Icma.az
close
up
RU
Kafe sahibini və müştərisini döyən şəxslərdən biri həbs edildi, digəri azadlığa buraxıldı

Kafe sahibini və müştərisini döyən şəxslərdən biri həbs edildi, digəri azadlığa buraxıldı

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elmin Məmmədov və onun tanışı Elvar Səfərovun (ikincinin soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elmin Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs olunub. Elvar Səfərova isə 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından dərhal azad olunub.
İttihama görə, Elmin Məmmədov sərxoş vəziyyətində tanışı, təqsirləndirilən Elvar Səfərovla birlikdə 18 fevral 2022-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki “Stansiya” adlanan ərazidə yerləşən zərərçəkmiş Camal Tahirovun (soyadı şərtidir) adsız kafesində yeyib-içib. Sonra Elmin orada Camalın yanında olan digər zərərçəkmiş Sevindik Hacıyevi (soyadı şərtidir) əsaslı səbəb olmadan bıçaqla qəsdən vuraraq onun sağ əlinə xəsarət yetirib. Elvar isə Sevindiki arxadan tutaraq ona tərpənməyə imkan verməyib və sürütləyərək kafedən çölə çıxardıb. Daha sonra Elmin ictimai qaydanın pozulmasının qarşısını alan Camalı da əli ilə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib, eləcə də qəsdən onun əmlakı olan “Opel” markalı avtomobili bıçaq və yerdən götürdüyü daş parçası ilə zədələyib, kafenin şüşəsini əşyaları sındırıb.
Hadisədən sonra hər iki şəxs saxlanılıb, Elmin Məmmədovun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri və Elvar Səfərovun barəsində isə həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see168

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see158

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see136

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see128

Kürdəmirdə 32 yaşlı qadının körpəsi ölü doğulub

30 May 2025 14:54see126

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see125

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see124

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see121

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see121

İşğaldan azad edilən ərazilərə daşınan sərnişin sayı...

30 May 2025 18:36see120

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see119

Qatara biletsiz minənlərə pis xəbər

30 May 2025 18:41see119

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see118

Bərdəni dəfələrlə “Smerç”lərlə vurdular Zərərçəkmiş

30 May 2025 15:00see118

Koronavirusun yeni ştammının “imza” simptomunun adı açıqlanıb

30 May 2025 21:37see117

Asim Mollazadə: Azərbaycan və müttəfiqləri qitələrarası sistem yaradır

30 May 2025 18:33see117

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see115

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see114

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri