Kamandan Oxatma Federasiyasının rəhbərliyi idmançılarla görüşüb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Azərbaycan Kamandan Oxatma Federasiyanın baş katibi Fərid Xəlilovun məşqçi heyəti və idmançılarla geniş tərkibli görüşü keçirilib. Azərbaycan İdman Akademiyasında baş tutan görüşdə qarşıdakı yerli və beynəlxalq yarışlara hazırlıq strategiyası, habelə təlim-məşq prosesinin keyfiyyətinin yüksəldilməsi məsələləri müzakirə olunub. Mərasimdə yeni yarış təqvimi və perspektiv planlar ətraflı təhlil edilərək, idmançıların yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə təşkil olunacaq təlim-məşq toplanışları barədə müvafiq qərarlar qəbul edilib.
Müzakirələrdə texniki direktor Vladimer Lekveişvili və baş məşqçi Natiq Fazilov çıxış edərək komandanın hazırkı fiziki-texniki vəziyyəti, həmçinin hazırlıq mərhələsində tətbiq olunan yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, komandanın beynəlxalq arenalarda rəqabətədavamlılığını artırmaq üçün kompleks yanaşma tətbiq olunur.
Mərasimdə Federasiya tarixində ilk dəfə olaraq dünya şöhrətli “Macron” brendi ilə beynəlxalq əməkdaşlığa başlanıldığı elan olunub. Milli komandamızın rəsmi sponsoru olan “Macron” şirkətinin yeni geyimlərində tədbirə qatılan idmançılarımız, bundan sonra ölkəmizi beynəlxalq arenalarda məhz bu brendin formalarında təmsil edəcəklər. Bu əməkdaşlıq Federasiyanın beynəlxalq nüfuzunun artması və idmançıların təchizatının ən yüksək standartlara çatdırılması yolunda atılan strateji addım kimi qiymətləndirilib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 23 Yanvar 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















