Icma.az
close
up
RU
“Kaliforniya müstəqilliyini elan edərsə, ÜDM ə görə, dünyanın 5 ci böyük dövləti ola bilər...” TƏHLİL

“Kaliforniya müstəqilliyini elan edərsə, ÜDM ə görə, dünyanın 5 ci böyük dövləti ola bilər...” TƏHLİL

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

“Bu üsyanlar böyük ehtimalla ispandilli ştatlara yayılacaq...”

“Los-Ancelesdə başlanan etirazların bütün ABŞ-ı əhatə edəcəyini deyə bilmərəm. Amma bu üsyanlar böyük ehtimalla ispandilli ştatlara yayılacaq. Söhbət burada əsasən Florida, Arizona, Texas və Nyu-York kimi ştatlardan gedir.  Çünki bu ştatların bir çoxu zorla ilhaq olunaraq ABŞ-a birləşdirilib və əhalisi əsasən ispandilli miqrantlardan təşəkkül tapır”. 

Hurriyyet.az xəbər verir ki, bu fikri Moderator.az əməkdaşının “Los-Ancelesdə başlanan və şəhərə qoşun yeridilməsinin Kaliforniya qubernatoru Qevin Nyusomun kəskin etirazı və məhkəməyə müraciət etməsi ilə nəticələnən, hətta Nyu-Yorka sıçrayan Trampın immiqrasiya siyasətinə qarşı etiraz aksiyaları daha da kütləviləşərək bütün ABŞ-ı əhatə edə bilərmi?” sualını cavablandırarkən ifadə edib.

“Nyu-Yorkdan fərqli olaraq Florida, Texas və Kaliforniya kimi ştatlar Meksika sərhədində yerləşir və hər il yüzminlərlə miqrant Meksika sərhədlərini keçərək bu ştatlarda məskunlaşmağa çalışırlar. Nyu-York da şimalda yerləşməsinə baxmayaraq, ispandilli miqrantların üz tutduğu ştatlardan biridir. Trampın mühacirlərə qarşı başlatdığı savaşdan ən çox əziyyət çəkənlər də bu ştatlardır. Ona görə də həmin əyalətdə məskunlaşan insanlar Trampın sərt tədbirlərinə qarşı müqavimət göstərməyə məhkumdurlar”, - davamında bunları söyləyən siyasi şərhçi hesab edir ki, məsələnin ABŞ üçün ən qorxulu tərəfi bu ştatların həm əhali, həm də maddi cəhətdən kifayət qədər zəngin olmasıdır. 

“Təsəvvür edin, Kaliforniya müstəqilliyini elan edərsə, ÜDM-ə görə, dünyanın 5-ci böyük dövləti ola bilər. ABŞ-ın ən böyük əyalətlərindən olan Kaliforniya 4  trilyon dollarlıq ÜDM-nə görə Rusiyadan 3 dəfə zəngindir. Əhalisi 39 milyon olmasına, yəni Rusiyadan 4 dəfə az insanı barındırmasına baxmayaraq. Eyni sözləri neft və qaz zəngini olan Texas üçün də söyləmək mümkündür. ÜDM-i 2.4 trilyon dollara bərabər olan Texas ABŞ-dan ayrılacağı təqdirdə dünyanın ən zəngin 8-ci ölkəsinə çevrilə bilər. Nyu-York ştatı da ABŞ-ın ən zəngin əyalətlərindəndir. O, 2024-cü il statistikasına görə, 2,297 trilyon dollarlıq ümumi dövlət məhsulu ilə yalnız Kaliforniya və Texas ştatlarından geri qalaraq üçüncü yeri tutur. Nyu-York ştatı müstəqilliyini elan edərsə, nominal ÜDM-ə görə dünyanın 8-ci və ya 9-cu ən böyük iqtisadi potensialını Texasla bölüşərdi. Bütün bu göstəricilər həmin ştatları istər-istəməz kiçik bir haqsızlığa qarşı həssas duruma gətirir”, - deyə Heydər Oğuz diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 İyun 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri