Icma.az
close
up
RU
“Kamp Nou” 2030 cu il dünya çempionatının finalına namizəd oldu

“Kamp Nou” 2030 cu il dünya çempionatının finalına namizəd oldu

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Barselonanın yenidən qurulan “Kamp Nou” stadionu 2030-cu il FİFA Dünya Çempionatının final matçına ev sahibliyi etmək üçün namizədlər sırasına daxil olub.

İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, “Kamp Nou” Madrid və Kasablanka ilə birlikdə finala ev sahibliyi etmək uğrunda üçtərəfli mübarizədədir.

Stadionun əsas üstünlüyü Dünya Çempionatına qədər tutumunun təxminən 105 min tamaşaçıya çatmasının gözlənilməsidir. Yenidənqurma işlərinin 2028-ci ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Bu isə arenaya turnirə qədər iki ildən çox müddətdə fəaliyyət göstərmək imkanı verəcək.

“Kamp Nou”nun 2030-cu ilə qədər İspaniyanın ən böyük stadionu olacağı və “Real Madrid”in “Santyaqo Bernabeu” stadionunu tutum baxımından geridə qoyacağı bildirilir.

UEFA-nın “Kamp Nou”nu 2029-cu il Çempionlar Liqasının finalına ev sahibliyi üçün seçməsi də Barselonaya Dünya Çempionatından əvvəl böyük tədbirlərin təşkilində təcrübəsini nümayiş etdirmək imkanı verəcək.

Madrid infrastrukturu və böyük tədbirlərin keçirilməsində təcrübəsinə görə əsas namizədlərdən biri olaraq qalır. Mərakeş isə Kasablankada təxminən 115 min tamaşaçı tutumu nəzərdə tutulan İkinci Həsən Böyük Stadionu ilə iddialıdır.

Bununla belə, finalın keçiriləcəyi məkanın seçimində yalnız stadionun tutumunun deyil, təşkilati təcrübə, investisiya və institusional dəstək kimi amillərin də rol oynayacağı gözlənilir.

“Barselona”nın prezidenti Joan Laporta da “Kamp Nou”nun 2030-cu il Dünya Çempionatının finalına ev sahibliyi etməsi ideyasını dəstəkləyib. O, stadionun tutumunu və Barselonanın ilk dəfə mundialın final qarşılaşmasını qəbul etmək imkanını önə çəkib.

İspaniya Kral Futbol Federasiyası (RFEF) daha əvvəl Madridi üstünlük verilən məkan kimi göstərib. Lakin FIFA 2030-cu il Dünya Çempionatının finalının keçiriləcəyi stadionu hələ rəsmən təsdiqləməyib. Qərarın 2028-ci ildə veriləcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Oktyabr 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see363

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see345

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see315

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see313

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see304

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see295

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see286

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see278

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see268

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see258

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see247

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see246

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see235

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see235

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see233

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see231

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see229

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see220

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri