Icma.az
close
up
RU
Kamran Bayramov: Proseslərin vahid mərkəzdən idarə olunduğu aydındır

Kamran Bayramov: Proseslərin vahid mərkəzdən idarə olunduğu aydındır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Sentyabrın 11–12-də diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura reallaşan növbəti səfəri beynəlxalq aləmdə böyük rezonans doğurdu. 2020-ci ildən bəri sayca 22-ci olan bu səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatdan 150 nəfərlik heyət iştirak edirdi. Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcəri gəzən xarici qonaqlar bölgədəki sürətli quruculuq işləri və sənaye obyektləri ilə yaxından tanış oldular.

​Milli Məclisin deputatı Kamran Bayramov Modern.az-a açıqlamasında bildirib ki, aprel və sentyabr səfərləri Bakı üçün artıq adi diplomatik ənənəyə çevrilsə də, bu dəfəki genişmiqyaslı iştirak Ermənistan tərəfdarlarının və erməni lobbisinin yenidən fəallaşmasına səbəb oldu. İrəvan və onun xaricdəki havadarları tərəfindən idarə olunan şəbəkə səfərdə iştirak edən diplomatlara qarşı ittihamlar və təhdidlərlə dolu təzyiq kampaniyasına başladı.

​K.Bayramovun sözlərinə görə, hədəfə alınanlar arasında illərlə ATƏT-in Minsk qrupunda həmsədr olmuş dövlətlər, xüsusilə Fransa səfirinin də bu heyətdə yer alması erməni tərəfini daha çox qıcıqlandırdı. Onların absurd yanaşmasına görə, suveren bir dövlət öz ərazisində akkreditə olunmuş diplomatların hərəkətini kənar bir tərəflə razılaşdırmalıdır. Lakin Fransanın və digər qərb diplomatiyasının bu addımı göstərir ki, postmünaqişə dövrünün yaratdığı yeni geosiyasi reallıqlar artıq hamı tərəfindən qəbul edilib.

​Deputat qeyd edib ki, bu hücumların guya "müstəqil ekspertlər", politoloqlar və jurnalistlər tərəfindən kortəbii şəkildə təşkil olunduğu görüntüsü yaradılsa da, proseslərin vahid mərkəzdən idarə olunduğu aydındır. Oxşar ssenarini Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun vasitəsilə həyata keçirilən qarayaxma kampaniyasında da görmüşdük: həmin proses birbaşa Ermənistan XİN rəhbəri Ararat Mirzoyan tərəfindən əlaqələndirilirdi. Bu dəfə də təlimatların birbaşa Nikol Paşinyan aparatından gəldiyi şübhə doğurmur: "Burada Ermənistan rəhbərliyinin əsas ziddiyyəti üzə çıxır: rəsmi masada "sülh tərəfdarı" cildinə girən İrəvan, pərdəarxasında diaspora və "ekspert" şəbəkəsi vasitəsilə Azərbaycanın suverenliyini şübhə altına almağa yönəlmiş informasiya müharibəsini davam etdirir."

​K.Bayramov yekunda vurğulayıb ki, məhz bu cür ikili standartlar Azərbaycanın danışıqlardakı əsas tələbinin nə qədər haqlı olduğunu sübut edir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar ləğv edilmədikcə, yekun sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki hüquqi baza dəyişmədiyi halda, verilən hər hansı şifahi sülh vədi gələcəkdə asanlıqla pozula bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Sentyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri