Kadırovun oğluna müharibədə iştirakına görə medal verildi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı qüvvələr mərkəzinin rəisi Pavel Kozayev Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırova “Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə” medalını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş nazirin müavini və regionun milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev özünün Telegram kanalında bildirib.
“Çeçenistan Respublikası rəhbərinin köməkçisi, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi və əziz qardaşım Adam Kadırovu “Xüsusi Hərbi Əməliyyata Töhfəyə görə” medalı ilə təltif olunması münasibətilə təbrik edirəm. Rusiya Milli Qvardiyasının Xüsusi Təyinatlı Qüvvələr Mərkəzinin rəisi general-mayor Pavel Kozayev tərəfindən təqdim edilən bu nüfuzlu mükafat, Adam Kadırovun Xüsusi Hərbi Əməliyyatların təhlükəsizliyinin və dəstəyinin təmin edilməsindəki töhfəsinin layiqincə qiymətləndirilməsidir”, - deyə o yazıb.
Qeyd edək ki, A. Kadırov Çeçenistan rəhbəri Ramzan Kadırovun oğludur.
Bu mövzuda digər xəbərlər:Kadırovun oğluna Moskvadan medal verildi
27 Mart 2025 23:00
Ramzan Kadırovun müharibədə olmayan oğluna daha bir medal verildi
09 Aprel 2025 10:52
Kadırovun oğluna Misirdə vəzifə verildi
27 Fevral 2025 00:11
Kadırovun oğluna yeni vəzifə verildi
10 Fevral 2026 14:21
Kadırovun oğluna daha bir orden verildi
04 Dekabr 2024 23:44
Baxış sayı:192
Bu xəbər 31 May 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















