Icma.az
close
up
RU
Jurnalistlərin sosial müdafiəsi üçün görülən işlərin davamlılığı təmin edilib

Jurnalistlərin sosial müdafiəsi üçün görülən işlərin davamlılığı təmin edilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Toğrul Zeynalov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Azərbaycanda informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi media islahatlarının əsas prioritetlərindəndir. Son illərdə bu sahədə atılan mühüm addımlar medianın inkişafı, onun dayanıqlığının təmin olunması və peşəkar jurnalistikanın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Medianın iqtisadi cəhətdən müstəqil fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən çoxşaxəli dəstək mexanizmləri formalaşdırılmış, xüsusilə Medianın İnkişafı Agentliyinin yaradılması bu istiqamətdə yeni mərhələnin başlanğıcı olmuşdur. Agentlik vasitəsilə media subyektlərinə göstərilən maliyyə yardımları, texniki təchizatın gücləndirilməsi, innovativ layihələrin dəstəklənməsi, rəqəmsal transformasiyanın təşviqi və jurnalistlərin peşəkarlığının artırılması üçün keçirilən təlim proqramları informasiya resurslarının iqtisadi sabitliyinə mühüm töhfə verir.

Bununla yanaşı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin  təşəbbüsü və tapşırığı ilə çoxsaylı jurnalistlər mənzillə təmin olunmuş, media nümayəndələrinin yaşayış və iş şəraitinin yaxşılaşdırılması məqsədilə müasir infrastruktur qurulmuşdur. Bu addımlar, yalnız jurnalistlərin sosial rifahını artırmaqla kifayətlənmir, eyni zamanda onların peşəkar fəaliyyətlərini daha azad və məsuliyyətli şəkildə həyata keçirmələrinə şərait yaradır. Dövlət səviyyəsində jurnalistlərin hüquqlarının qorunması, etik prinsiplərə əməl edilməsinin təşviqi və peşəkar medianın formalaşdırılması üçün mühüm hüquqi və təşkilati islahatlar həyata keçirilmişdir. Bütün bu tədbirlər nəticəsində Azərbaycan mediası tədricən daha müstəqil, daha çevik və rəqabətqabiliyyətli informasiya mühiti formalaşdırmaqdadır.

Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda bu məsələyə toxunaraq bildirmişdir: “Biz informasiya resurslarının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl siyasət həyata keçiririk. Media azad və müstəqil olmalıdır ki, cəmiyyətin maraqlarını düzgün şəkildə ifadə edə bilsin.” Bu fikirlər Azərbaycanın informasiya siyasətinin əsas məzmununu və dövlətin medianın inkişafına verdiyi önəmi açıq şəkildə ifadə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri