Icma.az
close
up
RU
Kadiyə görə Bakıya gələn məşhur məşqçi bütün sirləri açdı: Fərqli bir Borges görəcəksiniz

Kadiyə görə Bakıya gələn məşhur məşqçi bütün sirləri açdı: Fərqli bir Borges görəcəksiniz

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braziliyanın tanınmış performans məşqçilərindən olan Lukas Karvalyonun Kadi Borgesə görə “Qarabağ”ın düşərgəsinə gəlib.

Sportal.az xəbər verir ki, tanınmış mütəxəssis Publika.az-a eksklüziv müsahibəsində səfərin detalları, Kadinin durumu və onunla bağlı gözləntilərdən danışıb.

- Söhbətə Azərbaycana səfərinizin səbəbi ilə başlayaq...

- Buraya Kadi Borges üçün gəlmişəm. Artıq 2 mövsümdür onunla işləyirəm. Bir mövsüm “Krasnodar”da, daha sonra “Ferensvaroş”da və indi də “Qarabağ” birlikdə işləyirik.

O, məni iki səbəbə görə dəvət edib. Normalda biz “Exercast” təlimləri üçün bir proqram vasitəsilə onlayn işləyirik. Hərdən ona baş çəkirəm və birlikdə işləyirik. Bu, birinci səbəbdir. İkincisi isə klubdakı insanlarla, fitnes məşqçisi ilə tanış olmaq, həmçinin klubun imkanları, idman zalı, meydançası və “Qarabağ”ın necə məşq etdiyini bilmək istəyirdim.

Onunla və bütün oyunçularımla məqsədim ilk növbədə zədələrin qarşısını almaq və daha yaxşı performans göstərməsinə nail olmaqdır. Kadini ən yaxşı formasına çatdırmağa çalışırıq ki, onun yaxşı çıxış etməsinə və komandaya titullara qazanmasına kömək etməsinə nail olaq. Mümkün olan hər şeyi edirik.

- Onun vəziyyətini necə qiymətləndirirsiniz? Kadi vaxt əvvəlki formasına qayıdacaq?

- Fikrimcə, o, artıq komandaya yaxşı qoşulub. Amma daha yaxşı ola bilər. Beynəlxalq fasilədə kiçik bir "mövsüm öncəsi" hazırlıq edəcəyik. Və aprel-may aylarında onun 100% potensialına çatmağını gözləyirik.

- Məşqçi Kadini tanıyan biri kimi onun “Qarabağ”a qayıtmasını necə qiymətləndirirsiniz?

- Bilirəm ki, o, əvvəllər burada çox gözəl vaxt keçirib. Həm də azarkeşlərin onunla necə davrandığını bilirəm. Klubun əfsanəsi kimi olub. Ancaq bunun 3 il əvvəl olduğunu başa düşmək lazımdır. Eyni zamanda o, daha yetkin futbolçudur. Keyfiyyət və zəka eynidir, lakin daha çox təcrübəyə malikdir. Yəni mənim fikrimcə, azarkeşlər daha fərqli bir Kadi Borges görəcəklər. O, keyfiyyətli oyunçudur və “Qarabağ”a çox kömək edəcək.

- “Qarabağ”la bağlı fikirləriniz necədir? Klubun bazasında gördüklərinizdən razısınız?

- Bu, Bakıya ilk gəlişimdir. Komandanın imkanlarından həqiqətən müsbət təsirləndim. Klub məni isti qarşıladı. Təlim meydançası xoşuma gəldi. Təəssüf ki, “Qarabağ”ın oyununu stadiondan izləyə bilməyəcəm Çünki komanda sabah səfərdə oynayacaq. Amma ümid edirəm ki, növbəti mövsüm yenidən qayıdacağam, Bakıda Çempionlar Liqasının qrup mərhələsinin oyununa baxmaq, “Qarabağ”ın qələbəsi və Kadinin qoluna şahidlik etmək üçün.

- Azərbaycanda əməkdaşlıq etdiyiniz başqa futbolçu var?

- Xeyr, Azərbaycanda yalnız Kadi ilə çalışıram.

- Bildiyimiz qədər ulduz futbolçularla da çalışıbsınız. İndi kiminlə əməkdaşlıq edirsiniz?

- 10 ildir bu sahədəyəm. Ona görə də çoxlu oyunçularla çalışmışam. Bəzi vacib adları deyə bilərəm. Memfis Depay, Qranit Caka, Tyaqo Alkantara, Xavi Martinez, Xuan Bernat, Lukas Carvalyo. Hazırda isə Kadi Borgesdən başqa, “Əl-Nəsr Dubay”dan Leroy Fer, “Alanyaspor”dan Tonni Vilhena, “Krasnodar”dan Aleksandr Çernikov, “JEF Yunayted”dən Karlinhos Junior və “Vasko da Qama”dan Loide Auqusto ilə birlikdə çalışıram.

- Bakı haqqında təəssüratlarınız necədir? “İnstaqram” səhifənizdə paytaxtımızdan çoxlu paylaşım edibsiniz...

- Qeyd elədiyim kimi, bu ölkəyə ilk dəfədir gəlirəm və bundan həzz alıram. İnsanlar çox mehribandır, şəhər isə heyrətamizdir. Gözəl memarlıq, müasirliyi əks etdirən binalar. Gecələr şəhərin işıqlanması çox xoşuma gəldi. Həqiqətən heyrətamiz şəhərdir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see253

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see248

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see239

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see230

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see205

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see189

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see184

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri