Icma.az
close
up
RU
“Liverpul” macar müdafiəçinin transferini həll edib

“Liverpul” macar müdafiəçinin transferini həll edib

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Liverpul" rəhbərliyi "Bornmut"un müdafiəçisi Miloş Kerkezlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrotsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.

Mənbənin sözlərinə görə, futbolçu "Liverpul"un futbolçusu olmaq arzusundadır. Transferin yaxın günlərdə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 21 yaşlı macar müdafiəçi 2024/25 mövsümündə "Bornmut"un heyətində bütün yarışlarda 41 matçda 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər nəzərədə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri