Icma.az
close
up
RU
Kamran Əliyev moldovalı həmkarı ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb

Kamran Əliyev moldovalı həmkarı ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb

Icma.az, Aznews.az-ə istinadən, məlumatı açıqlayır Kamran Əliyev moldovalı həmkarı ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb.

Baş prokuror Kamran Əliyev Moldova Respublikasının Baş prokuroru İon Muntyanu ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları salamlayan Baş prokuror ölkələr arasında mövcud olan siyasi, iqtisadi, ticarət və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirərək ötən ilin iyul ayında Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Moldova Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.

Görüşdə Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu vurğulayıb.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər birgə əməkdaşlığın əhəmiyyəti, ikitərəfli münasibətlərin möhkəmləndirilməsi barədə danışıb.

Moldova Respublikasının Baş prokuroru səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında hüquqi əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlığının ən yüksək səviyyədə olduğunu qeyd edən qonaq COP29-un dünya üçün böyük töhfələr verə biləcəyindən əminliyini vurğulayıb.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see149

İran ordusu amfibiya desant əməliyyatı həyata keçirdi

24 Fevral 2025 00:51see125

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

24 Fevral 2025 08:00see119

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see117

Lukman İngiltərə yolunda

24 Fevral 2025 11:25see117

MİDA nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? ARAŞDIRMA

24 Fevral 2025 09:10see117

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see117

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see115

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see114

Balıq qiymətləri əl yandırır Ekspert səbələrdən danışdı

24 Fevral 2025 14:23see114

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see113

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see110

Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib

24 Fevral 2025 10:52see108

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see108

Almaniyada “Alman Tramp”ın qalibiyyəti: Avropanı nəzarətdə saxlamaq planı...

24 Fevral 2025 00:37see108

Tramp bu həftə Rusiya Ukrayna müharibəsini bitirə bilər Ağ Ev

24 Fevral 2025 08:55see108

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see107

Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin ən qanlı səhifəsidir

24 Fevral 2025 14:21see107

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see106

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri