Icma.az
close
up
RU
Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımız arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi RƏY

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqlarımız arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi RƏY

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 iyun, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin ən bariz nümunələrindən biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib.

Mircəlil Qasımlı qeyd edib ki, 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ 50 mindən çox insanın həyatına son qoydu, yüz mindən artıq insanın xəsarət almasına və böyükmiqyaslı dağıntılara səbəb oldu. Bu ağır günlərdə Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olaraq, əsl həmrəylik və qardaşlıq nümunəsi göstərdi. Xalqlarımız bu ağır faciənin kədərini birgə yaşadılar. İlk andan etibarən Türkiyənin kədərinə şərik olan Azərbaycan xalqı “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini əməli şəkildə nümayiş etdirdi.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə fəlakətin ilk günlərindən Türkiyəyə göndərilən axtarış-xilasetmə dəstələri, tibbi heyət, humanitar yardımlar xalqlarımız arasında sarsılmaz birliyin növbəti təzahürü idi”, - deyən deputat qeyd edib ki, Azərbaycan dövlətinin təşəbbüsü və birbaşa dəstəyi ilə Kahramanmaraş şəhərində qısa müddətdə inşa edilən “Azərbaycan” məhəlləsi ölkələrimiz və xalqlarımız arasındakı birliyin və həmrəyliyin rəmzidir.

Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində 1194 mənzildən ibarət 68 yaşayış binasının, Heydər Əliyev adına müasir ibtidai məktəbin, uşaq bağçasının, mədəniyyət mərkəzi və ticarət obyektlərinin inşası zəlzələdən zərər çəkmiş minlərlə ailəyə sevinc bəxş etməklə, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir.

“Azərbaycan Prezidentinin məhəllənin açılış mərasimində bildirdiyi kimi, Azərbaycan və Türkiyə yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birinin yanındadır, bir-birinin gücünü artırır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Türkiyə-Azərbaycan birliyi bu gün nəinki region üçün, dünya miqyasında önəmli amilə çevrilib”, - deyə Mircəlil Qasımlı vurğulayıb.

Vətən müharibəsinin Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdığını söyləyən deputat qeyd edib ki, qardaş Türkiyə dövlətinin və xalqının müharibənin ilk saatlarından Azərbaycana açıq dəstəyi xalqımızı ruhlandırdı, ədalətli mübarizəmizə mənəvi və siyasi güc qatdı.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işlərini uğurla həyata keçirir, otuz il ərzində Ermənistan tərəfindən viran qoyulmuş torpaqlarımız bu gün yenidən qurulur. Uzun illər Vətən həsrəti ilə yaşamış insanların doğma torpaqlarına qayıdışı təmin olunur. Türkiyə dövləti də qısa müddət ərzində təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində böyük uğurlara imza atıb. Yeni, müasir binalar tikilir, infrastruktur yenidən qurulur. Təbii ki, bu iki məqam, eyni zamanda Azərbaycanın və Türkiyənin iqtisadi qüdrətinin bariz göstəricisidir.

“Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi ölkələrimiz arasındakı birliyin əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi”, - deyən deputat məhəllənin iki qardaş xalqın qəlbində qardaşlıq abidəsi kimi daim yaşayacağını vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see167

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri