Icma.az
close
up
RU
“Kağızsız hökumət”ə doğru TƏHLİL

“Kağızsız hökumət”ə doğru TƏHLİL

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyada gedən geosiyasi proseslər və texnoloji inkişaf ölkələr qarşısında yeni çağırışlar formalaşdırır. Bu yeni dünya çağırışına uyğunlaşmaq isə yalnız islahatlarla mümkün görünmür. Ona görə də ölkənin yeni rəqəmsal arxitekturasının formalaşdırılması dəyişməkdə olan dünyada yerini müəyyən etmək üçün vacib amildir.
Bu günlərdə yayımlanan “Münxen Təhlükəsizlik Hesabatı 2026”da qeyd edilir ki, dünyanın mövcud arxitekturası dağılmaqdadır. Yeni dönəmdə kağız üzərində olan qaydalardan çox, uğurlu coğrafiyaya, güclü strateji tərəfdaşlığa malik, böyük iqtisadi resursları olan və ən əsası texnoloji gündəliyə zamanında uyğunlaşan dövlətlər uğur əldə edə biləcəklər.

Ancaq qeyd etmək lazımdır ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq bürokratik modeldən birbaşa Süni İntellekt əsaslı idarəçilik modelinə keçid etmir. 2012-ci ildə Prezident İlham Əliyev dövlət xidmətlərinin göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və ən əsası korrupsiya, süründürməçilik kimi neqativ hallarla mübarizədə effektiv nəticə əldə etmək üçün “Bir Pəncərə” sisteminə keçidi elan etdi. Qəbul edilən yeni prinsiplərə əsasən dövlət xidmətləri bir məkanda – ASAN Xidmət mərkəzlərində göstərilməyə başlandı. O zaman üçün inqilabi hesab edilən bu addım imkan verdi ki, qeydiyyat ünvanından asılı olmayaraq vətəndaş ehtiyacı yarandığı təqdirdə xidməti olduğu şəhərdə ala bilsin. 2012-ci ildə xidmətlərin ASAN-laşdırılması üçün yaradılan mərkəz daha sonra həyatın ASAN-laşdırılmasına qədər genişləndirildi.
Hazırda ölkə üzrə 28 ASAN xidmət mərkəzində ümumilikdə 400-ə yaxın xidmət göstərilir. 2013-cü ildə ilk dəfə qapılarını vətəndaşın üzünə açmasından ötən dövr ərzində 9 milyon 155 mindən çox vətəndaşın 95 milyondan çox müraciətinə baxılıb.

Bu mərkəzlərin yaradılması insanların dövlət xidmətlərinə əlçatanlığını asanlaşdırsa da, əsas rol yenə vətəndaşın üzərinə düşür. Əgər bürokratik modeldə vətəndaş müxtəlif qapıları açmağa çalışırdısa, vətəndaşyönümlü modeldə müxtəlif pəncərələrdən keçməli olur. Əvvəlki bürokratik modellə müqayisədə bu modeli inqilabi hesab etmək olardı və rəy sorğuları da göstərir ki, vətəndaşlar bu günə qədər modeldən tam razıdırlar. ASAN xidmətin yaradılması sadəcə vətəndaşların rahatlığını deyil, eyni zamanda qurumlar arasında rəqabəti də sürətləndirdi, nəticədə əksər qurumlar bir çox xidmətlərini rəqəmsallaşdıraraq və yaxud ASAN xidmət mərkəzlərinə keçirərək vətəndaş məmnunluğunun artırılmasına çalışdılar. Amma fərqli dövlət xidmətləri fərqli vitrin üzərindən həyata keçirilir ki, bu da bəzi hallarda məlumat mübadilələrini ləngidir, vətəndaşı eyni məlumatları müxtəlif dövlət orqanlarına təqdim etmək məcburiyyətində qoyur. Beləliklə, vətəndaş da, dövlət də vaxt itkilərinə məruz qalır. Prezident İlham Əliyev müşavirədə məhz bu məqama diqqət çəkərək qeyd etdi ki: "Son illər ərzində müxtəlif dövlət qurumları – nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir".
Bu, yeni mərhələdə dövlət qurumları arasında rəqabətin prioritet olmayacağını və “bir neçə vitrin” prinsipinin artıq qəbul edilmədiyini göstərir. Azərbaycan rəqəmsal arxitekturasını qurmaqla vahid vitrin və vətəndaşyönümlü modeldən müştəriyönümlü modelə keçidə başlayır.

Müştəriyönümlü idarəetmə modelinə keçid
Beləliklə, Azərbaycan hazırkı mərhələdə daha yüksək səviyyəli dəyişikliyə gedir. Bu, sadəcə prosedurları dəyişmək deyil, bu, dövlətin cəmiyyətə və biznesə baxış bucağının yeni meyarlarla formalaşdırılmasıdır. Yeni konsepsiya dövlət fəlsəfəsində Veber, Makiavelli konsepsiyalarından imtina edərək, biznes fəlsəfəsinin idarəçiliyə tətbiq edilməsidir. Artıq dövlət vətəndaşa rahatlıq və keyfiyyət tələb edən bir "müştəri" kimi baxır. Məqsəd sadəcə xidməti göstərmək deyil, istifadəçini razı salmaq, onun səylərini minimuma endirmək və toplanmış data analitikası ilə ehtiyaclarını qabaqcadan müəyyən etməkdir. Ötən ilin sonunda Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası" bu islahatın növbəti mərhələsinin yol xəritəsini müəyyən edir.

Müştəriyönümlü konsepsiyanın 3 ana sütunu mövcuddur:
1. Şərti olaraq daxili “müştəri” adlandıra biləcəyimiz qrup.
Bura dövlət orqanlarının bir-birini rəqib deyil, müştəri kimi qəbul etməsi daxildir. Eyni zamanda qurumdaxili əməkdaşlar da bir-birini müştəri kimi qəbul edir və yaranmış sorğuların operativ həllinə çalışırlar. Bu, bütün dövlət qurumlarını vahid məkanda birləşdirir və hökumətin qərar qəbul etmək mexanizmini sürətləndirir.
Misal üçün, hazırda müxtəlif qurumlar daxili sənəd dövriyyəsini və yaxud planlanan layihələrə cəlb edilən daxili komandaları görsələr də, digər qurumlardan prosesə cəlb edilənləri görə bilmirlər. Qurumlararası bürokratiya isə bəzən müzakirələrin daha uzun müddət ərzində aparılmasını tələb edir. Sənədlərin razılaşdırılması müddəti uzanır. Ancaq vahid məkan inteqrasiyası baş tutduqdan sonra eyni sənəd ətrafında formalaşan komandalar bir-birini ilkin mərhələdə görə və müzakirələri onlayn rejimdə apara bilər ki, bu da sənədlərin razılaşdırılmasını və qəbulunu sürətləndirəcək. Misal üçün, vahid "Dashboard" üzərində prosesin bütün mərhələləri görünür, daxili çat sistemi isə iclaslar çağırmadan, bir məkanda toplaşmadan onlayn rejimdə müzakirə aparmağa, dəyişiklik etməyə imkan verir.
2. Müştəriyönümlü modelin ikinci halqasını xarici müştərilər təşkil edir. “Xarici müştərilər” dedikdə vətəndaşlar nəzərdə tutulur. Beləliklə, dövlət vətəndaşı ümumi yox, fərd olaraq qəbul edir və hər kəsə unikal müştəri kimi yanaşır. Süni intellekt, toplanan datalar vətəndaşın həyat yolu xəritəsini öncədən planlaşdırmağa imkan verir. Vətəndaş yalnız bir vitrin görür və bu vitrin vasitəsilə sifarişini yerləşdirir. Daha sonra sifariş dövlət mətbəxinə daxil olur və burada müştərini məmnun etmək üçün qurumlar öz aralarında fəaliyyətə başlayırlar.

Yekunda müştəri uğrunda rəqabət olmur və vətəndaşı razı salmaq üçün dövlət qurumları arasında nəticəyönümlü əməkdaşlıq qurulur. İşin yekunu ilə bağlı müştərinin qiymətləndirməsindən isə hər kəs eyni dərəcədə payını alır. Bu model eyni zamanda daha uzunmüddətli proqnozlaşdırma aparmağa, dövlətin təhsil, səhiyyə və sosial siyasətini daha effektiv idarə etməyə imkan verir.
3. Halqanın üçüncü hissəsi müştəri kimi dövlət orqanlarına müraciət edən bizneslərdir. Araşdırmalar göstərir ki, süni intellektin 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin həcmi 16 milyard ABŞ dolları təşkil edir. Eyni zamanda Münxen Təhlükəsizlik Konfransının sonuncu hesabatına əsasən dünya ciddi söküntü ilə üz-üzədir. Artıq bütün mərkəzlər qəbul edirlər ki, son 80 il ərzində formalaşan ənənəvi kollektiv əməkdaşlıq modelləri yerini ikitərəfli əməkdaşlıqlara verir. Böyük güclərin liderlik uğrunda kəskinləşən münasibətləri formalaşmış ticarət və logistika xətlərinin də dağılmasına, yön dəyişdirməsinə səbəb olur.
Hazırda Avropa ilə Çin, Avropa ilə Asiya arasında mövcud 3 marşrut var:
Birinci Rusiya üzərindən keçən Şimal marşrutudur. Bu marşrut hazırda sanksiya altındadır. Gərginləşməkdə davam edən Avropa-Rusiya münasibətləri isə bu yolun yaxın zamanlarda açılma şansının olmadığını göstərir.
İkinci yol İran və Yaxın Şərq üzərindən keçən Cənub marşrutudur. Bu marşrutda gərginlik hər gün artmaqdadır və hazırda özünün pik səviyyəsinə gəlib çatıb. Eyni zamanda bu marşrutun texnoloji cəhətdən köhnəlməsi də onu maraqlı etmir. Ümumiyyətlə, yaxın zamanlarda tamamilə bağlanma riski də var ki, bu da daşıyıcıları yeni stabil yol axtarışına vadar edir.
Üçüncü yol isə Azərbaycan üzərindən keçən Orta Dəhlizdir. Digər iki xəttdə gərginlik artsa da, Orta Dəhlizdə əksinə, tamamilə sıfır səviyyəsinə düşüb. Xüsusilə ABŞ-nin regiona marağı, Vaşinqtonda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin paraflanması bu dəhlizi digər iki dəhlizlə müqayisədə önə çıxarır. Xüsusən də Zəngəzur dəhlizinin açılması (Tramp yolu) Azərbaycanı yalnız yüklərin daşınması üçün deyil, böyük biznes üçün hab mərkəzinə çevirə bilər. Ona görə də Azərbaycanda biznes subyektlərinə müştəri yanaşmasının tətbiqi, nəzarət orqanlarının polis funksiyasından konsultant funksiyasına keçidi ölkəyə əlavə investisiyaların cəlbinə imkan verəcək.

Azərbaycanın yeni rəqəmsal arxitekturasının qurulması kağızsız hökumət formalaşdırılmaqla yanaşı, dövlətin, biznesin və vətəndaşın çevikliyini artıracaq. Burada söhbət təkcə milyonlarla vəsaitə qənaət edilməsindən və xərclərin optimallaşdırılmasından getmir. Əsas məqamlardan biri dövlətin, vətəndaşın və biznesin milyonlarla saat vaxta qənaət etməsidir ki, bu da dövlət orqanında daha strateji işə yönəlməyə, biznes üçün istehsal imkanlarını genişləndirməyə, vətəndaş üçün xoşbəxtlik əmsalının artmasına imkan verəcək.
Beləliklə, irəliyə gedən yol aydındır. Azərbaycan yeni dönəmdə rəqəmsal və öz insanlarının ehtiyaclarına dərindən fokuslanmış, onlara ləyaqətlə və müştəri qayğısı ilə yanaşan dövlət aparatı qurur. Yeni model eyni zamanda demokratiyanın rəqəmsallaşması anlamına gəlir ki, artıq vətəndaş dövlətin deyil, dövlət vətəndaşın virtual qapısını döyəcək.
Aqil Familoğlu
Politoloq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Fevral 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri