Icma.az
close
up
RU
Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır Ramil Süleymanov

Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır Ramil Süleymanov

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

"Kadirovun qəhrəman kimi təltif etdiyi şəxs Azərbaycan dövləti üçün cinayətkardır" - Ramil Süleymanov

"Hüquqi baxımdan Azərbaycanla Rusiya arasında yardımlaşma haqqında hökumətlərarası müqavilə mövcuddur. Eyni zamanda həm Rusiya, həm də Azərbaycan MDB-nin üzvüdür. Bu birliyin üzv dövlətlərinin də arasında hüquqi yardımlaşma, o cümlədən birgə istintaqla bağlı Hüquq Mühafizə Orqanlarının birgə işləməsinə dair müqavilələr mövcuddur".

Bunu Sonxeber.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib.

Ramil Süleymanov qeyd ki, indiki halda Rusiya dövləti tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına, hava gəmisinə bu cinayətin törədilməsinin məsuliyyəti dövlət olaraq Rusiyanın üzərindədir:

"Rusiya məsələnin siyasiləşməməsi üçün mütləq şəkildə bunu bilərəkdən və ya bilməyərəkdən törədən şəxs barəsində istintaq aparmalıdır. Dövlətlər arasında imzalanan və beynəlxalq humanitar hüququn tələblərindən biri də budur ki, ölkələr bir-birinin daxili qanunvericiliyinə hörmətlə yanaşırlar. Əgər, bu əməl cinayət olaraq Rusiya tərəfindən istintaq edilərsə və günahkar şəxs qanun qarşısında cəzalanarsa, o zaman Azərbaycan dövləti bununla kifayətlənməli olacaqdır. Burada artıq, vurulmuş zərərin öyrənilməsi gündəmə gələcəkdir. Digər yandan, əgər Rusiya dövləti tərəfindən hər hansı istintaq aparılmazsa Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət məcəlləsinin müvafiq müddəalarına əsasən cinayət işi başlanacaqdır. Nəticə etibarı ilə həmin şəxsin müəyyən olunaraq Azərbaycana təhvil verilməsi tələb olunacaqdır. O cümlədən, bu cinayəti törətmiş olan artıq məlumdur və həmin şəxsin də xidmətlərinə görə Dağıstan Respublikasının Prezidenti Ramzan Kadırov tərəfindən təltif mərasimi həyata keçirilmişdir. Qəhrəman kimi təqdim olunan bu şəxs Azərbaycan dövləti üçün cinayətkardır. Onun barəsində hər hansı bir formada hüquqi tədbir görülməzsə Azərbaycan Hüquq Mühafizə Orqanları tərəfindən cinayət işi başlamaqla, həmin şəxsin Azərbaycan təhvil verilməsi barədə müraciət olunacaqdır. Eyni zamanda bu şəxsin insan həyatına qəsdən son qoyması, əmlaka zərər vurması cinayətdir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 29 Dekabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri