Jurnalistikanın tarixinə həsr olunan Fövqündə kitabı BDU da təqdim olunub
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində, Mətbuat Şurası otağında tələbə jurnalistlərlə görüşüb, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəy ilə ərsəyə gələn "Fövqündə" kitabı tələbələrə hədiyyə olunub. Kitab jurnalistikanın 150 illik tarixinə həsr olunan bədii-sənədli filmin ssenarisidir. Kitabın müəllifi C. Musaoğlu layihə barədə auditoriyaya ətraflı məlumat verib.
Missiya.Az xəbər verir ki, görüşdə Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu, Bakı Dövlət Universitetinin Tarix muzeyinin müdiri Günel İsgəndərova iştirak ediblər. Onlar böyük təcrübəyə malik olan jurnalistlərlə fakültədə keçirilən görüşlərin əhəmiyyətindən söz açıblar. Bu tədbirin də effektli nəticələr verəcəyinə əminliklərini bildiriblər.
JEM sədri Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının prinsiplərinə əməl etməyin vacibliyindən söz açıb və bildirib ki, əsl jurnalist olmaq üçün öncə mütaliə mədəniyyətinə sahiblənmək, ustadların tövsiyələrinə əməl etmək, sənətinə sevgi ilə yanaşmaq, jurnalistikanın müqəddəs peşə olduğunu dərk etmək əsas amillərdəndir.
Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















