Icma.az
close
up
RU
Kamran Əsədovun ictimai portreti: İmtahan KONKRET

Kamran Əsədovun ictimai portreti: İmtahan KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Son günlər Dövlət İmtahan Mərkəzinin (DİM) yaydığı rəsmi məlumatlar və imtahan maxinasiyaları ilə bağlı məhkəmə prosesində açıqlanan faktlar ictimai müzakirələrə səbəb olub. DİM-in açıqlaması və məhkəmə işində ictimai fiqur kimi tanınan təhsil eksperti Kamran Əsədovun adı imtahanlarda qadağan olunmuş texniki vasitələrin keçirilməsinə vasitəçilik edən şəxslər sırasında çəkilir. Bu məlumatlar onun indiyədək formalaşdırdığı ictimai imiclə ciddi ziddiyyət təşkil edir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, buraxılış və qəbul imtahanlarında gizli texniki vasitələrdən istifadə olunması ilə bağlı geniş araşdırma aparılıb. İstintaq zamanı müəyyən edilib ki, abituriyentlər üçün xüsusi hazırlanmış ayaqqabılar, ötürücü qurğular, qulaqcıqlar və gizli kameralar vasitəsilə imtahan prosesi sabotaj edilib. Məhkəmə materiallarında Kamran Əsədovdan “imtahan zamanı qaydaların pozulmasına şərait yaradan şəxslərdən biri kimi” bəhs edilməsi onun uzun illər “şəffaflıq” və “ədalət” çağırışları edən ictimai mövqeyi ilə kəskin ziddiyyət yaradır.

Qərbi Kaspi Universiteti ilə açıq qarşıdurma

Bu hadisələrdən əvvəl Kamran Əsədovun adı Qərbi Kaspi Universiteti ilə yaşanan qalmaqalda da gündəmə gəlmişdi.

8 oktyabr 2025-ci il tarixində o, “Stanford Universitetinin açıqladığı dünyanın ən nüfuzlu alimlərinin 2 faizi” siyahısı ilə bağlı sosial mediada paylaşım edərək bəzi özəl universitetləri, o cümlədən Qərbi Kaspi Universitetini “formal əlaqələr” və “saxta akademik təmsilçilik”də ittiham etmişdi.

Buna cavab olaraq universitet özünün rəsmi internet səhifəsində son dərəcə emosional və təhqiramiz açıqlama yayaraq K.Əsədovu “saxta ekspert”, “alverçi”, “köçürmə möhtəkiri” adlandırmışdı. Universitet iddia etmişdi ki, Kamran Əsədov vaxtilə orada çalışıb və işdən çıxarılıb. Kamran Əsədov isə bu iddianı təkzib edərək, universitetdən öz istəyi ilə ayrıldığını bildirib və məsələni məhkəməyə daşıyacağını açıqlayıb.

ADPU-nu tənqiddən sonra müəmmalı təyinat

Maraqlı məqamlardan biri də Kamran Əsədovun Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə bağlı mövqeyidir.

10 dekabr 2022-ci il tarixində Kamran Əsədov sosial media hesabında ADPU-nu tənqid edərək onu akademik prioritetlərdən uzaqlaşmaqda, elmi göstəricilərinin zəifləməsində ittiham etmişdi.

ADPU tələbələrinin aktyor və blogerlərlə görüşünün təşkil olunmasını sərt şəkildə tənqid edən Kamran Əsədov universiteti ittiham etmişdi: “Universitet rəsmi açıqlamasında deyir, “Adıçəkilən şəxslər son illərin tanınmış aktyorları, eyni zamanda gördükləri işlərlə gənclərin sevimlisinə çevirilmiş şəxslərdir”. Başa düşmədim, siz Mədəniyyət və İncəsənət Universitetisiniz?! Siz bizim ali və orta ümumtəhsil müəssisələri üçün pedaqoji kadr hazırlayan, tədqiqatçı alim yetişdirən müəssisəsiniz. 100 yaşı, 18.300 tələbəsi, 1600 müəllimi, 62 professoru olan bir müəssisə profilinə uyğun mütəxəssislər qalıb kənarda, bloger, aktyorları gətirir görüşə”.

Lakin bir müddət sonra Kamran Əsədov gözlənilməz şəkildə ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru vəzifəsinə təyin olundu.

Bundan sonra o bu təhsil ocağı ilə bağlı tənqidlərini dayandırdı.

Maraqlıdır ki, bu ilin sentyabrında – 20 aydan sonra sözügedən mərkəz ləğv edilib və ali məktəb Kamran Əsədovla yollarını ayırıb.

ADPU-nun “Yeni Sabah”a rəsmi cavabı

“Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti K.Əsədovun sərt tənqidi ilə əlaqədar universitet tərəfindən işə götürülməsi ilə bağlı fikirləri təkzib edib. Universitetin mətbuat xidmətindən bildirilib ki, onun təyinatı “bir il üç ay sonra, ayrı bir proses çərçivəsində baş verib”.

Açıqlamada o da bildirilib ki, Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzi ADPU-nun Elmi Şurasının 30 yanvar 2024-cü il tarixli qərarı ilə yaradılıb. Mərkəzin məqsədi təhsil siyasəti, islahatlar və data əsaslı təhlillər üzrə araşdırmalar aparmaq olub.

Universitetin açıqlamasına görə, Kamran Əsədovun mərkəzin müdiri vəzifəsinə təyin edilməsi zamanı onun təhsil idarəetməsi üzrə magistr dərəcəsi, tarix üzrə doktorantura təhsili və təhsil sahəsində ictimai kommunikasiya fəaliyyəti nəzərə alınıb.

“Cari tədris ilinin əvvəlində aparılan struktur optimallaşdırılması çərçivəsində mərkəzin gözlənilən effektivliyi verməməsi əsas götürülərək fəaliyyətinə xitam verilib və funksiyaları digər qurumlara ötürülüb”, deyə açıqlamada bildirilib.

ADPU-dan həmçinin qeyd edilib ki, Kamran Əsədov bu il iyulun 17-də öz təşəbbüsü ilə işdən azad olunmaq üçün müraciət edib və əmək münasibətlərinə 4 sentyabr 2025-ci il tarixindən xitam verilib.

Təkrarlanan təhsil cinayəti

Qeyd edək ki, DİM-in açıqladığı faktlar Kamran Əsədovun adının hallandığı ilk təhsil cinayəti deyil. Belə ki, 2014-cü ilin sentyabrında Kamran Əsədov özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı kimi təqdim edərək 2 500 manat qarşılığında Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmağa kömək edəcəyi vədini verib.

“Özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı kimi təqdim edən və Bakı Dövlət Universitetində saathesabı müəllim işləyən Kamran Əsədov, ikinci turda topladığı bal hesabına qəbul olunmasına baxmayaraq, obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul edilən abituriyentin valideynindən əlavə 2 min 500 manat məbləğində pul tələb edib. Əməliyyat tədbirləri zamanı həmin məbləğ aşkar edilərək götürülüb”, deyə Baş Prokurorluğun açıqlamasında bildirilmişdi.

O zaman K.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanmış və onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

İşdən çıxarılmalar və sosial media müəmması

Daha bir diqqətçəkən məqam Kamran Əsədovun həm Qərbi Kaspi Universiteti, həm də ADPU ilə əməkdaşlığının faktiki olaraq başa çatmasına baxmayaraq, sosial media profillərində hələ də bu qurumlarla əlaqəli vəzifələri göstərməsidir.

Kamran Əsədov uzun müddət ictimai platformalarda “təhsil eksperti” kimi çıxış edib və bu statusla müəyyən tanınma qazanıb. Lakin Dövlət İmtahan Mərkəzinin açıqlamaları və məhkəmə materiallarında əksini tapan məlumatlar onun ictimai mövqeyi ilə fəaliyyəti arasında ziddiyyətli məqamları ortaya qoyur.

Bəzi hallarda “ekspert” təqdimatı peşəkar bilik və rəsmi məsuliyyətdən daha çox, müəmmalı fəaliyyətlə məşğul olan şəxslər üçün ictimai toxunulmazlıq çətirinə çevrilir. İctimai rəyə təsir edən şəxslərin fəaliyyətində şəffaflıq təmin olunmadıqca, “ekspert” anlayışı etimad mənbəyi olmaqdan daha çox müzakirə və suallar doğuran bir anlayış kimi qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri