədiyi suala cavab tapa bilir. 
Sayların uzlaşması problemi ilə Azərbaycan mediasında və ümumilikdə yazılı və şifahi nitqdə çox tez-tez rast gəlirik. Yaxud da, türk dilindən lüzumsuz şəkildə alınmış, 60-70 il əvvəl Anadolu türklərinin “haqobca” (Türk Dil Qurumunun rəhbəri Akop Martayanın (Dilaçar) adı ilə) “önəm”, “dönəm”, “durum”, “yaşanıb” kimi sözlərə. Bu sahədə problemi aradan qaldırmaq üçün Azərbaycan dilinin çətinliklərinə dair ayrıca lüğətin nəşri zərurətdir. 
İzahlı və tematik lüğətlərin daha intensiv nəşri jurnalistləri də mübahisəli məqamlarda istinad olunacaq sanballı mənbə ilə təmin edə bilər.

Vüqar Yaşaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri